Cümə günü, 06 noyabr 2026
     

Üç bölgə Brutaniyadan ayrılmaq qərarı verdi - başqasının ərazi bütövlüyünə qəsdin cavabı belə olur...

Image


Şotlandiya, Uels və Şimali İrlandiyanın rəhbərləri öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyən memorandum imzalayıblar. 14 sentyabr 2026-cı ildə Kardiff şəhərində keçirilən görüşdə Şotlandiyanın baş naziri Con Suinni, Uelsin birinci naziri Run ap İorvert və Şimali İrlandiyanın birinci naziri Mişel O'Nil sənədi imzalayıblar.

Memorandumda hər üç xalqın öz gələcəyini müəyyən etmək, müstəqillik əldə etmək və gələcəkdə Avropa İttifaqı ilə daha sıx əlaqələr qurmaq hüququ vurğulanır. Tərəflər, həmçinin, bərpaolunan enerji, iqtisadi inkişaf və Avropa ilə münasibətlərin gücləndirilməsi sahələrində əməkdaşlıq etmək niyyətlərini bildiriblər.

Bu, Böyük Britaniyanın dörd hissəsindən üçünün hökumətlərinə ilk dəfə milliyyətçi partiyaların rəhbərlik etdiyi dövrdə baş verib. Görüş iştirakçıları Londonu gələcək konstitusiya dəyişikliklərinə hazırlaşmağa çağırıblar və "Vestminster dövrünün sonuna yaxınlaşdığını" bildiriblər.

Mətbuat konfransında Şotlandiya və Şimali İrlandiya rəhbərləri yaxın gələcəkdə Böyük Britaniyadan ayrılmaq məsələsi üzrə referendumların keçirilməsini dəstəklədiklərini açıqlayıblar.

Bununla yanaşı, Böyük Britaniyanın baş nazirinin sözçüsü hökumətin Şotlandiya, Uels və Şimali İrlandiyada müstəqillik referendumlarının keçirilməsini dəstəkləmədiyini və ölkənin birlikdə qalmasının tərəfdarı olduğunu bəyan edib.

Şotlandiya, Uels və Şimali İrlandiya liderlərinin öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyən memorandum imzalaması Böyük Britaniyanın siyasi parçalanmasına gətirib çıxara bilərmi?

Elşad Həsənov: "İmperiyalar dağılır, yaxın illərdə Böyük Britaniyanın da parçalanması gündəmə gələcək"

Politoloq Elşad Həsənov: "İran həmişə Qərbin tapşırığını yerinə yetirir" - Oxu.az

Politoloq Elşad Həsənov "Bakı-Xəbər"ə açıqlamasında bildirib ki, dünyada xalqların öz müqəddəratını təyin etmək məsələsi xüsusilə son 20 ildə daha da aktuallaşıb. Onun sözlərinə görə, bu proses dövlətlərin daxili siyasi quruluşuna və tarixi inkişafına təsir edən mühüm amillərdən birinə çevrilib.

Politoloq hesab edir ki, tarixdə mövcud olmuş böyük imperiyaların əksəriyyəti müəyyən mərhələdə parçalanıb və bu baxımdan Böyük Britaniyada Şotlandiya, Uels və Şimali İrlandiyanın gələcəyi ilə bağlı müzakirələrə də tarixi proseslərin kontekstində yanaşmaq lazımdır.

"Tarix göstərir ki, imperiyalar əbədi yaşamır. Böyük Britaniya da əsrlər boyu böyük imperiya kimi öz gücünü qoruyub saxladı, lakin zaman keçdikcə imperiya statusunu itirdi. İndi isə ölkənin öz daxilində Şotlandiya, Uels və Şimali İrlandiyanın statusu ilə bağlı müzakirələr davam edir. Mən hesab edirəm ki, yaxın illərdə bu məsələ daha da aktuallaşa bilər", – deyə Elşad Həsənov bildirib.

Onun sözlərinə görə, xüsusilə Şotlandiyanın müstəqillik məsələsi Böyük Britaniyanın qarşılaşdığı əsas siyasi çağırışlardan biridir. Politoloq qeyd edib ki, Şotlandiyada müstəqillik tərəfdarlarının mövqeyi siyasi gündəmdə qalır və regionun Avropa İttifaqı ilə gələcək münasibətləri də bu müzakirələrin mühüm istiqamətlərindən biridir.

Elşad Həsənov vurğulayıb ki, hazırda Böyük Britaniya hökuməti ölkənin parçalanmasına qarşı mövqe nümayiş etdirir və yeni müstəqillik referendumlarına müsbət yanaşmır. Buna baxmayaraq, onun fikrincə, ayrılma tərəfdarlarının siyasi fəaliyyətinin davam etməsi məsələnin yaxın gələcəkdə də gündəmdə qalacağını göstərir.

Politoloq bu prosesi yalnız Böyük Britaniya ilə məhdudlaşdırmır. Onun fikrincə, dünyanın müxtəlif bölgələrində separatizm, regional muxtariyyət və öz müqəddəratını təyinetmə tələblərinin güclənməsi beynəlxalq münasibətlər sistemində gedən daha geniş transformasiyanın bir hissəsidir.

O qeyd edib ki, XX əsrin sonlarında Sovet İttifaqının dağılması və 15 müttəfiq respublikanın müstəqil dövlətə çevrilməsi bu baxımdan mühüm tarixi nümunədir. Həsənov gələcəkdə Rusiya daxilində də ərazi-siyasi dəyişikliklərin mümkün olduğunu düşünür, lakin belə proseslərin hansı formada və hansı zaman kəsiyində baş verəcəyinin indidən dəqiq müəyyənləşdirilməsinin mümkün olmadığını bildirib.

Politoloq eyni tendensiyaların ABŞ-da da müşahidə olunduğunu deyib. O, xüsusilə Texas və Kaliforniyada zaman-zaman müstəqillik və ya ABŞ-dan ayrılma ilə bağlı təşəbbüslərin gündəmə gətirildiyini xatırladıb.

Onun fikrincə, bütün bu nümunələr göstərir ki, dövlətlərin siyasi və ərazi quruluşu dəyişməz proses deyil. Bununla belə, konkret ölkələrin parçalanmasının qaçılmaz olduğunu indidən söyləmək mümkün deyil və belə dəyişikliklər həmin dövlətlərin konstitusion sistemi, əhalinin mövqeyi, siyasi institutlar və beynəlxalq şəraitdən asılıdır.

Həsənov hesab edir ki, öz müqəddəratını təyinetmə hüququ ilə dövlətlərin ərazi bütövlüyü prinsipi arasındakı ziddiyyətlər bundan sonra da beynəlxalq siyasətin əsas mübahisəli məsələlərindən biri olaraq qalacaq.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ