Cümə axşamı günü, 12 noyabr 2026
     

Türk dövlətlərinin inteqrasiya prosesinin sürətlənməsində mədəniyyət faktoru ön plana çıxır

Image


Son dövrlərdə türk dünyasının inteqrasiyası mövzusu türkdilli məkanın yüksək dairələrində ən çox müzakirə olunan mövzuya çevrilib. Şübhəsiz ki, bu cür inteqrasiya iqtisadi, siyasi və sosial plan düzgün həyata keçirilərsə, kifayət qədər yaxşı nəticələr verə bilər.

Artıq qeyd edilən istiqamətlər üzrə mühüm addımlar atılıb, nəticədə inteqrasiyanın başlanğıcı üçün yaxşı təməllər yaradılıb. Lakin inteqrasiyanın iqtisadi, siyasi və sosial tərəfləri ilə yanaşı, xüsusi  nəzərə alınmalı tərəflərindən biri mədəni məsələlərlə bağlıdır. Etiraf edilməlidir ki, son vaxtlara kimi türk dünyası arasında  mədəniyyətlərarası əlaqələr diqqətdən kənarda qalıb. Amma artıq inteqrasiyada bu məqama da xüsusi diqqət yetirmək vacibdir, çünki mədəniyyət insan, toplum həyatının əsas tərkib hissəsidir.

  • Zəngin mədəniyyət, yüksək tolerantlıq türk birliyinin möhkəmlənməsinin təməl daşlarından biridir  

Azərbaycanın yanaşması bundan ibarətdir ki, türk ölkələrinin inteqrasiya prosesində mədəniyyət faktoru da əsas diqqət mərkəzində yer almalıdır. Yeri gəlmişkən qeyd edək ki, bu məsələ  Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri fonunda başlıca müzakirə predmetlərindən biri olub. Əldə edilən razılıqlardan belə bəlli olur ki, türkdilli ölkələr mədəni müstəvidə əlaqələri daha da dərinləşdirəcəklər. Bununla bağlı Prezident İlham Əliyevlə mətbuta birgə bəyanatla çıxışı zamanı Kasım-Jomart Tokayev qeyd edib: “Gündəlikdə duran mədəni-humanitar məsələlər birgə səylərlə zənginləşir, bu da, əlbəttə, xalqlarımızın daha da yaxınlaşmasına kömək edir. Mən ölkəmizdə Azərbaycan mədəniyyəti ongünlüyünün keçirilməsi barədə təşəbbüs irəli sürdüm. Bu tədbirin populyarlığına heç bir şübhəm yoxdur, çünki xalqımız Azərbaycan mədəniyyəti üçün, sizin görkəmli incəsənət xadimləri üçün darıxıb”.

Bu tədbirin baş tutacağına və uğur qazanacağına əminliyini bildirən Qazaxıstan Prezidenti qeyd edib: “Bundan başqa, biz ölkələrimiz arasında mədəniyyət xadimlərindən ibarət nümayəndə heyətlərinin mübadiləsini həyata keçirmək barədə razılığa gəldik. Biz minnətdarıq ki, Sumqayıt şəhərində küçələrdən biri qazax xalqının görkəmli nümayəndəsi Əhməd Baytursınovun adını daşıyır. Əlamətdar haldır ki, Əhməd Baytursınov 1926-cı ildə məhz burada, Bakı şəhərində keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayının nümayəndəsi olub. Mənim fikrimcə, bu fakt bir daha göstərir ki, ölkələrimiz və xalqlarımız arasında əlaqələr həmişə çox sıx olub”. Qeyd edək ki, türk dünyasında yer alan sivilizasiyanın formalaşması bu məkanda xalqların inkişaf xüsusiyyətlərini müəyyən edən iki prinsipin - Avropa və Asiya prinsiplərinin qarşılıqlı təsiri fonunda baş verib. Əsrlər boyu bu ərazidə müxtəlif etnik qruplar, müxtəlif mədəniyyətlər qarşılıqlı əlaqədə olub. Ən əsası isə  bu məkanda mövcud olan etnik qruplar zəngin mədəniyyətlərarası münasibətlər tarixinə malikdir. Türklərin çoxəsrlik tarixin əsasında dini dözümlülük, qarşılıqlı birgəyaşayış prinsipləri formalaşıb.  Üstəlik, hər bir xalq başqa xalqlarla qarşılıqlı əlaqə nəticəsində mədəniyyətini özünəməxsus şəkildə zənginləşdirib. Beləliklə, mədəni inteqrasiya müasir sistemin formalaşmasından çox əvvəl başlayıb. Burada xüsusi vurğulanmalı bir sıra digər nüanslar da mövcuddur. Bəllidir ki, son vaxtlar qlobal miqyasda millətlərarası münasibətlər xüsusilə kəskin xarakter alıb. Hətta eyni kökə malik xalqlar arasında bunu görmək olar. Qeyd edilənlərin ən real təsdiqi Rusiya-Ukrayna münaqişəsi fonunda özünü büruzə verir. Bu iki slavyan xalqı indi biri-birinə düşmən kəsilib.  Lakin türk dünyası millətlərarası münasibətlər baxımından nümunə hesab edilə bilərlər. Bu da onların mədəni müstəvidə də inteqrasiyasını asanlaşdırır.

  • Türk mədəniyyətinin üfüqləri dünya miqyasında daha sürətlə genişlənir

Türk dövlətləri arasında tarixi fərqlərlə yanaşı, ümumi təhsil, elmi-texniki tərəqqinin səviyyəsi və  digər bu kimi sosial fərqlər də mövcuddur. Bu cür fərqlərin inteqrasiya prosesində çox asanlıqla aradan qaldırılmasında hansısa ciddi, kəskin problem mövcud deyil. Türkdilli xalqları ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. 

Hesab edilir ki, türk dünyasının inteqrasiyası layihəsinin müəllifləri bu ərazidə mövcud xalqların qarşılıqlı əlaqəsinin zəngin tarixi təcrübəsinə daim xüsusi diqqət etməli, ilk növbədə mədəniyyətlərarası yaxınlaşmanın sürətlənməsi barədə daha çox düşünməlidirlər. Bu qəbildən olan məsələlərin həllində həlledici amil təbii ki, inteqrasiyaya qərar vermiş dövlətlərin elitasının həyata keçirəcəyi siyasət olacaq. Əməkdaşlıq, müasirləşmə, elmi məkanın sinxronlaşdırılması mədəniyyətlərarası yaxınlaşmanın da açarıdır. Bunun üçün Türk Dövlətləri Təşkilatı (TDT)  kimi mühüm bir platforma var. Bu qurumun əslində uğurlu fəaliyyəti onun sosial və mədəni təməllər üzərində öz işini qurmasıdır. Təşkilata üzv ölkələrin biri-birilə mədəni əlaqələri hər zaman yüksək səviyyədə olub. Hazırda da bu əlaqələr daha dinamik olan yüksələn xətt üzrə davam etdirilir. Bu mənada TÜRKSOY da türkdilli dövlətlər arasında mədəni əlaqələrin inkişafına əhəmiyyətli töhfələr verir. Bu möhtəşəm qurumun çərçivəsində həyata keçirilən tədbirlər, möhkəmlənən əməkdaşlıqlar da türk dövlətlərinin birliyi üçün formalaşdırılan ümumi geostrateji mənzərənin tərkib hissəsidir. Təşkilatın əsas məqsədi türk dövlətləri arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir.  Bura  mədəni müstəvi də daxildir. Xatırladaq ki, TÜRKSOY türk dünyasının milli-mənəvi irsinin qorunması, inkişafı və təbliği istiqamətində mühüm vəzifəni həyata keçirir. Türk Mədəniyyət və Miras Fondu da mədəni əlaqələrin genişlənməsinə getdikcə daha böyük töhfələr verməyə başlayır. Türk Mədəniyyət və Miras Fondunun qərargahının Bakıda yerləşməsi ölkəmizin türk dünyasının inteqrasiyasına mədəniyyət faktoruna verdiyi böyük önəmin konkret təzahürdür. Onu da qeyd edək ki, türkdilli dövlətlər regionda öz aralarında əməkdaşlıq etməklə bərabər, başqa ölkələrlə də dostluq və qarşılıqlı anlaşma şəraitində münasibətlərini inkişaf etdirirlər. bura difər sahələrlə yanaşı, mədəniyyət sferası da daxildir. Türk Şurası və TÜRKPA kimi beynəlxalq təşkilatlar bu prosesdə öz rolunu oynayır, türk mədəniyyətinin üfüalərinin genişlənməsinə böyük töhfələr verirlər.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ