Bazar günü günü, 11 oktyabr 2026
     

Qiymətlərin sürətlə bahalaşması fonunda “hakimiyyət inqilabları” bu dəfə ABŞ və Avropanı hədələyir

Image


Dünya miqyasında qeydə alınan bahalaşma artıq öz təsirlərini siyasi müstəvidə də hiss etdirir. Məsələn, Böyük Britaniyada qiymətlərin yüksəlməsi, iqtisadi böhranın artması fonunda Londonun mərkəzində on minlərlə insan etiraz yürüşü keçirib.

Etirazçılar Boris Conson hökumətindən əhaliyə dəstək üçün daha qətiyyətli tədbirlər görməyi tələb ediblər. Böyük Britaniyada əmək haqları, demək olar ki, 15 ildir dəyişməz qalıb və bu, inflyasiya şəraitində real gəlirlərin azalmasına gətirib çıxarır. Londonda yerləşən İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi Böyük Britaniyanın 1950-ci illərdən indiyədək həyat standartlarında ən böyük enişlə üzləşmək risqi ilə üzləşdiyi barədə xəbərdarlıq edib. Aprel ayında Böyük Britaniyada illik inflyasiya 9%-ə qədər sürətlənib ki, bu isə son 40 ilin ən yüksək göstəricisidir. ABŞ-da da vəziyyət yaxşı deyil. Ölkənin maliyyə naziri Cennet Yellen bildirib ki, ölkədə iqtisadiyyatda ləngimə gözlənilir. O əlavə edib ki, Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini artırmaqda məqsədi inflyasiyanı cilovlamaq və əmək bazarını qorumaqdır: “Bu müəyyən qədər şans və qabiliyyət tələb etsə də, mümkündür. İnflyasiyanın hazırkı səviyyəsi yolverilməz həddədir və prezident Baydenin tələbi də bunun aşağı salınmasıdır”. Qeyd edək ki, mayda ABŞ-da inslyasiya 0,3% artaraq 8,6%-ə yüksəlib ki, bu da 1981-ci ildən sonra ən yüksək göstəricidir. ABŞ-ın Əmək Departamentinin son  hesabatında göstərilir ki, bahalaşma bütün sektorları əhatə edib. Ən ciddi bahalaşma yanacaq, ərzaq və mənzil qiymətlərində qeydə alınıb. İl ərzində enerji daşıyıcılarının qiyməti 34,6% bahalaşaraq 2005-ci ildən sonra ən yüksək həddə çatıb.  Amerikalı konqresmen Lens Quden isə qeyd edir ki, ABŞ-da benzinin rekord qiymətləri və inflyasiya artımı prezident Co Bayden administrasiyası və Konqresdəki Demokrat partiyasının nümayəndələri üçün məhvedici ola bilər. Qudenin sözlərinə görə, Bayden administrasiyası inflyasiyanın artmasına və ölkədə benzinin qiymətinin yüksək olmasına görə məsuliyyət daşımaqdan imtina edir: “Onlar Rusiyanı, qaz və neft şirkətlərini günahlandırırlar. Vəziyyət yalnız o halda yaxşılığa doğru dəyişə bilər ki, noyabrda, ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərin nəticələrinə görə Respublikaçılar Partiyasının nümayəndələri hər iki palatada çoxluq əldə etsinlər. Hələlik isə ABŞ xalqı təngə gəlib, prezident isə barmağı ilə özündən başqa hamını göstərir, baxmayaraq ki, işə başlamalı, məsuliyyətli addımlar atmalı və kursu dəyişməlidir. Düşünürəm ki, benzinin yüksək qiymətləri Bayden aralıq seçkilərə qədərki dövrdə fəlakət olacaq”. Onun sözlərinə görə, demokratlara qarşıdan gələn seçkilərdə Konqresə nəzarəti saxlamağa kömək edə biləcək çox az şey var: “Düşünürəm ki, Bayden administrasiyası səhv etdiyini etiraf etsə, amerikalılar bunu ilk addım kimi qiymətləndirərdilər. Amma hazırkı Amerika rəhbərliyinin əsas problemi iqtisadi problemlərə görə məsuliyyəti öz üzərinə götürmək istəməməsidir”.

Qeyd edək ki, ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərində Nümayəndələr Palatasının bütün 435 üzvü və 34 senatoru seçiləcək. Hazırda Konqresin aşağı palatasında demokratlar yerlərin əksəriyyətini tutur, Senatda isə paritet qurulub: hər iki partiyanın hər birinin 50 yeri var. Amma ABŞ-da bahalaşma və qiymət artımı səbəbindən demokratların uduzacağı gözlənilir. Elə bu da ABŞ-da iqtisadi problemlərin siyasi müstəviyə təsir etdiyini göstərir. ABŞ hökuməti baş verənlərə görə Rusiyanı ittiham edir. Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında çıxışında bunu qəbul etmədiyini bildirib. O, dünya iqtisadiyyatında mövcud olan hazırkı durumun Ukraynadakı hərbi əməliyyatlarla bağlı olmadığını söyləyib: “Putin inflyasiyası” ilə bağlı bəyanatlar “oxumağı və yazmağı bilməyənlər” üçün nəzərdə tutulub, Rusiyanın Donbasdakı hərəkətlərinin bununla heç bir əlaqəsi yoxdur. Son vaxtlar mən getdikcə daha çox sözdə, bağışlayın, özümü qeyd etməyi xoşlamıram, amma deməyə bilmərəm ki, biz hamımız Qərbdə “Putin inflyasiyası” haqqında eşitmişik. Bunu görəndə həmişə düşünürəm: Bu axmaqlıq kimə hesablanıb? Oxuyub yazmağı bilməyənlər üçün... Ən azından oxumağı bilən insanlar nə baş verdiyini həqiqətən başa düşürlər. Donbası azad etmək üçün etdiyimiz hərəkətlərin buna qətiyyən heç bir aidiyyəti yoxdur”. Kütləvi sanksiyalar paketindən üç ay sonra biz Qərbdən fərqli olaraq Rusiyada inflyasiya artımını yatırdıq. Dövlət maliyyəsi davamlıdır. Təkcə may ayında federal büdcənin profisiti yarım trilyon rubl təşkil edib”. İnflyasiya Fransa, İtaliya, Almaniya kimi Avropa ölkələrində də əhalinin hakimiyyətdən narazılığını artırır. Baş verənlər Azərbaycanda da diqqətlə izlənilir. Bu fonda Azərbaycan Mərkəzi Bankı inflyasiyanın xarici mühitinin nisbətən əlverişli olacağı şəraitdə onun ilin sonuna faktiki templərdən aşağı olacağını proqnozlaşdırır. Rəsmi statistikaya görə, 2022-ci ilin may ayında inflyasiya 0,7 % olub. İllik baza inflyasiyası may ayında 10 % təşkil edib. Buna səbəb idxal məhsullarının qiymət artımıdır. Ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi prosesi davam edir ki, bu da Azərbaycanda istehlak qiymətlərinə təsir göstərir. Hazırda Azərbaycana inflyasiya idxalının daha da güclənməsi başlıca xarici risqdir. Hökumət isə məhz bu risqin aradan qaldırılması istiqamətində fəal iş aparır.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ