Cümə günü, 13 noyabr 2026
     

Uğurlu nəqliyyat-logistika siyasəti Azərbaycanın beynəlxalq tərəfdaşlarının sayını sürətlə artırır

Image


Qlobal logistika xidmətləri bazarında bu gün olduqca şiddətli rəqabət müşahidə edilməkdədir. Xidmətin bu növü lokal və transmilli şirkətlərin fəaliyyətinə getdikcə daha çox təsir göstərir.

Bu fonda logistik fəaliyyətlərin həcmi durmadan artır və bununla da nəqliyyat və ekspeditor şirkətlərin iqtisadi dəyər zəncirlərindəki payı durmadan yüksəlir.

  • Kommunikasiya dəhlizlərinin yaradılması Azərbaycana böyük üstünlüklər qazandırır

Dünya təcrübəsi göstərir ki, nəqliyyat və logistika sahəsində uğurlu fəaliyyət beynəlxalq əməkdaşlıqdan, dünya birliyinə inteqrasiyasnın səmərəlilik dərəcəsindən əhəmiyyətli şəkildə asılıdır. Bunu Azərbaycan təcrübəsindən əyani formada görmək olar.

Bu gün Azərbaycanda ölkənin müasir nəqliyyat kompleksinin formalaşmasında logistikanın rolunun artması  müşahidə olunur. əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan üçün tranzit-logistika imkanlarından səmərli istifadə edilməsi daim prioritet istiqamətlərdən birini təşkil edib. Elə bundan irəli gəlir ki, Azərbaycan Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan mühüm beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizləri ilə bağlı həyata keçrilən layihələrin əsas iştirakçılarından biridir. Nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması Azərbaycana mühüm dividendlər qazandırır. Bu, ölkənin sosial-iqtisadi inkişafını daha dinamik hala gətirməklə yanaşı, təhlükəsizlik sferasında Azərbaycanın əlavə üstünlüklər əldə etməsinə gətirib çıxarır. Uğurlu enerji strategiyasına paralel olaraq, ötən illər ərzində Azərbaycan transmilli nəqliyyat-kommunikasiya siyasətinin həyata keçirilməsində mühüm uğurlara imza atıb. Azərbaycan “Şərq-Qərb”, “Şimal-Cənub”, “Şimal-Qərb” nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verməklə yanaşı, onların reallaşması istiqamətində genişmiqyaslı işlər görüb. Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, müasir gəmiqayırma zavodu, müasir standartlara cavab verən avtomobil yolları həmin nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Azərbaycanın tranzit imkanlarının, o cümlədən beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu ölkəmizlə tərəfdaşlıq edən dövlətlərin də sayını çoxaldır. Bu da öz növbəsində Azərbaycanın tərəfdaşlarının sayının artması, onlarla müttəfiqlik əlaqələrinin möhkəmləməsi deməkdir. Beləliklə, nəqliyyat layihələri Azərbaycana təkcə iqtisadi yox, həm də siyasi dividendlər qazandırır. Xüsusən də Avropa ilə bu sahədə əməkdaşlığın dərinləşməsi ölkəmizə yeni yeni üstünlüklər gətirir. Ümumiyyətlə, beynəlxalq münasibətlər sistemində nüfuzlu ölkələrdən biri kimi çıxış edən  Azərbaycan bu gün mövcud olduğu regionun inkişaf perspektivlərini, ümumi gələcəyini müəyyən edən lider dövlətdir. Bu kontekstdə tamamilə təbiidir ki, Cənubi Qafqazda maraqları olan, burada siyasi, iqtisadi və digər vacib müstəvilərdə fəaliyyət göstərmək istəyən ölkələr ilk növbədə  Azərbaycanla siyasətlərini uzlaşdırırlar, dövlətimizin mövqeyini mütləq şəkildə nəzərə alırlar. Azərbaycanın Vətən müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlara bütün dünya ölkələri hesablaşır. Eyni zamanda postmünaqişə dövründə Azərbaycanın regionda sülhün bərqərar olması, əməkdaşlıq münasibətlərinin inkişafı istiqamətində fəaliyyət və səyləri alqışlanır. Avropa İttifaqı da məsələyə məhz bu przamadan yanaşır. Avropa İttifaqı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlı olduğunu hər zaman bəyan edir. Azərbaycan Avropa İttifaqının bu yanaşmasını təqdir edir. Avropa İttifaqı enerji təhlükəsizliyinin təmin edilməsində, etibarlı nəqliyyat-tranzit marşrutları, həyati əhəmiyyətli logistika mərkəzləri kimi məsələlərdə də Azərbaycanı strateji tərəfdaş kimi qəbul edir.

  • Azərbaycan beynəlxalq müstəvidə mühüm nəqliyyat-logistika qovşağıdır

Dünya təcrübəsi göstərir ki, transmilli nəqliyyat layihələri əhatə etdiyi coğrafiyada təhükəsizliyin qarantına çevrilir. Azərbaycanda da Vətən müharibəsindən sonra regionda qalıcı sülhün bərqərar olması və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı tərəf qismində çıxış edir. Bu mənada sözügedən nəqliyyat layihələri regionda hərbi təhdidlər aradan qalxması, dialoq və əməkdaşlıq mühitinin yaradılması baxımından da mühüm əhəmiyyətə malikdir. Qeyd edilən nəqliyyat layihələri qarşılıqlı əməkdaşlığı gücləndirməklə yanaşı, Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi siyasətinin uğurunun praktiki göstəriciləridir. Bütün bunların faktiki təzahürü  sonuncu Avropa İttifaqı-Azərbaycan biznes forumunda özünü bir daha göstərdi.

Forumda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko nəqliyyat-logistika sahəsində yeni layihələrin icrasının tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib. Peter Mixalko Azərbaycanın əlverişli coğrafi mövqeyinin, nəqliyyat-tranzit potensialının Avropa İttifaqı şirkətlərini cəlb etdiyini və onların ölkəmizdə fəaliyyətdə, eləcə də işğaldan azad olunmuş ərazilərimizin bərpası və quruculuq işlərində iştirakda maraqlı olduqlarını bildirib. Avropa İttifaqı ilə yanaşı, hazırda dünyanın bir sıra ölkələri tərəfindən Azərbaycanın tranzit imkanları yüksək qiymətləndirilir. Məsələn, Çin və Avropa arasında yükdaşımalarda “Şərq-Qərb” marşrutundan və onun tərkib hissəsi olan Azərbaycanın nəqliyyat-tranzit potensialından istifadə edilməsi vaxt və maliyyə baxımından daha sərfəli olduğu bildirilir. Bu fonda Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya qovşağına çevrilməsi ölkəmizin  geosiyasi, geoiqtisadi mövqelərini qarşıdakı dövr ərzində daha güclü hala gətirəcək.  Avropada qəbul edilir ki, Azərbaycan bu gün regional və beynəlxalq  müstəvidə mühüm nəqliyyat-logistika qovşağıdır.  Bu arada qeyd edək ki, Azərbaycanın “Vahid Nəqliyyat və Logistika Milli Strategiyası” hazırlanır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirir ki, 2030-cu ilədək dövrü əhatə edən Azərbaycanın “Vahid Nəqliyyat və Logistika Milli Strategiyası”nın hazırlanması ilə əlaqədar aidiyyəti qurumların nümayəndələrinin də daxil olduğu İşçi Qrup fəaliyyət göstərir: “İşçi Qrup tərəfindən mütəmadi keçirilən iclasların nəticəsi olaraq, ölkənin nəqliyyat və logistika sektoru üzrə mövcud vəziyyəti təhlil olunub və əsas prioritetlər müəyyən edilərək strategiyanın artıq ilkin layihə sənədi hazırlanıb. Hazırda aidiyyəti qurumların mövqeyinin öyrənilməsi mərhələsində olan Strategiya layihəsi dövlətin nəqliyyat və logistika sektorlarının qısa, orta və uzunmüddətli siyasət, eləcə də tranzit potensialından tam istifadə olunması istiqamətlərini müəyyən edir”.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ