Cümə axşamı günü, 12 noyabr 2026
     

ABŞ MQ həmsədrliyini diriltmək istəsə, Qafqazın əsas prosesindən uzaqlaşdırılacaq - böhran anı...

Image


ABŞ dövlət katibi Entoni Blinken Filip Rikeri Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi təyin edib. Bu barədə Departamentin məlumatında deyilir. Filip Riker bu vəzifədə Endryu Şeferi əvəz edəcək. O, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa kömək edəcək, həmçinin Cenevrə beynəlxalq müzakirələrində Gürcüstandakı münaqişə üzrə ABŞ nümayəndə heyətindən danışıqları aparan aparıcı şəxs olacaq.

Səfir Riker Avropada və beynəlxalq təşkilatlarda geniş iş təcrübəsinə malikdir. Daha əvvəl ABŞ-ın Böyük Britaniyadakı səfirliyində müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərib.

Azərbaycan  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ABŞ Dövlət katibi Entoni Blinkenin 24 avqust tarixli mətbuat bəyanatını şərh edərkən  bunları deyib:

“Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər. Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir”.

Azərbaycanın bu təyinata etirazını nə dərəcə əsaslı saymaq olar?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, münaqişənin nizamlanmasının ilk illərində Azərbaycan dövləti  və cəmiyyətinin  ATƏT-in Minsk qrupundan gözləntiləri olub:

“Biz  yeni müstəqil dövlət kimi həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzv ölkələri  olan ATƏT-in Minsk qrupu həmsədrlərinin nizamlanma prosesində uğurlu ola biləcəyini ehtimal edir və  konfliktinin nizamlanmasına başlandığı ilkin illərdə bunu müsbət dəyərləndirdik.  ATƏT-in Minsk qrupunun həmsədr ölkələri BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri  kimi Qarabağ konfliktinin həllinə dair 4 qətnamənin tərtib olunmasında iştirak etmiş və ona səs vermişdi.  Əvəzində isə Minsk qrupunun ATƏT coğrafiyasında  BMT TŞ qətnamələrinin icra edilməsinə yetərincə səy göstərməməsi, bəzən isə açıq-aydın bu qərarların əksinə atdığı addımlarla  təhlükəsizlik səylərini sabotaj etməsi  ilə üz-üzə qaldıq. ATƏT-in Minsk qrupu 30 ilə yaxın bir dövr ərzində öz fəaliyyətsizliyi, faktiki nizamlama prosesini dondurmaqla, real təkliflər və təsiredici mexanizm ortaya qoymadan vaxt uzatmaqla özü-özünü proseslərdən kənarlaşdırdı. Onu da qeyd edim ki, ATƏT-in Minsk formatı ilkin olaraq ATƏT coğrafiyasında konfliktlərin həlli istiqamətində bir mexanizm kimi nəzərdə tutulmuşdu.

Bu mexanizm isə heç bir konfliktin həllində özünü doğrultmadı, faydalı format kimi özünü təsdiqləmədi.  28 ildən sonra Azərbaycan məcbur qalaraq BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi və  44 gün ərzində torpaqlarını işğaldan azad etdi.  Torpaqları azad edəndən sonra aydın oldu ki, ATƏT-in Minsk qrupunun gözü önündə bu illər ərzində Azərbaycan torpaqları, işğal altındakı ərazilərin təbii resursları talan olunub, ekoloji terror həyata keçirilib”.

Ekspertin sözlərinə görə, iki dəfə faktaraşdırıcı missiya ilə bu yerlərə səfər edən ATƏT-in Minsk qrupu bu cinayətləri görməzdən gəlib: “Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını işğaldan azad etməklə yanaşı, dünyada qəbul edilən iribüdcəli sülhyaratma “sənayesinin” və nizamlanma mexanizminin yararsızlığını sübut etdi.

Bu  yaxınlarda isə ATƏT-in Minsk qrupunun fəaliyyətinin faktiki olaraq dayandırıldığı bir vaxtda ABŞ-dan olan həmsədr dəyişdirildi.

Bununla da bir neçə ay bundan öncə Ermənistanın,  nəyin bahasına olursa-olsun, Minsk qrupunu yenidən prosesə cəlb etmək təşəbbüslərinin sifarişçisi indi bəli olur.

Minsk qrupunun həmsədr ölkələri həm də Ermənistanın bu prosesdə sabotajlarına göz yummaqla, tərəf kimi çıxış etmək görüntüsünü yaratdı və  özünü doğrultmadı.

Faktiki olaraq, artıq ATƏT-in Minsk qrupuna ehtiyac qalmayıb. Regiona daha öncəki təsir şərtləri mövcud deyil, yeni şərtlərin yaranması isə zaman və səy tələb edir. ABŞ-ın Cənubi Qafqazda regional münaqişələrin həllində birbaşa təsir mexanizmi olmayıb. Amerika Qarabağ konfliktində uzun müddət ATƏT-in Minsk qrupunun  həmsədr ölkəsi kimi səy göstərib.  Amma İkinci Qarabağ müharibəsindən sonra formalaşan yeni formatda birbaşa iştirakçı deyil.

ATƏT-in fəaliyyətsizliyi münaqişə şəraitində olan ölkələrə təzyiq və təsir vasitəsi olan mexanizmini itirməsinə gətirdi, özünü isə  proseslərdən kənarda qoydu.  Belə rıçaq əlindən çıxdığı üçün ABŞ bu mövzunu yenidən aktivləşdirmək istəyir.

Bütün kriteriyalar üzrə uğursuz olan ATƏT-in Minsk qrupunu reanimasiya etmək, Ermənistanla kuluarlarda Qarabağa “sülhməramlı” missiya həyata keçirmək və ya “nəzarət mexanizmi” formalaşdıra bilmək kimi absurd müzakirələr haqqında məlumatlar var. Paralel olaraq ölkədə özünü ABŞ-ın yaxın tərəfdaşı kimi təqdim edən şəbəkə və onların fəalları dövlət qurumlarına qarşı təxribatlar təşkil edir.

ABŞ səfirliyinin ani reaksiyalar verməsi isə bu proseslərin koordinasiyalı getməsi, Azərbaycan hökümətinə qarşı bu mövzuda təzyiq elementləri kimi istifadəsi haqqında təəssüratları möhkəmləndirir”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ