Bazar ertəsi günü, 21 sentyabr 2026
     

Əliyev fakt açır, yeganə postmüharibə təşəbbüsünü Ermənistan özü pozdu... - Aydın QULİYEV yazır...

Image


Vətən müharibəsinə qədərki Qarabağ prosesləri öz dramatikliyi və nisbi konfidensiallığı ilə seçilirdisə, müharibədən sonrakı proseslər dolğunluq və nisbi aşkarlığı ilə seçilir. Müharibəyəqədərki diplomatik ssenarilərin çox cüzi hissəsinin detalları açılıb. Ancaq müharibədən sonrakı diplomatik döyüşlərin saysız maraqlı detalları artıq məlumdur.

Heç şübhəsiz ki, yalnız Prezident Əliyevin sayəsində bu diplomatik detallar cəmiyyətimizin, ekspertlərin və rəsmilərin çox istədiyi ictimai aşkarlığa yetişib. Maraqlıdır, niyə məhz Azərbaycan Prezidenti müharibədən sonrakı reallıqların diplomatik, siyasi və bəzi xüsusi pərdəarxası məqamlarının açıqlanmasında daha təşəbbüskar və daha maraqlıdır? Cavab sadədir - İlham Əliyev Vətən müharibəsində Azərbaycanın rayonlarının azad edilməsini bütün hədəflərin fövqündə qoyan və ikinci-üçüncü dərəcəli maraq məsələlərinin önə çıxmasına qəti imkan verməyən, bunda marağı olmayan tək oyunçu idi, tək müharibə tərəfi idi. İlham Əliyevin müharibədəki hədəf və maraqları aydın, dəqiq, konkret, hər yerdə və hər kürsüdə açıq və cəsarətlə ifadə oluna biləsi məsələlər idi, açıq da ifadə və müdafiə etdi. Bizim Prezident hamının gözünə və üzünə deyirdi ki, mən xalqımın tarixi torpaqlarının azad edilməsi kimi şərəfli bir hədəfi vururam. Bəs müharibədə Ermənistan öz hədəfini açıq, aydın, hər kəsin başa düşdüyü formada cəsarətlə deyə bilirdimi? Xeyr. Ermənistanın konkret hədəfi ümumiyyətlə nə idi? Ya heç nə, ya da açıb-ağardılması mümkün olmayan yalanlar idi... Gələk Rusiyaya, onun konkret və aydın hədəfi var idimi, var idisə nə idi? Rusiya inamla deyə bilirdimi ki, biz bu bölgəyə azərbaycanlıları ermənilərlə həqiqətən barışdırmaq üçün gəlmişik? Buna heç uşaqlar da inanmırdı. Kim bilmirdi ki, bizi düşmən edən elə Rusiyanın özüdür. Bütün bunlardan sonra nə Rusiya, nə Ermənistan pərdə arxasındakı diplomatik və siyasi gizlinləri açmaqda heç cür maraqlı ola bilməzdilər. Çünki sağlam və təmiz oyunçular deyildilər, əsil hədəf və mənafelərini maskalamışdılar, həqiqətləri açıb-ağarda bilmirdilər. Hədəfləri və məqsədləri yeganə sağlam oyunçu Əliyev olduğu üçün müharibə dövrünün və ondan sonrakı dövrün diplomatik-siyasi gizlinlərini ən çox o açır. Çünki gözü kölgəli olmadığı üçün bütün həqiqətlərin üstünə başını dik tutaraq yürüyə bilir…

Prezident Əliyevin açıqladığı ilginc məqamların hamısını tək bu yazıda ifadə etmək çətindir. Tək bir faktı deyim və bu mövzudan keçək. Müharibə günlərində İran ordusunun Azərbaycan ərazilərində mövqe tutduğunu ilk dəfə o açdı. Çünki düz demişdi, buna görə İran da səsini çıxarmadı... Həmin faktı Rusiya və Ermənistan qabağa düşərək açıqlaya bilərdilərmi? Xeyr...

Göründüyü kimi bəzi ilginc mətləbləri açmaq təşəbbüslərində ən öncül mövqe Azərbaycan Prezidentinə məxsusdur. Bunun səbəbini də belə izah etdik ki, Əliyev tək sağlam və dürüst oyunçu olduğu üçün nələrinsə açılmasından narahat deyil.

İkinci, Əliyev müharibədən sonra Ermənistanla sülh sazişi imzalanması təşəbbüsünü də ilkin olaraq irəli sürmüşdü. Kimin nə deməsindən asılı olmayaraq mən əminəm ki, Əliyev bu addımı tam dəqiq hesablanmış taktiki hücum addımı kimi atdı. Baxın, 10 noyabr sənədi təzə imzalanıb, Ermənistan şokdadır, cəmi 44 gündə hər şey tərsinə çevrilib, çoxları bu düşüncədə idi ki, yeni reallıqların tam oturuşması və vəziyyətin sabitləşməsi üçün bir qədər gözləmək lazımdır. Əksəriyyət bu düşüncədə ikən, Əliyev aydın səmada ildırım effekti yaradan təklifini gurultu ilə səsləndirdi - sülh sazişini də imzalamaq lazımdır ki, hər şey bitsin. Bu bəyanat Ermənistanın şokunu bir az da dərinləşdirdi. Təsadüfi deyil ki, Ermənistan liderləri Əliyevin sülh sazişi ideyasına uzun zaman heç bir reaksiya verə bilmədi, daha doğrusu vəziyyəti tam anlaya bilmədilər. Müəyyən süstlükdən sonra əvvəlcə dedilər ki, saziş təklifi Azərbaycanın inhisarında ola bilməz və daha sonra "biz də saziş təklif edirik" dedilər... Özlərini itirmişdilər, vəziyyət onlar üçün qeyri-müəyyən idi. Özlərinə gələndə isə artıq gec idi, dünya istəsə də, istəməsə də Əliyevin saziş təklifi ilə barışmağa məcbur olmuşdu. Çünki inkar etmək mümkünsüz idi, bir növ Əliyev onların boynuna yükləmişdi ki, müharibə bitdiyi üçün saziş mütləq şəkildə imzalanmalıdır.

Üçüncü, Əliyev minalanmış sahələrin xəritəsinin verilməsini də ilk olaraq qaldırdı. Ermənilər əvvəlcə dandılar, daş atıb baş tutdular. Sonra Əliyevin təzyiqləri beynəlxalq dəstək aldığı üçün ermənilər "daşı ətəklərindən tökdülər". Düzdür, cəmi 25 faizi həqiqi olan xəritə verdilər, ancaq boyunlarına aldılar ki, sahələri xəritələr əsasında minalayıblar.

Dördüncü, anklav kəndlərin məsələsini də ilk dəfə Azərbaycan qaldırdı. Ermənistandan ziddiyyətli cavablar gəldi. Xüsusi səfir hələ sovet dövründən heç bir anklava dair sübutların olmadığını desə də, TŞ katibi anklavların mübadiləsi kimi məsələni önə çəkdi. Yəni qəbul etdilər ki, Ermənistanda Azərbaycanın anklav kəndləri var, azı 8 ədəd...

Postmüharibə reallıqları üstündə Ermənistanın bircə təşəbbüsündən danışmaq mümkündür, onu da Azərbaycan qəbul etsə də özləri pozdu və biabır oldular. Aprelin 6-da Brüssel razılaşmasından sonra Ermənistan təklif etmişdi ki, delimitasiya üzrə ilk görüş sərhəddə olsun. Azərbaycan razılıq verdi, əvəlcə aprelin 29-na, sonra mayın 8-ə təyin olunmuş görüşlərə Ermənistan gəlmədi və erməni XİN başçısı birdən bəyanat yayaraq ilk sərhəd görüşünün Moskvada keçirilməsini istədi. Beləliklə, Ermənistan əvvəlcə görüşün Rusiyasız formatda, az sonra isə Avrobirliksiz formatda Moskvada keçirilməsini təklif etməklə oyuncaq (oduncaq) dövlət olduğunu ortaya qoymuş oldu.

Qeyd edək ki, Ermənistanın sərhəddə görüş təklifini məhz özlərinin pozmasını da Azərbaycan Prezidenti açdı. Prezident Əliyev üçün burda da gizlədiləsi bir şey yoxdur, özünü müstəqil ölkənin başçısı kimi hiss etdiyi üçün istər sərhəddə, istər Brüsseldə, istərsə də Moskvada görüş təklifini eyni rahatlıqla qəbul edə bilir...

Aydın QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ