Cümə günü, 06 noyabr 2026
     

Ermənistan Rusiya və İrana qarşı əsas kəşfiyyat platsdarmına çevrilir - ABŞ-ın şok planı üzə çıxdı

Image


Ermənistanın, demək olar ki, bütün infrastrukturu, o cümlədən qaz şəbəkələri, dəmir yolları, atom elektrik stansiyası və digərləri Rusiya şirkətləri tərəfindən tikilib və ya nəzarət altında saxlanılıb. Amma son illərdə mövcud Ermənistan hakimiyyəti tamam fərqli siyasət yürütməyə, Rusiyanın infrasruktur üzərində dominantlığına son qoymağa can atır. Elə bu kontekstdə Qərblə, həmçinin Çin və Hindistan kimi ölkələrlə əməkdaşlıq genişləndirilir. İndi Ermənistanda başqa ölkələr tərəfindən ərsəyə gələn infrasruktur və digər müəssisələr görmək mümkündür. Amma belə müəssisələrin bəzilərinin təyinatı ikili xarakter daşıyır, yəni onlar regionda Qərbin kəşfiyyat məlumatlarının toplanması mərkəzi kimi çıxış edir. Bu da Rusiya və İran tərəfindən ciddi narahatlıq və narazılıqla qarşılanır.

Bir müddət əvvəl Amerikanın “Firebird” şirkəti tərəfindən inşa edilən və NVIDIA texnologiyası ilə işləyən regionun ən böyük hesablama mərkəzi Ermənistanın Kotayk vilayətinin Razdan şəhərində açıldı. Bu məlumat mərkəzinin təyinatı birmənalı deyil və ondan ABŞ-ın kəşfiyyat mqəsədilə istifadə edəcəyinə dair də məlumalar yayılır. Bu kontekstdə ABŞ üçün maraqlı olan ölkələr isə ilk növbədə Rusiya və İrandır. Amma Ermənistan bu iki ölkənin narahatlığının əbəs olduğunu, iqtisadiyyatının şaxələndirilməsi isyasətinin həyata keçirildiyini, bu məsələdə ABŞ və digər Qərb ölkələri ilə əməkdaşlıq edildiyini bildirir.

Ermənistanla ABŞ-nin qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığın əsasını 2025-ci ilin avqust ayında İrəvan və Vaşinqton arasında imzalanmış süni intellekt və yarımkeçiricilər sahəsində tərəfdaşlıq memorandumu təşkil edir. Qeyd edək ki, 2025-ci ilin noyabr ayında “Firebird” şirkəti ABŞ Ticarət Departamentindən Ermənistana qabaqcıl NVIDIA B200 sürətləndiriciləri tədarük etmək üçün ixrac lisenziyası alıb. Bu xüsusi icazə olmadan ABŞ-ın ixrac məhdudiyyətləri səbəbindən bu sinif çiplərin xaricə ixracı mümkün deyil. Məlumat mərkəzinin tutumunun 20%-i Ermənistan şirkətlərinə məxsusdur. Bu o deməkdir ki, Ermənistan komandaları əks halda xaricdə yüksək qiymətlərlə icarəyə götürülməli olan avadanlıqlara çıxış əldə edəcəklər. “Firebird” özünü Ermənistan layihəsi kimi deyil, qlobal layihə kimi təqdim edir. Ermənistanla yanaşı, prosesdə Qazaxıstan da iştirak edir. Ermənistanın “Team Telecom” və Azərbaycanın “Azer Telecom” şirkətləri arasında imzalanmış müqavilə sayəsində Ermənistan və Qazaxıstan məlumat mərkəzləri arasında məlumat ötürülməsi Azərbaycandan keçəcək. Ekspertlər qeyd edir ki, bu səviyyədə məlumat mərkəzinin tikintisi Ermənistanın enerji sisteminin imkanlarını, ətraf mühit qaydalarını və hüquqi suverenliyini sual altına alır. Layihənin 2027-ci ilin sonuna qədər proqnozlaşdırılan 300 meqavat enerji istehlakı Ermənistanın qış pik istehlakının təxminən dörddə birini təşkil edəcək. Uzunmüddətli planlar ölkənin hazırkı istehsal gücünü 2 qiqavat üstələyir. Bundan çıxış yolu kimi Ermənistan perspektivdə Azərbaycandan elektrik enerjisi idxal etməyi düşünür. Daha əvvəl Azərbaycan və Ermənistan energetika nazirliklərinin nümayəndələri Laçında ölkələr arasında elektrik enerjisinin ixracı və idxalının mümkünlüyü ilə bağlı danışıqlar aparıblar. Görüş zamanı tərəflər iki ölkənin enerji infrastrukturunun dövlət sərhədi boyunca inteqrasiyası variantlarını ətraflı araşdırıblar. Onu da xüsusi vurğulamaq lazımdır ki, “Firebird” Amerika şirkəti və NVIDIA Amerika qanunlarına tabe olduğundan, Razdandakı məlumat mərkəzi 2018-ci ildə qəbul edilən “CLOUD ACT” Qanununun təsiri altına düşür. Bu qanun ABŞ kəşfiyyat orqanlarına, serverlərin fiziki yerindən asılı olmayaraq, ev sahibi ölkənin məhkəmə orqanlarının razılığı olmadan, order və ya məhkəmə çağırışı vasitəsilə Amerika informasiya texnologiyaları korporasiyalarından məlumat tələb etməyə imkan verir. Bu o deməkdir ki, “Firebird” serverlərində emal edilən Ermənistan dövlət qurumlarının, şirkətlərinin və vətəndaşlarının məlumatlarına Ermənistan məhkəmələrinin iştirakı olmadan ABŞ-da potensial olaraq daxil olmaq mümkündür. Bu miqyaslı məlumat mərkəzi sadəcə kommersiya obyekti deyil, Rusiya və İranla həmsərhəd olan bölgədə logistika imkanlarını artıran əsl kəşfiyyat infrastrukturudur. Rusiyalı ekspert Konstantın Sokolov qeyd edir: “Qərbin Ermənistana marağı iqtisadi mülahizələrdən daha çox Cənubi Qafqazdakı mövqeyini gücləndirmək istəyindən irəli gəlir. Ermənistan Rusiyanın iqtisadi strukturuna və vahid mədəni məkanına o qədər inteqrasiya olunub ki, bu əlaqələri bir gecədə kəsmək mümkün deyil. Ölkə üçün belə bir ssenari əsl fəlakət olardı. Amma Qərb burada müxtəlif layihələrlə, o cümlədən kəşfiyyat mərkəzləri vasitəsilə mövqeyini sürətlə möhkəmləndirir. Bundan əsas narahat olmalı ölkələr isə, təbii ki, Rusiya və İrandır”.

Beləliklə, Ermənistan bundan sonra da Qərb-Rusiya-İran üçbucağı arasında geosiyasi maraq toqquşmasında əsas məkanlardan biri kimi qalacaq.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ