Səudiyyə Ərəbistanında Məkkə, Ciddə və Taif əyalətləri də daxil olmaqla bir çox ərazisinə hücum xəbərdarlıqları edilib və sakinlərə təhlükəsiz yerlər getmək tövsiyə edilib.
Bu barədə Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi sosial media hesabı vasitəsilə açıqlama yayıb. Açıqlamada Milli Erkən Xəbərdarlıq Platformasının Məkkə, Taif və Ciddə üçün "təhlükə" xəbərdarlığı etdiyi bildirilib.
Vətəndaşlara potensial təhlükələrə qarşı ayıq-sayıq olmağa, hakimiyyət orqanlarının təlimatlarına əməl etməyə və izdihamlı yerlərdə toplaşmamağa çağırılıb. Həmçinin, onlardan hər hansı bir hadisə zamanı heç bir görüntü çəkməmələri xahiş edilib.
Lakin açıqlamada xəbərdarlıqda hansı təhlükəyə istinad edildiyi və ya riskin mənbəyi barədə heç bir məlumat verilməyib.
Tahir TAĞIYEV