İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qeşm adası üzərində ABŞ-a məxsus MQ-9 Reaper pilotsuz təyyarəsinin məhv edildiyini açıqlayıb.
SEPAH-ın məlumatına görə, pilotsuz təyyarə bu gün vurulub. İddia edilir ki, onu məhv etmək üçün SEPAH Aerokosmik Qüvvələrinin yeni, qabaqcıl hava hücumundan müdafiə sistemindən istifadə edilib.
İnqilab Keşikçiləri həmçinin hava hücumundan müdafiə sisteminin İranın inteqrasiya olunmuş milli hava hücumundan müdafiə şəbəkəsinin bir hissəsi kimi fəaliyyət göstərdiyini bildirib.
İran tərəfinin məlumatına görə, bu, davam edən qarşıdurmada məhv edilən 52-ci Amerika MQ-9 dronudur.
Tahir TAĞIYEV