Cümə günü, 06 noyabr 2026
     

MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub

Image


Sentyabrın 15-də – Bilik Günündə Mingəçevir Dövlət Universitetində regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının (MSU Language Excellence Laboratory) açılışı olub.

Açılış mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və şəhərin digər rəhbər şəxsləri iştirak ediblər. Laboratoriyanın fəaliyyət mexanizmini təqdim edən MDU-nun Rəqəmsal inkişaf və informasiya texnologiyaları mərkəzinin müdiri Elçin Tağıyev bildirib ki, yeni yaradılan mühit tələbələrin danışıq, dinləmə, oxu, yazı, söz ehtiyatı və tələffüz bacarıqlarının süni intellekt əsaslı alətlər vasitəsilə qiymətləndirilməsinə, fərdi inkişaf dinamikasının izlənilməsinə və əldə olunan nəticələr əsasında fərdiləşdirilmiş öyrənmə imkanlarının formalaşdırılmasına xidmət edəcək.

Laboratoriyada tələbələrin ilkin dil səviyyəsinin müəyyən edilməsi və sonrakı mərhələlərdə əldə etdikləri nəticələrlə müqayisə olunması nəzərdə tutulur. Qiymətləndirmənin "CEFR" meyarları əsasında aparılması tələbənin müəyyən dövr ərzində dil bacarıqları üzrə real inkişafının ölçülməsinə imkan yaradacaq. Platforma süni intellekt vasitəsilə dərsin video qeydini, sillabusu və tədris materiallarını təhlil edir, müxtəlif göstəricilər üzrə qiymətləndirmə aparır, nəticələri sistemləşdirərək strukturlaşdırılmış hesabat hazırlayır.

Həftə ərzində müəllimin keçdiyi dərslərin ümumi təhlili əsasında tədrisin təkmilləşdirilməsinə və müəllimin peşəkar inkişafına yönəlmiş konkret tövsiyələr təqdim olunur. Platformanın 2027-ci ilin mart ayınadək Mingəçevir Dövlət Universitetinin əsas tədris binasındakı bütün auditoriyalarda tətbiqi nəzərdə tutulur. Hazırda prosesə xarici dillər üzrə tədris olunan fənlərdən başlanılıb. Bu təşəbbüs MDU-nun yeni inkişaf strategiyası çərçivəsində tədrisin keyfiyyətinin yüksəldilməsi, dərslərin daha obyektiv və sistemli təhlili, eləcə də müəllimlərin davamlı peşəkar inkişafının dəstəklənməsi məqsədilə tətbiq edilən süni intellekt əsaslı alətlərdən biridir. Qeyd edək ki, sözügedən proqram təminatı ABŞ, Kanada və Türkiyənin bir sıra qabaqcıl ali təhsil müəssisələrində istifadə edilir. Sistem tələbənin yalnız yekun nəticəsini deyil, bütövlükdə öyrənmə prosesini və inkişaf trayektoriyasını izləməyə imkan verəcək. Tələbənin laboratoriyada fəaliyyətə başladığı zaman müəyyən edilən ilkin göstəricilər sonrakı nəticələrlə müqayisə olunacaq, fərdi elektron profil formalaşdırılacaq və inkişaf dinamikası mərhələli şəkildə təhlil ediləcək. Laboratoriyada istifadə olunan süni intellekt əsaslı dil qiymətləndirmə vasitələri tələbələrin "pronunciation", "fluency", "vocabulary", "grammar", "listening" və "speaking" göstəricilərinin ayrıca təhlil edilməsinə imkan verəcək.

Bununla tələbənin hansı dil bacarıqlarında irəliləyiş əldə etdiyi, hansı istiqamətlərdə isə əlavə dəstəyə ehtiyac duyduğu daha dəqiq müəyyənləşdirilə biləcək. Texnoloji infrastrukturun qurulmasında İsveçin "AXIS Communications" şirkətinin ağıllı audio, süni intellekt əsaslı analitika və inteqrasiya olunan rəqəmsal sistemlər sahəsində texnoloji həllərindən, eyni zamanda Türkiyənin qabaqcıl universitetlərinin xarici dil tədrisi və rəqəmsal pedaqogika sahəsində tətbiq etdiyi yanaşmalardan istifadə edilib. Laboratoriyada tətbiq edilən texnoloji model məlumatların mümkün qədər "edge computing" prinsipi əsasında, yəni məlumatın yarandığı cihaz səviyyəsində emal edilməsinə imkan yaradır. Süni intellekt əsaslı "Audio Analytics" texnologiyası nitqin və müxtəlif səs hadisələrinin müəyyənləşdirilməsi, səs səviyyəsinin ölçülməsi və əldə olunan göstəricilərin analitik sistemlərə ötürülməsi kimi funksiyaları dəstəkləyir. Bu yanaşma böyük həcmdə xam audio məlumatının daimi saxlanılması ehtiyacını azaltmaqla məlumatların daha səmərəli və təhlükəsiz idarə edilməsinə də şərait yaradır. Laboratoriyanın açıq və inteqrasiya oluna bilən texnoloji arxitekturası burada istifadə edilən audio, süni intellekt və digər rəqəmsal həllərin gələcəkdə müxtəlif proqram təminatları, analitik platformalar və universitetin digər rəqəmsal sistemləri ilə əlaqələndirilməsinə imkan verəcək.

Yeni laboratoriyanın mühüm istiqamətlərindən biri də burada dərs deyəcək müəllimlərin süni intellekt və rəqəmsal pedaqogika üzrə kompetensiyalarının inkişaf etdirilməsi, həmçinin tədris fəaliyyətinin məlumat əsaslı qiymətləndirilməsidir. Bu zaman yalnız bir göstəriciyə deyil, tələbələrin inkişaf dinamikasına, dərsin metodiki keyfiyyətinə, rəqəmsal və süni intellekt alətlərindən istifadə səviyyəsinə, tələbələrin tədris prosesinə cəlb olunmasına, ekspert müşahidələrinə və tələbə rəylərinə əsaslanan kompleks yanaşmanın tətbiqi nəzərdə tutulur. Beləliklə, laboratoriyada formalaşdırılan sistem tələbə, müəllim və tədris prosesini vahid məlumat əsaslı qiymətləndirmə mühitində birləşdirəcək. Əldə olunan nəticələr tələbələrin fərdi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və xarici dil tədrisinin keyfiyyətinin davamlı təkmilləşdirilməsi üçün istifadə oluna biləcək. Perspektivdə Dil Mükəmməlliyi Laboratoriyasının yalnız xarici dil dərslərinin keçirildiyi tədris məkanı deyil, tələbələrin dil kompetensiyalarının ölçüldüyü, müəllimlərin peşəkar inkişafının dəstəkləndiyi, süni intellekt əsaslı tədris metodlarının sınaqdan keçirildiyi və əldə olunan məlumatların sistemli şəkildə təhlil edildiyi süni intellekt əsaslı Dil Öyrənmə və Qiymətləndirmə Mərkəzinə (AI-based Language Learning and Assessment Center) çevrilməsi hədəflənir. Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində yaradılan yeni laboratoriya beynəlxalq texnoloji yanaşmaların universitet mühitinə uyğunlaşdırılması, süni intellektin xarici dil tədrisinə sistemli inteqrasiyası, fərdiləşdirilmiş öyrənmə imkanlarının genişləndirilməsi və məlumat əsaslı keyfiyyət təminatı mexanizmlərinin formalaşdırılması baxımından yeni imkanlar yaradacaq.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ