Cümə günü, 06 noyabr 2026
     

Ermənilər Xudavəng monastrında Həsən Cəlal irsini son anda məhv etdilər...

Image


Qasım Hacıyev: “Ermənilərin alban mədəni-dini irsini saxtalaşdırması, dağıdıb məhv etməsi cinayətlərinə beynəlxalq hüquq çərçivəsində qiymət verilməlidir”

Ermənilər Azərbaycan torpaqlarını işğalda saxladıqları dövrdə tarixi-mədəni irsimizə böyük zərər vurub və saxtalaşdırma həyata keçiriblər. İşğal dövründə Qarabağ və Şərqi Zəngəzur ərazilərindəki Qafqaz Albaniyasına aid tarixi-mədəni irsin saxtalaşdırılması və məhv edilməsi cinayətlərini işləyiblər.

Ermənilər Xudavəng monastırını “Dadivank” kimi qələmə verərək alban mədəniyyətinin bu nadir incsinə qarşı amansız cinayətlər törədiblər. Bir faktı qeyd edək ki, ermənilər Xudavəng monastırında Həsən Cəlal nəslindən olan hökmdarların təsviri olan nadir freskalar, alban irsini sübut edən rəmzlər və naxışları məhv ediblər. 2023-cü ilin sentyabrında monastırı tərk edən erməni keşişlər müqəddəs Dadinin qalıqlarını da oğurlayıb aparıblar.

Alban irsinin saxtalaşdırılması və freskaların talanması faktı göz önündədir. 1993–2020-ci illərdə monastır kompleksinin işğal altında qaldığı dövrdə abidənin daxili və xarici interyerinə ciddi şəkildə qanunsuz müdaxilələr edilib, “bərpa” adı altında Qafqaz Albaniyası dövrünə aid memarlıq elementləri, naxışlar və rəmzlər dəyişdirilərək saxtalaşdırılıb. Həsən Cəlal nəslindən olan hökmdarların (knyaz Vaxtanq, Arzu xatun və oğulları) divarlardakı nadir freskaları, divar rəsmləri və qədim kitabələri işğal dövründə və xüsusilə 2020-ci ilin noyabrında erməni keşişlər ərazini tərk edərkən xüsusi üsullarla kəsilərək, qanunsuz olaraq Ermənistana daşınıb. Hətta oğurlanmış bu mədəni irs nümunələrinin bir hissəsi 2020-ci ilin dekabrında İrəvanda sərgilənib.

Kompleksin ən qədim tikilisi məhz xristianlığı təbliğ etmək üçün bura gəlmiş Həvari Dadinin məzarı üzərində ucaldılmış bazilikadır. Erməni rahiblər və keşişlər ərazini tamamilə tərk edərkən (2020-ci ilin noyabrında köç prosesi başlamış, sonrakı dövrlərdə isə fəaliyyətləri tam dayandırılmışdır) monastırdakı kilsə zənglərini, xaçdaşları və müqəddəs sayılan dini relikviyaları/qalıqları da özləri ilə birlikdə qanunsuz olaraq aparıblar.

Hazırda dünya əhəmiyyətli bu abidə Azərbaycan dövlətinin mühafizəsi altındadır və onun əsl tarixi köklərinə-Qafqaz Albaniyası irsinə qaytarılması istiqamətində Alban-Udi xristian icmasının iştirakı ilə bərpa və ziyarət prosesləri davam etdirilir.

İşğal dövründə Qarabağ və Şərqi Zəngəzur ərazilərindəki Qafqaz Albaniyasına aid tarixi-mədəni irsin saxtalaşdırılması və məhv edilməsi rəsmi Bakı və beynəlxalq ekspertlər tərəfindən geniş şəkildə sənədləşdirilmiş vandalizm faktıdır. Erməni tərəfi bu abidələrin yerli Alban xalqına və Azərbaycan tarixinə məxsusluğunu gizlətmək üçün məqsədli şəkildə fəaliyyət göstərib.

Nadir freskaların və təsvirlərin silinməsi böyük cinayətdir. Xüsusilə də Xudavəng monastır kompleksində Alban knyazı Həsən Cəlal nəslinə mənsub hökmdarların və tarixi şəxsiyyətlərin təsvir olunduğu nadir orta əsr freskalarının, divar rəsmlərinin qəsdən qaşınaraq məhv edilməsi və ya üzəri boyanaraq tamamilə silinməsi erməni saxtakarlığını ifşa edən məqamlardandır.

Alban memarlığı üçün xarakterik olan və abidələrin qədim etnik köklərini sübut edən spesifik həndəsi naxışlar, milli ornamentlər və fərqli elementlər sındırılıb.

Alban-xristian memarlığının ən bariz nümunəsi olan unikal Alban xaç daşları (xaçdaş) sökülüb, onların üzərindəki qədim alban epiqrafik yazıları silinərək erməni qriqorian kilsəsinə aid xaçlar və saxta erməni dilli yazılarla əvəz edilib.

Qafqaz Albaniyasının əsas dini və mədəni mərkəzi olan Gəncəsər monastırında da kilsənin fasadı və xarici divarlarındakı yazılar dəyişdirilib. Kompleks daxilində sərgilənən qədim kitabların çoxunun saxta olduğu, yalnız bir səhifəsinin yazılı, digər səhifələrinin isə tamamilə boş olduğu ifşa edilib.

2020-ci və 2023-cü illərdə əraziləri tərk edən erməni keşişlər və monastır rəhbərliyi abidələrin tərkib hissəsi olan qədim zəngləri, əlyazmaları və xristianlıq üçün müqəddəs sayılan bəzi reliktləri (məsələn, Müqəddəs Dadinin qalıqlarını) qanunsuz olaraq özləri ilə aparıblar.

Azərbaycan dövləti hazırda işğaldan azad edilmiş ərazilərdəki bütün dini abidələrə, o cümlədən alban-xristian irsinə aid kilsə və monastırlara tarixi ədalətin qaytarılması və onların ilkin memarlıq elementlərinin bərpa edilməsi istiqamətində sistemli tədqiqat və bərpa işləri həyata keçirir.

Tarix elmləri doktoru, professor Qasım Hacıyev baki-xeber.com-a bildirdi ki, nə Həsən Cəlalın, nə onun nəslinin, nə də ki, alban isrsinin ermənilərə heç bir aidiyyəti yoxdur. Q.Hacıyev qeyd etdi ki, bunun fakt olmasına baxmayaraq erməni keşişlər Xudavəng monastrını talayıblar və alban dini irsini mənimsəyərək Ermənistana daşıyıblar. “Ermənilər Qarabağ və Şərqi Zəngəzuru işğal altında saxladıqları dövrdə dini və mədəni abidələrimizi, kilsə və monastrlarımızı mənimsəməklə, onların guya “erməni dini-mədəni” irsi olduğunu iddia edərək öz xeyirlərinə təbliğat aparıblar, özlərini və dünya ictimaiyyətini aldatmağa çalışıblar. Amma yaxşı bilirlər ki, Qarabağda və Şərqi Zəngəzurda olan xristian dövrü abidələri, kilsələr, monastrlar erməni abidəsi deyil, bu albanlara məxsusdur. Erməni alimləri bu abidələr haqqında məlumatları saxtalaşdırırlar. Gəncəsər məbədində də, Xudavəng monastrında da, Amarasda da, Ağoğlan məbədində də nadir freskaları, divar rəsmlərini, xaçları və sairi saxtalaşdırıblar. Yəni alban dini irsini qəsdən saxtalaşdırmağa səy göstəriblər və uzun müddət də buna nail olublar. Elə xristian abidəsi yoxdur ki, onun içərisində və çölündə olan xaçlara “əl gəzdirməsinlər”, o nişanələri, rəsmləri silib dəyişdirməsinlər. Hətta erməni müəllifləri özləri etiraf edirdilər ki, Gəncəsər, Amarasa məbədlərini elə şəklə salıblar onların əvvəlki görnüşündən əsər-əlamət qalmayıb. Əgər “bərpa” edirdilərsə niyə hər şeyi olduğu kimi saxlamırdılar? Həm binanın daxili və xarici, fasadı, üstünün örtük hissələri, içəridəki rəsmlər dəyişdirələrək saxtalaşdırılıb. Xaçları dəyişdirin alban-xristian xaçının əvəzinə özlərinin son dövrlərin daşları üzərində xaç işarələri çəkib onları divara yerləşdiriblər. Bunu təkcə Qarabağda və Şərqi Zəngəzurda etməyiblər. Mən bu saxtakarlığı Şəmkir, Gədəbəy ərazisində də görmüşəm. Yəni haradakı alban-xristian abidələri var onlara erməni əli dəyibsə mütləq saxtalaşdırıblar. O cümlədən, Xudavəng monastrında Həsən Cəlal nəslindən olan hökmdarların təsvirlərini ermənilər mənimsəmək, erməniləşdirmək məqsədilə saxtalaşdırıblar. Yəni Həsən Cəlali nəslinin ermənilərə bağlı olduğunu “sübut etmək” üçün belə cinayətlərə əl atıblar. Halbuki, bu nəslin onlarla yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Ermənilər bu ərazilərə dünən gəliblər.

Həsən Cəlal nəslindən olan hökmdarların təsviri olan nadir freskaların, alban irsini sübut edən rəmzlərin və naxışların məhv edilməsi böyük cinayətdir. Hesab edirəm ki, UNESCO Azərbaycana qarşı qərəzini bir kənara qoyub ermənilərin bu cinayətlərini araşdırıb ona qiymət verməlidir. Ermənilərin alban mədəni-dini irsini saxtalaşdırması, dağıdıb məhv etməsi cinayətlərinə beynəlxalq hüquq çərçivəsində qiymət verilməlidir”.

Q.Haclıyev qeyd etdi ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra UNESCO-nun bu bölgəyə missiyasının təşkil olunması məsələsini qaldırdı, amma UNESCO hələ də azad ərazilərə gəlib çıxmayıb. “UNESCO heç vaxt gəlmədi. Gəlib hər şeyi öz gözləri ilə görsünlər. Amma gəlmirlər. Ermənilərin mədəni irs cinayətlərini ifşa etmək əvəzinə Azərbaycana qarşı saxta ittihamlar irəli sürürlər, ermənilər də onlara arxalanıb törətdikləri bu cinayətlərə görə cavab verməkdən yayınırlar. Halbuki, UNESCO və digər beynəlxalq qurumlar Ermənistan qarşısına tələb qoymalıdır ki, Azərbaycan ərazisindəki monastrlardan, xristian məbədlərindən oğurlayın Ermənistana daşıdıqları mədəni və dini irs nümunələrini Azərbaycana qaytarsınlar. Amma bunu hələ ki, etmirlər”-deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ