Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Nyu-Yorkda görüşü planlaşdırılır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
O qeyd edib ki, görüş bu ay baş tutacaq.
Xatırladaq ki, 9 sentyabrda tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “2026 Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)” çərçivəsində jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri ilə yaxın zamanda görüş keçirilməsinin mümkün olduğunu bildirib.
Nazir qeyd edib ki, son həftələrdə Bişkekdə keçirilən tədbirlər çərçivəsində Azərbaycan və Ermənistan arasında müəyyən fikir mübadiləsi aparılıb.