Cümə günü, 13 noyabr 2026
     

Bakının İrəvanla “tet-a-tet” danışıqlar təklifi Ermənistanda da dəstəkləndi...

Image


İkinci Qarabağ müharibəsində əldə edilən tarixi qələbədən sonra Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasına, münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib və bu istiqamətdə əməli addımlar atıb. Eyni zamanda, rəsmi Bakı onu da bəyan edib ki, qeyd edilənlər üçün Azərbaycan və Ermənistan vasitəçilər olmadan birbaşa danışıqlar apara bilər. Lakin İrəvan bu məsələyə hələ də adekvat reaksiya vermir.

Hadisələrin indiki inkişaf axarı hazırda İrəvanda Bakının dediklərinin əslində zəruri olduğunun qəbul edilməyə başlandığına dair təəssüratlar yaradır. Hər halda, Ermənistanın keçmiş səhiyyə naziri və hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Arsen Torosyanın açıqlamaları da bu qənaətə gəlməyə əsas verir. O hesab edir ki, İrəvan vasitəçilərsiz Bakı və Ankara ilə münasibətləri yaxşılaşdırmalıdır: “Bizə bir millət, xalq və dövlət olaraq durmadan deyilir ki, heç vaxt qonşularımızla sülh şəraitində yaşaya bilməyəcəyik. İstər müxtəlif gündəliyə malik olan daxili qüvvələr, istərsə də müxtəlif dövlətlər bizə daim deyirdilər: “Belə qonşularla öz probleminizi təkbaşına həll edə bilməzsiniz, ona görə də biz orada olmalıyıq”. Amma proseslər bunun yanlış olduğunu göstərdi”. Keçmiş nazir bildirir ki, köhnəlmiş stereotiplərdən qurtulmağın və anlamağın vaxtı çatıb və Ermənistan öz qonşuları ilə dinc həyat qurmaq üçün müstəqil addımlar ata bilər: “Amma biz türklərlə və azərbaycanlılarla qonşu kimi dinc yanaşı yaşamanın qeyri-mümkün olduğuna inanaraq tamamilə əks fikirlərlə yaşayırıq. Əgər biz erməni cəmiyyətinin kollektiv şüurunda bu stereotipi qıra bilsək, o zaman qonşularımızla danışıqlar masası arxasına oturub kompromis həll yolları tapa biləcəyik”. Arsen Torosyan qeyd edir ki, əks halda Ermənistan həmişəlik çıxılmaz vəziyyətdə qalacaq, yeni fəlakətlərə məhkum olacaq. Torosyanın səsləndirdiyi fikirlər onu təsdiq edir ki, Ermənistan cəmiyyətində hökm sürən revanşist əhval-ruhiyyəyə baxmayaraq, Ermənistanın hakim elitasının bir sıra nümayəndələri müharibədən sonrakı reallığı və sülh danışıqlarının zəruriliyini aydın dərk edirlər. Çünki bu, ölkənin ictimai-siyasi və iqtisadi çıxılmaz vəziyyətdən yeganə çıxış yoludur. Ekspertlər hesab edir ki, baş nazir Nikol Paşinyanın komanda yoldaşının Azərbaycan və Türkiyə ilə vasitəçisiz danışıqlara çağırması indi xüsusi maraq doğurur.

Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan ən yüksək səviyyədə dəfələrlə analojoi təkliflə çıxış edib.  Rəsmi Bakı Azərbaycanın Ermənistanla birbaşa danışıqlara hazır olduğunu bildirib. İndi Arsen Torosyanın açıqlamaları göstərir ki, İrəvan da vasitəçilərdən razı deyil. Keçmiş səhiyyə naziri hansı vasitəçilərin iştirakının Ermənistanın qonşuları ilə sülh əldə etməsinə mane olduğunu açıq bidirməyib. Lakin o, kimin haqqında danışdığını təxmin etməyə imkan verən bir neçə eyham da edib. Məsələn, onun sözlərinə əsasən, “Ermənistan rəhbərliyinə davamlı olaraq deyirlər ki, hətta uzunmüddətli sülh sazişinin əldə olunması belə Azərbaycan və Türkiyədən gəldiyi deyilən daimi təhlükəni aradan qaldıra bilməyəcək”, Burada o, Rusiyanı nəzərdə tutur. Çünki onilliklər ərzində Ermənistana hərbi dəstəyini “Türkiyə və Azərbaycandan gələn təhlükə” ilə əsaslandıran Moskva olub. Moskva indi də təkrar edir ki, Rusiyanın regionda iştirakı olmadan Ermənistanın təhlükəsizliyini təmin etmək mümkün deyil. Yeri gəlmişkən, bu yanaşma Ermənistanda regional sülh prosesini pozmaq üçün mümkün olan hər şeyi edən revanşist qüvvələri qidalandıran ideoloji hal hesab edilir. Amma Arsen Torosyanın çox dəqiq ifadə etdiyi kimi, İrəvanın qonşuları ilə münasibət qurmasına mane olanlar Ermənistanın dalana dirənməsinə səbəb olurlar. Bu fonda Ermənistanın Azərbaycan və Türkiyə ilə birbaşa danışıqlar aparması gözlənilən hesab edilir. İrəvan üçün əsas problem də əslində Azərbaycan və Türkiyə ilə davam etdirdiyi düşmənçilik siyasətidir. Bu düşmənçilik aradan qalxarsa, onun fonunda Ermənistan əsl inkişaf yoluna daxil ola bilər. O halda yeni müharibə risqi birdəfəlik aradan qalxar, sərhədlər və kommunikasiyalar açılar, bölgəyə çoxdan gözlənilən daimi sülh gələr, inteqrasiya prosesləri sürətlənər. Xatırladaq ki, Azərbaycan və Ermənistan liderləri artıq bir neçə dəfə Rusiya və Avropada görüşüblər. Lakin liderlərin təmasları ya Brüssel, ya  da Rusiyanın vasitəçiliyi ilə baş tutub. Bakı ilə İrəvan arasında intensiv, əhatəli və nəticəyönümlü birbaşa danışıqlar üçün isə hesab edilir ki, yaxın qonşular olan Azərbaycanla Ermənistan vasitəçi olmadan, birbaşa danışıq aparmalıdır. Məlumdur ki, Ermənistan hökuməti sülh üçün Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdiyini bildirib. Bu prinsiplər tərəflər arasında imzalanacaq sülh müqaviləsinin təməlini təşkil edir. Qafqazda uzunmüddətli və dayanıqlı sülhün birinci baza şərti məhz bu sülh müqaviləsidir. Lakin sülhün uzunmüddətli və dayanıqlı olmasına digər amillər də yardımçı olmalıdır. Belə amillərdən biri sərhədlərin delimitasiya və demarkasiyasıdır. Cənubi Qafqazda sülh və əməkdaşlığın digər faktoru iqtisadi münasibətlərin bərpa olunmasıdır. Bunlar üçün vasitəçilər olmadan İrəvan Bakı ilə danışa bilər və daha tez nəticə əldə edilməsi bu halda tamamilə gözləniləndir. İndi Ermənistan müstəqil və rasional dövlət davranışı nümayiş etdirib, Azərbaycanla münasibətləri birbaşa danışıqlar əsasında normallaşdırmalıdır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ