Cümə günü, 13 noyabr 2026
     

Laçın, Sus və Zabuxda qalan ermənilər Ermənistana köçmək istəyir...

Image


Laçın şəhəri, Sus və Zabux kəndləri ətrafında vəziyyət bu gün həm Ermənistan, həm də Azərbaycan ictimaiyyəti üçün xüsusi maraq mövzusudur. Xatırladaq ki, bu ərazilərdə hələ də ermənilər qalıb. Lakin Azərbaycanın Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsindən sonra ermənilərin bu əraziləri tərk etməsi qaçılmaz hesab edilir.

Ermənistan parlamentinin deputatı Tiqran Abramyan qeyd edir ki, buna müqavimət halında yeni toqquşmalar qaçılmaz olacaq. Onun sözlərinə görə, Azərbaycan sona qədər gedəcək və yeni yolun istifadəsindən sonra bu ərazilərə nəzarəti bərpa etmək üçün hər şey edəcək: “Yeni toqquşma baş verərsə, itkilər qaçılmaz olacaq. Ermənistan tərəfi ehtiyatlı olmalıdır”. Laçın şəhərində qanunsuz məskunlaşmış ermənilərin başçısı Narek Aleksanyan isə qeyd edir ki, Laçın şəhərini tərk etmək üçün hazırlıq işləri hələ başlamayıb: “Hazırda əhalinin şəhəri tərk etməyə xüsusi meyli yoxdur. Mən Xankəndidəyəm, amma Laçınla telefon vasitəsilə əlaqə saxlayıram. Dəhliz dəyişdirildikdən sonra əhalinin Laçını tərk edəcəyi ehtimal edilir. Hazırda Laçın şəhərində 180-ə yaxın erməni yaşayır. Burada, demək olar ki, cəmi 30-a yaxın ailə qalıb”. Aleksanyan etiraf edib ki, 2020-ci ilin dekabrından sonra onlarla ailə Laçını tərk edərək Gorusa, Qafana və Xankəndiyə gedib. O bildirib ki, Laçın şəhərinin və ətraf ərazilərin Azərbaycana qaytarılmasından sonra yerdə qalan əhali də Ermənistana köçməyə hazırlaşır: “Ermənistan hökuməti bizi evlə təmin edəcəkmi, bilmirəm. Amma bizdən əvvəlkilər evlə təmin olunmadı. Hələ ki, sakit şəkildə gözləyirik. 10-a yaxın ailə artıq köçmək haqqında düşünür. Digərləri isə son anda qərar verməyi planlaşdırır”. Xankəndidə separatçı-terrorçu rejimin qondarma “ombudsmanı” Geqam Stepanyan da məsələ ilə bağlı açıqlama verib: “Zabux kəndindəki ermənilər Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köçürüləcək. Laçındakı ermənilər üçün isə digər proqramlar həyata keçiriləcək. Onlara Ermənistanda mənzillər verilə bilər. Həm Laçın, həm də Zabux sakinləri məcburi köçkünlərlə eyni imtiyazlardan istifadə edirlər”. Zabuxdakı ermənilərin əksəriyyəti Livandan, Suriyadan və digər ərazilərdən gətirilib və qanunsuz olaraq Azərbaycanın o zaman işğal edilmiş ərazilərinə yerləşdiriliblər. Indi isə buranı tərk etməli olacaqlar. Erməni mediası bildirir ki, Azərbaycan ermənilərin Laçın şəhəri, Sus və Zabux kəndlərini tərk etməsi üçün əlavə vaxt vermək niyyətində deyil və alternativ yol hazır olan kimi fəaliyyətə keçəcək. Qeyd edilir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dedikləri də mənasızdır. Xatırladaq ki, iyunun 30-da Armen Qriqoryan növbəti məntiqsiz bəyanat verib. Onun sözlərinə görə, Laçın və Zabuxda qanunsuz məskunlaşmış erməni əhalinin köçürülməsi hələ il yarım çəkəcək. Halbuki, Qarabağın sülhməramlıların nəzarətində olan hissəsinə uzanan yeni yolun çəkilişi artıq başa çatmaq üzrədir. Elə bu fonda vurğulanır ki, yeni yolun çəkilişi qurtaran kimi ermənilər hər üç yaşayış məntəqəsini tərk etməli olacaq. Bunu Ermənistanın “Qraparak” nəşri də xüsusi olaraq vurğulayır.

Qəzet yazır ki, baş nazir Nikol Paşinyan bir müddət əvvəl keçirdiyi mətbuat konfransında Laçın rayonunun və Zabux kəndinin yaxın vaxtlarda Azərbaycana veriləcəyini açıqlayıb: “Paşinyanın sözlərinə görə, Laçın alternativ yolunun inşa edilməsi, yəni marşrutun dəyişdirilməsi halında keçmiş DQMV ərazisində yerləşməyən ərazilər Azərbaycanın nəzarəti altına keçəcək. Sus kəndində sakin qalmayıb, kənd ötən müharibədən sonra boşalıb, demək olar, təhvil verilmiş vəziyyətdədir, son illərdə böyük sərmayələrin qoyulduğu Zabux haqqında isə bunu demək olmaz. 50-yə yaxın ailənin yaşadığı abad və gözəl kənd salınıb. Uzun müddət Zabuxun acınacaqlı taleyinin gözləndiyi barədə söz-söhbətlər gəzirdi. Paşinyan Ermənistan və Qarabağ “rəhbərliyi”nin sükutunu pozub, kəndin alternativ yol çəkildikdən sonra təslim ediləcəyi ilə bağlı çıxış edib. Yeri gəlmişkən, əvvəllər yazmışdıq ki, Arayik Arutyunyan Moskvaya gedib və cari məsələlərlə yanaşı, Zabux problemini də müzakirə edib, Rusiya tərəfinin vasitəçiliyi ilə kəndi qoruyub saxlamağa çalışıb. Mənbələrimiz bildirir ki, Arutyunyan əliboş qayıdıb və hazırda Zabux kəndinin əhalisinin yaxın vaxtlarda məskunlaşdırılması məsələlərini müzakirə edirlər. Hesab edirlər ki, ən optimal həll yolu sakinlərə alternativ yolun yanında yerləşən Kiçik Qaladərəsi və Yenikənd kəndlərinə köçməyi təklif etməkdir ki, burada da təhlükəsizliyin təmin olunması asan olacaq. Yaxın vaxtlarda bu kəndlərdə mənzillər sürətlə tikiləcək və həmçinin mənzilə çevriləcək boş tikililər var”. Amma erməni mediası onu da yazır ki, Qarabağda tikilən evlər erməniləri qane etmir. Belə ki, erməni mediası baş separatçı-terrorçu Araik Arutyunyanın “Qarabağda 100 ev” təşəbbüsü ilə keçmiş Əsgəran rayonu (hazırkı Xocalı) ərazisində inşa edilən evlərə baxış keçirdiyini yazıb.Tikinti ilə “tanış olan” Arutyunyan evlərin sürətli inşasından razılığını bildirib. Bu qanunsuz evlərdə ermənilərin gətirilərək məskunlaşdırılması düşünülür. Ancaq sisoal şəbəkələrdə ermənilər bu tikililərin hansı keyfiyyətdə aparılmasına diqqət çəkiblər. Məlum olub ki, evlər nazik kartondan tikilir və üstü suvaqlanır. Yəni bu evlər hətta taxtadan da deyil, adi qalın “dikt”dəndir. Erməni sosial şəbəkə istifadəçiləri bunu Arutyunyanın tikinti adı ilə milyonlarla vəsaiti çırpışdırmasının əyani sübutu adlandırıb. Bu fonda ermənilər Qarabağda yox, elə Ermənistanda məskunlaşmaq istəyirlər. Gözlənilir ki, Laçın şəhəri, Sus və Zabux kəndlərini tərk edən ermənilər də məhz Ermənistana üz tutacaq.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ