Bazar ertəsi günü, 21 sentyabr 2026
     

Sarkisyan - Köçəryan "ÇT"-sinin sirri qalmadı - aprel döyüşlərində Rusiyaya yalvaran da onlar imiş…

Image


Erməni diplomat Edmon Marukyan 2016-cı ildə baş tutan Aprel döyüşləri ilə bağlı maraqlı faktlar açıqlayıb. O deyib ki, Aprel döyüşləri altı il əvvəl baş verib, lakin onun ətrafındakı sirlər hələ də aktuallığını qoruyur:

“Maraqlıdır, Vladimir Putindən sonda bu silahlı toqquşmanı dayandırmağı kim xahiş edib – Bakı, yoxsa İrəvan? Hətta xahiş etmək çox yumşaq səslənir, yalvardılar. İndi də aydın oldu ki, bu, erməni tərəfi idi. Keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovun Azərbaycanın guya 2016-cı il aprelin 5-də hərbi əməliyyatları dayandırmaqla bağlı Rusiyadan xahiş etməsi barədə açıqlamasını şübhə altına alıram. Dördgünlük müharibə zamanı Azərbaycan çox güclü strateji mövqelər ələ keçirdi, ona görə də müharibənin dayandırılmasını tələb edə bilməzdi. Mənim əlimdə təkzibolunmaz sübutlar var ki, Moskvaya hərbi əməliyyatları dayandırmaq üçün yalvaran məhz İrəvan olub. İstəmirəm özümüzü, xalqımızı aldatmağa davam edək”.

Çox maraqlıdır ki, həmin vaxt Ermənistanda hakimiyyətdə olan “Qarabağ” klanı bu reallıqları xalqdan gizlədib. İndi isə erməni diplomatların özləri bu mətləblərə aydınlıq gətirir.

Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 2016-cı ilin aprel ayının 2-də Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin atəşkəs rejimini pozmasına cavab olaraq, Azərbaycanın Hərbi Qüvvələri geniş əks-hücuma keçdi və nəticədə işğal altındakı bir sıra strateji ərazi azad olundu: “Tarixə “dörgünlük müharibə” kimi düşən döyüşlər nəticəsində işğal altında olan təxminən 800 hektara yaxın ərazi azad edilərək, Azərbaycanın nəzarətinə keçdi.

“Dörgünlük müharibə”nin həmin dövr üçün əsas əhəmiyyəti ondan ibarət idi ki, keçmiş Dağlıq Qarabağ münaqişəsi “donmuş konflikt” statusunundan çıxaraq, potensial qaynar nöqtə statusu qazandı. Məhz bu döyüşlərdən sonra həm münaqişə tərəfləri, həm vasitəçi ölkələr, həm də ümumiyyətlə, regionda maraqlı olan bütün dövlətlərin problemə yanaşması dəyişməklə yanaşı, məsələ ətrafında apardıqları siyasətə də korrektələr etmələrinə məcbur oldular. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, artıq regionda yeni reallıq yaranmışdı və istənilən qüvvə bu reallığa uyğun siyasətini qurmalı idi. Ən əsası, Aprel döyüşləri Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü, münaqişənin hərbi yolla həllinin Azərbaycan cəmiyyətində kütləvi şəkildə dəstəklənməsi və hakimiyyətin bu sosial sifarişi yerinə yetirmək əzmində və gücündə olduğunu bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. Məhz Aprel döyüşlərindən sonra Ermənistan hərbi büdcəsini dəyişməli və silah idxalını artırmalı oldu. 2016-cı ildən etibarən Ermənistan xaricdən silah idxalını 3.5 dəfə artırdı, Moskvanın təqdim etdiyi 3 faizlik güzəştli kredit hesabına isə “Smerç”, “Tor” və s. bu kimi zenit-raket komplekslərini əldə etdi. Məşhur “İsgəndər” raketləri və İkinci Qarabağ savaşı ərzində elə Qarabağ səmasında məhv edilən “Su-30” qırıcılarını da Ermənistan 2016-cı ildən sonra aldı. Bu məlumatlar Ermənistanın “dördgünlük müharibə”dən  sonra necə qorxuya düşdüyünü açıq nümayiş etdirirdi. Tarixin bu gün durduğumuz nöqtəsindən, yəni Vətən müharibəsindəki zəfərimizdən sonra 2016-cı ilin Aprel döyüşləri və ardınca gələn proseslərə nəzər salanda belə qənaətə gəlmək olar ki, əslində Azərbaycanın öz torpaqları uğrunda savaşı məhz elə həmin vaxt başlayıb və 2 aprel 2016-cı il tarixi ümumilikdə II Qarabağ müharibəsinin başlanğıc nöqtəsi kimi qəbul oluna bilər. Aprel döyüşlərinin nəticələri Ermənistan cəmiyyətinə təsirsiz ötüşmədi və əhali arasında onsuz da etimadını itirməkdə olan Sarkisyan  hakimiyyətinin dayaqları daha da zəiflədi. İllərdir Azərbaycan və Türkiyənin işğala cavab olaraq tətbiq etdikləri blokada, həmçinin, Koçaryan-Sarqsyan rejiminin yarıtmaz idarəçiliyi nəticəsində Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdə hakimiyyətin siyasi reytinqini təmin edən yeganə amil bu klanın qonşu ölkənin torpaqlarını nəzarətdə saxlaması idi. Dördgünlük müharibə Ermənistanın ictimai şüurunda özünə yer eləmiş erməni ordusunun yenilməzliyi mifini darmadağın etdi və Sarqsyanın hakimiyyətini saxlamaq üçün sonuncu tutunacağını əlindən aldı. Ermənistanda Paşinyanın hakimiyyətə gəlməyində bu amilin böyük rolu oldu. Bu baxımdan da Ermənistanda həmin hadisə ilə bağlı həqiqətləri xalqdan gizlədiblər. Bu mövzunun məhz indi qabarması təsadüfi deyil. Çünki hakimiyyətdə olmuş keçmiş klan Ermənistanda yenə fəallaşıb. Ən əsası da, Paşinyanı müharibəni uduzmaqda ittiham edirlər. Hakimiyyət bu faktları açıqlamaqla onların əsl sifətini və necə qorxaq olduqlarını xalqa göstərir”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

21.09.2026 / 18:29
İrana hücum Trampın neçənci “qələbəsi” sayıldı...

21.09.2026 / 18:15
Husilər Pakistanın, Səudiyyə və Türkiyənin hərbi "Məkkə ittifaqını" dağıda bilər...

21.09.2026 / 18:00
Çin Orta Asiya üzərindən İrana dəmiryolu açdı - Pekin ABŞ-a şok yaşatdı...

21.09.2026 / 17:53
Rusiya ilə Ermənistanın əmlak savaşı hər ikisini siyasi uçuruma aparır...

21.09.2026 / 17:30
Qarabağdakı əməliyyatlarla bağlı dünyanın susduğu daha bir məqam...

21.09.2026 / 17:20
Qafqaz Albaniyasının yazılı irsi: Alban əlifbasının genezisi, məhv edilməsi və tarixi saxtalaşdırma cəhdləri

21.09.2026 / 17:05
Albanlar erməni idilərsə, niyə özlərinə fərqli əlifba yaratdılar...

21.09.2026 / 16:58
Türk Dövlətləri Təşkilatının qlobal rolu artır

21.09.2026 / 16:40
ABŞ Ermənistan ordusunu Rusiya və İrana qarşı hazırlayır - ən sonda Azərbaycan...

21.09.2026 / 16:37
Ermənistanı Avropa İttifaqı ilə bir neçə konkret mərhələli çətinlik gözləyir...

21.09.2026 / 16:31
Azərbaycan U-15 dünya çempionatı ilə bağlı viza qaydalarını asanlaşdırır

21.09.2026 / 16:18
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

21.09.2026 / 16:14
ABŞ-Çin "süni intellekt müharibəsinə" start verildi...

21.09.2026 / 16:08
Həsən Həsənov: “Albaniya ərazisində üç fərqli dinin mövcud olub”

21.09.2026 / 15:58
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

21.09.2026 / 15:51
Həsən Həsənov: “Çində, uyğurların yaşadığı ərazilərin yaxınlığında alban adlı türkəsilli qruplar yaşayır, Qazaxıstanda da alban adlı tayfalar var”

21.09.2026 / 15:40
Tramp növbəti dəfə Zelenskiyə çağırış etdi – Rusiyanın neft zavodlarına hücumu dayandırın…

21.09.2026 / 15:33
Tarixçi alim dərsliklərdəki nöqsanlarla bağlı nazirliyə müraciət edib

21.09.2026 / 15:26
Ukraynadan Rusiyaya daha bir ağır zərbə - 60 milyon dollarlıq radar stansiyası vuruldu…

21.09.2026 / 15:17
Həsən Həsənov: “Albaniya Atropatenanın törəməsidir”

21.09.2026 / 15:10
Venesuelanın 4 milyardlıq qızıl ehtiyatı da ABŞ-ın əlinə keçdi - 31 ton qızıl Nyu-Yorka aparıldı…

21.09.2026 / 15:05
Tarixçi-alim: Alban irsinin öyrənilməsində toponimlər mühüm mənbədir

21.09.2026 / 14:53
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda maarifləndirici seminar təşkil olunub

21.09.2026 / 14:29
Polis Lerikdə əməliyyat keçirdi - bir nəfər 15 kq narkotiklə yaxalandı...

21.09.2026 / 14:17
Tramp Rusiya ilə geniş iqtisadi-ticarət əlaqələrinə başlayır - Ukraynaya zərbə...

21.09.2026 / 14:01
Putin Abxaziya və Cənubi Osetiyanı birləşdirməkdən hələlik vaz keçir - səbəb...

21.09.2026 / 13:46
Hörmüz boğazı iki il ərzində əhəmiyyətini itirəcək? – Qətərdən ABŞ-ın iddiasına reaksiya…

21.09.2026 / 13:31
Ukrayna Ufada neft emalı zavodunu vurdu...

21.09.2026 / 13:19
Formula 1 Azərbaycanla bağlı paylaşım etdi - Biz yenə Bakıdayıq!

21.09.2026 / 13:12
Avropa Ukraynanı qışa hazırlayır – Kiyevə gizli şəkildə silah daşınır…

21.09.2026 / 13:04
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı

21.09.2026 / 12:53
Alban-Udi icmasının nümayəndələri Gəncəsər məbədini ziyarət ediblər

21.09.2026 / 12:30
Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirildi

21.09.2026 / 12:16
Tovuzda 7 evi soyan oğru yaxalandı...

21.09.2026 / 12:08
Səyyad Aran deputatların səlahiyyətinin artırılmasını təklif etdi

21.09.2026 / 11:55
Kremlin müharibədən sonrakı ilk sınağı – seçicilər seçki qutusunda Putinə bu mesajı verdi…

21.09.2026 / 11:36
"Ermənistanda ən böyük revanşist elə kilsədir" - Fərhad Məmmədov

21.09.2026 / 11:21
Qazaxıstan Xəzərdə Rusiya ilə neft kəşfiyyat layihəsini sanksiyalara görə dayandırdı...

21.09.2026 / 10:57
İran Hörmüz boğazı üzərində ABŞ PUA-sını vurdu...

21.09.2026 / 10:43
"Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsinə cəhdlər edilir" - Fərid Şəfiyev

21.09.2026 / 10:34
Zakir Həsənov hərbi polisin döyüş hazırlığı prosesini izlədi - FOTO/VİDEO

21.09.2026 / 10:26
Avropa kəşfiyyatlarından xəbərdarlıq... Rusiya yaxın aylarda NATO-ya hücum edə bilər...

21.09.2026 / 10:10
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

21.09.2026 / 09:58
Ramiz Mehdiyev məhkəmə qarşısına çıxarılır...

21.09.2026 / 09:34
Tehranda Fransa səfirliyi ilə əlaqəli dil mərkəzinin gizli fəaliyyəti ifşa edildi - bağlandı...

21.09.2026 / 09:08
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu həftə açıqlayacaq...

21.09.2026 / 08:06
Təbiətə münasibət özümüzdən başlayır

20.09.2026 / 23:31
Xəzər dənizinin qərb sahilləri və Abşeron yarımadası rus-hay siyasi-hərbi qüvvələrinə qarşı... XX əsrin əvvəllərində...

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ