Cümə günü, 06 noyabr 2026
     

Uşaq qatili Öcalan dövlətdən status tələb edir - Baxçalı Türkiyəni şoka soxan xəbər sızdırdı...

Image


Sabir Şahtaxtı: "Bu bir tərəfdən ölkədə ictimai rəyi öyrənməyə, digər tərəfdən isə geniş mənada "status"un mümkünsüzlüyünə işarədir"

MHP lideri Dövlət Baxçalı terrorçu Abdullah Öcalan üçün İmralı adasında bağçası olan rahat bir ev tikildiyini, lakin Öcalanın köçməkdən imtina etdiyini bildirib. Bunu jurnalist Nagehan Alçı iki gün əvvəl Ankaradakı MHP qərargahında MHP sədri Dövlət Baxçalı ilə görüşdən sonra açıqlayıb.

Alçı bildirib ki, terrorçu lideri Abdullah Öcalan və davam edən prosesləri müzakirə edərkən Baxçalıdan ictimaiyyət arasında yayılan "İmralı adasında villa tikilir" iddiası ilə bağlı soruşub. Alçının sözlərinə görə, Baxçalı ona bu məsələ ilə bağlı dəqiq cavab verib.

Onun sözlərinə görə, MHP lideri "İmralı adasında Abdullah Öcalan üçün bir ev tikilib. Bu evin qarşısında bağ və insani yaşayış üçün hər cür şəraiti var. O, həmin evdə normal həyatın axınına uyğun şəkildə yaşaya bilər. Rahat bir ev tikilib" deyib.

Öcalan üçün tikilmiş villah haqqında təfərrüatları paylaşan Alçı deyib: "Cənab Baxçalının qeyd etdiyi ev həbsxana ərazisində yerləşir. Qarşısında bağ sahəsi var, amma bu vacibdir: Anladığım qədəri ilə, ətrafında divarlar olan tikilinin içindəki bağ da divarlarla əhatə olunub. Bağçanın bir hissəsi torpaq, bir hissəsi isə betondur. Torpaq hissəsi əkin və becərmə üçün, beton hissəsi isə başa düşdüyüm qədəri ilə idman üçündür. İçəridə iki mərtəbəli bir tikili var: alt mərtəbə iş sahəsi (ofis kimi), üst mərtəbə isə yaşayış sahəsi kimi planlaşdırılıb".

Baxçalı Öcalanın evə getməkdən imtina etməsini isə belə izah edib: "Amma o, buraya köçməkdən imtina edir. Çünki status istəyir. Çərçivə sənədinin tətbiqini və qaydalar işə düşdükdən sonra evə getmək istəyir".

"Öyrəndiyim bəzi əlavə detallar var", deyən Alçı Öcalanın müəyyən istəklərinin olduğunu da deyib: "O deyir ki, "Mən müəyyən bir yaşa çatmışam. Mən bu evdə təkbaşına yaşaya bilmərəm, idarə edə bilmərəm. Tək qalmaq da istəmirəm". O, yaxın çevrəsindən və qohumlarından bir neçə nəfərin onunla birlikdə qalmasını istədiyini öyrəndim. Hətta bir qohumu üçün müraciət edildiyini eşitdim, bu, da aldığım məlumatlar arasındadır".

Alçı həmçinin bildirib ki, görüş zamanı əldə etdiyi bu məlumatın ictimaiyyətlə paylaşıb-paylaşa bilməyəcəyini Baxçalıdan soruşub. Alçı Baxçalının bu məlumatın paylaşılmasına icazə verdiyini qeyd edərək deyib: "Düzünü desəm, bu, çox təəccüblü məlumatdır. Cənab Baxçalıdan soruşdum ki, "Bunu ictimaiyyətlə paylaşa bilərəmmi?" O, dedi ki, "Qərar sizindir; mənim üçün heç bir problem yoxdur. Paylaşa bilərsiniz".

Qeyd edək ki, bundan əvvəl Türkiyənin ədliyyə naziri Akın Gürlek "İmralı adasında Öcalana villa tikilməsi" iddialarını təkzib edərək beləbir şeyin olmadığını demişdi.

Məlumdur ki, Abdullah Öcalan PKK terror təşkilatının qurucusu və lideridir, Türkiyə və digər ölkələrdə törədilən terror aktları, o cümlədən dinc sakinlərin və uşaqların ölümünə səbəb olan qətliamlara görə rəsmi səviyyədə və cəmiyyətdə "uşaq qatili" (və ya "bebek katili") kimi tanınır.

Baxçalı deyir ki, Öcalan status istəyir. Öcalan nə status istəyə bilər?

Ona tikilən evdən imtina başqa bir məsələdir, hansısa status istəməsi başqa. Ona nə status verilə və o, nə status istəyə bilər? Yaxud Öcalana statusun verilməsi Türkiyədə daxili siyasətə nə kimi təsir göstərəcək?

Siyasi analitik, yazıçı-publisist Sabir Şahtaxtı baki-xeber.com-a bildirdi ki, Türkiyədə geniş ictimaiyyət tərəfindən Bəbək Qatili kimi tanınan və qəbul edilən Abdullah Öcalana münasibət strateji və taktiki xarakter daşıyır. "Belə ki, Türkiyənin siyasi elitası üçün strateji yanaşma, artıq 77 yaşını haqlamaqda olan PKK terror təşkilatı liderinin gələcəkdə baş verəcək təbii ölümünə hansı münasibət göstəriləcək? Onun nəşi harada və hansı şəraitdə dəfn olunacaq və sairdən ibarətdir. Mahiyyətcə İmralı sakini həbsxanada şəraitli həyat yaşayır. Bundan sonra onun adada malikanədə, yaxud mənzildə yaşayacağı heç nəyi dəyişmir".

S.Şahtaxtı "zənnimcə, "Terrorsuz Türkiyə" təşəbbüsü çərçivəsində davam edən proseslərdə "status" iddiasının ortaya çıxması məhz Öcalan və onun tərəfdarlarının PKK üçün gələcəkdə ziyarətgah axtarışı ilə birbaşa bağlıdır. Türkiyədə sabitliyin pozulmasında maraqlı olan bütün tərəflər yaxşı bilirlər ki, gələcəkdə Abdullah Öcalanın məzarı PKK və onun tərəfdarları üçün həyati əhəmiyyət daşıyır. Heç şübhəsiz ki, bu məsələdə zəngin dövlətçilik ənənələri olan Türkiyənin məxfi planı mövcuddur. Əks halda, Türkiyənin bütövlüyü ciddi risklər altına düşə bilər.

Məsələyə taktik yanaşma isə hər zaman olduğu kimi Türkiyədə keçiriləcək növbəti seçkilərə hesablanıb.

Həm AK Parti, həm də MHP rəhbərliyi yaxşı bilir ki, Türkiyə seçicilərinin təxminən 6-8 faizini ölkənin kürd əsilli elektoratı təşkil edir və onların bir qismi ölkədəki sabitlik anlayışına emosional düşüncə ilə yanaşır. Heç bir siyasi partiya bu elektoratdan imtina etmək niyyətində deyil"-deyə bildirdi.

"Terrorsuz Türkiyə" təşəbbüsü çərçivəsində hazırlanan "Milli həmrəyliyin və sosial inteqrasiyanın gücləndirilməsi haqqında" qanunun 2026-cı il avqustun 18-də Türkiyə hökumətinin mətbuat orqanı olan "Resmi Gazete"də dərc edildiyini xatırladan analitik Sabir Şahtaxtı diqqətə çatdırıb ki, terror başçısı Abdullah Öcalanın "status" iddiasının MHP sədri Devlet Bahçeli tərəfindən açıqlanması da təsadüfi deyil. "Bu bir tərəfdən ölkədə ictimai rəyi öyrənməyə, digər tərəfdən isə geniş mənada "status"un mümkünsüzlüyünə işarədir. Çünki MHP və onun tərəfdarları bütün hallarda PKK ilə mübarizədə danışıqların əleyhinə olublar".

Analitik qeyd edib ki, bütün hallarda PKK gələcəkdə də terror təşkilatı kimi mövcud olacaq və onun əsas missiyası xarici sifarişləri həyata keçirməkdir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ