Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycan Ermənistana unutmayacağı daha bir “dərs”i Laçında verdi

Image


Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilərin çıxarılması fonunda Azərbaycan Laçın dəhlizi üzrə nəzarəti tam ələ almağı bacardı. Artıq bu ayın sonundan etibarən ermənilər ənənəvi Laçın dəhlizindən istifadə edə bilməyəcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov da qeyd edir ki, Laçın şəhərinə daxil olmadan yeni alternativ yoldan istifadə yaxın 1 həftə ərzində mümkün olacaq. Onun sözlərinə görə, Agentlik, ölkə başçısının tapşırığına əsasən, verdiyi vədə vaxtından əvvəl əməl edib və alternativ yolun Azərbaycan ərazisindən keçən 22 kilometrlik hissəsi artıq hazırdır: “Məlumdur ki, əvvəllər Ermənistandan Xankəndiyə gedən avtomobil yolu Laçın şəhərinin mərkəzindən keçirdi. Ölkə başçısının göstərişi və tapşırığı ilə qısa müddətdə, 10 ay ərzində yolun Azərbaycan ərazisinə düşən 22 kilometrlik hissəsi çəkildi. Yolun 10 kilometri isə Ermənistan ərazisinə düşür. Agentlik, ölkə başçısının tapşırığına əsasən, 2022-ci ilin 15 avqust tarixində alternativ yolun Azərbaycan ərazisindən keçən hissəsini istifadəyə verib. Ermənistan tərəfi 10 km yolu hələ də başa çatdırmadığı üçün biz Qarabağda yaşayan erməni icmasının xahişi ilə 4,8 kilometrlik birləşdirici yolun da çəkilişini həyata keçirmişik”. Məlumatlara görə, artıq rus sülhməramlıları bütün region üçün açar rolunu oynayan Laçın dəhlizi - 6 kilometrlik dağ yolu üzərində nəzarəti Azərbaycana təhvil verib. Qeyd edək ki, postmüharibə dövründə əsas həll olunmamış məsələ məhz Azərbaycanın yaxın gələcəkdə nəzarət etmək istədiyi Laçın dəhlizi idi. Müharibənin başa çatması ilə bağlı razılaşmalara əsasən, Ermənistan və Azərbaycan Laçından yan keçən yeni marşrutun çəkilməsi planı barədə qərar verməli idilər. Rusiya sülhməramlıları yeni yola keçməli idilər. Bunun üçün 3 il vaxt verilmişdi. Avqustun 3-də vəziyyətin kəskin gərginləşməsindən sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakının Laçın dəhlizi ilə bağlı tələblərini "qanunsuz" adlandırdı. O, Ermənistanın hələ də yeni yolun tikintisi ilə bağlı hər hansı planla razılaşmadığını iddia edirdi. Lakin bu, Azərbaycanı çəkindirmirdi. Ölkəmiz vaxtından tez yeni marşrutun Laçın rayonunun Ermənistanla sərhədindən başlayaraq Şuşa magistralı - Xankəndi yolu ilə birləşən hissəsini tamamladı. Bununla bir daha Ermənistan üzərində mühüm qələbəyə imza atdı. Ermənistanın istəyinin əksinə olaraq, Laçın dəhlizinə nəzarət Azərbaycana keçdi. Elə ermənilər özləri də bunu Bakının İrəvana növbəti dərsi hesab edirlər.

Laçın dəhlizinin təhvil verilməsi ilə yolun Azərbaycanın nəzarətinə keçməsindən sonra Qarabağ ermənilərinin Ermənistanla necə əlaqə saxlaması sualı aktuallaşıb. Bölgəyə səfər edən erməni jurnalist Lilit Şahverdyan deyir ki, alternativ yol var. O qeyd edir ki, Azərbaycanın inşasını qısa müddətdə tamamladığı bu yola Bakının nəzarəti güclüdür: “İndi insanlar Şuşanın yaxınlığından keçən və Rusiya sülhməramlılarının nəzarətində olan yoldan istifadə edə biləcəklər. Ancaq problem tam həll olunmayacaq: Ermənistan və Qarabağdakı ermənilər hələ elektrik dirəklərini və rabitə xətlərini yeni müvəqqəti dəhlizə köçürməlidir. Qarabağ sakinləri üçün əsas problem qaz kəməri olaraq qalır - o qismən Azərbaycanın nəzarətində olan ərazilərdən keçir və bu problem hələ də həllini tapmayıb. Bu şəraitdə Qarabağ erməniləri Azərbaycanın şərtlərini qəbul etməli olacaq. Onların çoxu, yəqin ki, Azərbaycan vətəndaşı olacaq”. Laçının ölkəmizin nəzarətinə keçməsi haqqında danışan Türkiyənin Hacı Bayram Vəli Universitetinin professoru Kürşad Zorlu isə “axar.az” portalına açıqlamasında bildirir ki, bu, Bakının sərgilədiyi siyasi iradənin nəticəsidir: “Laçın və Laçın dəhlizi ilə bağlı 10 noyabr bəyanatının 6-cı maddəsi var. Azərbaycan sözügedən maddəyə görə öz öhdəliyini yerinə yetirərək Laçın dəhlizinə alternativ yolu qısa müddətdə inşa etdikdən sonra Moskvadan rus sülhməramlılarının yeni yola keçməsini tələb edib. Eyni zamanda yenə humanistlik göstərərək, qanunsuz yerləşdirilən ermənilərin oradan köçməsi üçün vaxtı 25 avqustadək uzadıb. Bakının verdiyi vaxt artıq bitir və  biz rus sülhməramlılarının yeni yola keçmək üçün postları sökməsi və ermənilərin Laçın rayonunu, Zabux və Sus kəndlərini tərk etməsi haqqında görüntüləri izləyirik”. Ekspert Ermənistanın beynəlxalq aləmi yanıltmaq üçün fəaliyyətinə davam etdiyini, lakin Azərbaycanın başladığı işi mütləq şəkildə sona çatdıracaq gücə və qətiyyətə sahib olduğunu vurğulayıb: “Azərbaycanın sülhə istiqamətlənmiş müsbət addımlarına baxmayaraq, Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün çalışır. İrəvan Suriya, Livan və başqa ölkələrdəki ermənilərə yalan vədlər verərək onları Laçında, Zabux və Sus kəndlərində məskunlaşdırıb. Bu qanunsuz məskunlaşdırma beynəlxalq hüquqi məsuliyyət doğuran müharibə cinayətidir. İndi ermənilərin qanunsuz yerləşdikləri Azərbaycan torpağından göndərilməsini görüb “kədərlənən” bəzi beynəlxalq təşkilatlara səslənmək istərdim: siz Ermənistan Laçını işğal edəndə oradan zorla çıxarılan soydaşlarımızın bir gün geri qayıdacağını düşünmədinizmi? O zaman harda idiniz? İndi Azərbaycan dövləti otuz il bundan öncə öz yurdundan didərgin salınan vətəndaşlarının geri qayıtması üçün hazırlıq görür. Ermənistanın digər işğal etdiyi bölgələrdə etdiyi kimi tarixi və mədəni abidələri qarət etdiyini, məscidləri, hətta ölmüş insanların məzarlarını belə dağıtdığını görürük. Bəzi tarixi əsərlərin müxtəlif ölkələrdə auksionlarda satıldığı haqqında məlumatlar var. Hətta bununla əlaqədar Avropa Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qərar qəbul edib. Azərbaycan bəhs etdiyimiz cinayətlərə görə Ermənistanın beynəlxalq səviyyədə cəzalandırılması istiqamətində fəaliyyətini davam etdirməli və gücləndirilməlidir. Sonda onu demək istəyirəm ki, nə baş verəcəyini yaşayıb görəcəyik. Amma Azərbaycanın iki məsələdə qətiyyətlə hərəkət edəcəyini əminliklə deyə bilərik: birincisi, digər işğaldan azad olunan bölgələrdəki kimi, Laçın da yenidən inşa ediləcək; ikincisi isə, Azərbaycan öz vətəndaşlarının mütləq şəkildə doğma yurdlarına qayıtmasını təmin edəcək”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ