ABŞ Nümayəndələr Palatasının üzvləri prezident Donald Trampın impiçmenti təklifinin əleyhinə səs veriblər. ABŞ mediasının məlumatına görə, təklifə 232 qanunverici qarşı çıxıb, 147-si isə lehinə səs verib. Məlumatlara görə, səsvermə Demokratlar Partiyası daxilində Trampa qarşı çıxmaq barədə fikir ayrılıqlarını ortaya qoyub, çünki bəzi Demokratlar impiçmentə səs verməməyi seçiblər. Qətnamə layihəsinin müəllifi Demokrat Konqresmen Al Qrin olub və o, Trampı qanunsuz immiqrasiya ilə mübarizə üçün həddindən artıq sərt taktikalardan istifadə etməkdə günahlandırıb. Qeyd olunur ki, Qrin keçən il də Trampı impiçment etməyə cəhd etmişdi, lakin bu cəhd o zaman da uğursuz olub.
SAMİRƏ