Çavuşoğlu xüsusi nümayəndələrin görüşünün Türkiyə və ya Ermənistanda keçirilməsini təklif etdi

img

Vyana Türkiyə ilə Ermənistan arasında xüsusi nümayəndələrin üç görüşünə ev sahibliyi edib. Amma bundan sonrakı müzakirələr niyə Türkiyədə və ya Ermənistanda olmasın?

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, artıq xüsusi nümayəndələr heç bir vasitəçi olmadan müzakirələr apara bilərlər.

Azərbaycanla hər mərhələdə məsləhətləşdiklərini qeyd edən M.Çavuşoğlu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləkdilərini bildirib.

"Regionda daimi sabitliyə ehtiyacımız var. Cənubi Qafqazda daimi sabitlik üçün birgə çalışmalıyıq. Buna ən çox mane olan Ermənistan üzərində olan təzyiqdir", - deyə nazir əlavə edib.

Peşə etikası

Son xəbərlər