şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan-Rusiya-Ermənistan formatı ATƏT-i danışıqlar platforması kimi sıradan çıxarır…

Image


Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında Soçidə keçirilən görüş ekspert, eləcə də siyasi dairələrdə əsas müzakirə mövzusu olaraq qalmaqda davam edir. Belə hesab olunur ki, bu görüş regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində irəliyə doğru atılan mühüm addımdır. Elə görüşün nəticəsi olaraq qəbul edilmiş bəyanatda da bu məqsəd və niyyət ifadə olunur.

Xatırladaq ki, Ermənistanın kapitulyasiyasının ifadəsi sayılan 10 noyabr birgə bəyanatının icrası məsələsi görüşdə əsas müzakirə mövzusu olub. Bu da o deməkdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası, hərbi əməliyyatlar dövründə olduğu kimi, müharibədən sonrakı bir il ərzində də Azərbaycanın milli maraqlarının qorunması naminə ardıcıl və qətiyyətli mövqe nümayiş etdirir, yeni zəfərlərə imza atır. Bu mənada ekspertlər hesab edir ki, Soçi görüşü və imzalanmış bəyanat Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi vəziyyətin və ölkəmizin diplomatik müstəvidə həyata keçirdiyi aktiv fəaliyyətin nəticəsidir. Xüsusən də bəyanatda təsbit edilən müddəalar Azərbaycan diplomatiyasının bu istiqamətdə qarşıya qoyduğu məqsədlərinə tam uyğundur. Rusiyalı politoloq Dmitri Solonnikov Soçidə keçirilmiş görüşünü şərh edərkən bildirir: “Ermənistanın sülh prosesini uzatması onun özü üçün ölümə bərabərdir. Cəmiyyətdə narazılıq var, ölkədə xaricdən maliyyələşən ekstremist, revanşçı qruplar mövcuddur. Ermənistan bütün bunları anlayaraq danışıqlara getdi. İndiki halda Cənubi Qafqazı inkişaf edən və vahid region kimi görmək istəməyən ölkələr uduzmuş oldular”. Politoloq qeyd edib ki, nə Azərbaycanda, nə də Rusiyada mürəkkəb iqtisadi proseslər müşahidə olunur və hər iki ölkənin iqtisadiyyatı uğurla inkişaf edir: "Məhz Ermənistan yeni vətəndaş müharibəsinin astanasındadır. Ölkənin iqtisadiyyatı məhv olub, iqtisadi gələcək görünmür. Bu şəraitdə belə görünür ki, Paşinyan yeni iqtisadi mexanizmlərin işə düşməsində, yeni nəqliyyat dəhlizlərinin yaradılmasında, qonşularla sərhədlərin açılmasında və ticarətin bərpasında maraqlıdır". Onun sözlərinə görə, üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsindən Ermənistan yalnız qazanc əldə edəcək: "Azərbaycanla dost münasibətləri heç bir halda pozmayacağını bəyan edən Rusiyanın sərt mövqeyi Paşinyanı məcbur etdi ki, Brüssel görüşünü və ATƏT formatında Fransa ilə danışıqları gözləmədən sərhədlərin demarkasiyasının baş tutacağını bəyan etsin. Rusiya bir daha nümayiş etdirdi ki, imzalanmış razılıqlar olduğu kimi qalacaq, ölkələr arasında sərhəd müəyyənləşəcək, Qarabağın kimə məxsus olması ilə bağlı məsələlər aradan qalxacaq və Zəngəzur dəhlizinə aydınlıq gətiriləcək”. Digər rusiyalı politoloq Sergey Markedonov isə bildirir: “Faktiki olaraq Azərbaycan-Rusiya-Ermənistan formatı ATƏT-i danışıqlar platforması kimi ikinci plana keçirdi. Soçi sammiti, danışıqlar prosesindən mühüm irəliləyiş olmasa da, əbəs deyildi. Çünki nəticədə mühüm üçtərəfli bəyanat qəbul edildi”. O bildirib ki, Soçi bəyanatı üslubuna görə digər iki bəyanatdan ciddi şəkildə fərqlənir: “10 noyabr bəyanatı “yanğın sənədi” idi; o, atəşkəsin şərtlərini təyin etdi və köhnə status-kvonun dağılması və yeni statusun formalaşması kontekstində sülh yolu ilə nizamlanmanın müəyyən konturunu verdi. 11 yanvar 2021-ci ildəki ikinci bəyanat regiondakı kommunikasiyaların açılmasına fokuslanmışdı. Sülh prosesində iqtisadi səmərənin ön plana çıxarılması təklif edildi. Alınmadı. Ancaq yeni birgə bəyanatda tərəflər arasında tamhüquqlu nəqliyyat əlaqəsinin bərpası məsələsi artıq Rusiya sülhməramlılarının Qarabağdakı effektivliyi, sərhədin demarkasiyası və delimitasiyası işləri ilə bağlıdır. Belə bir bənd əvvəlki bəyanatlarda bu cür dəqiq qeyd edilməmişdi. Görünür ki, 2021-ci ildə məhz sərhəd məsələsi ön plana çıxıb və region üçün ən təhlükəli çağırışa çevrilib. Moskva isə həm Bakıya, həm İrəvana, həm də bütün dünyaya göstərməyə çalışır ki, bu düyünü açmaq üçün əsas resurs və açar odur”.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın da məsələyə yanaşması olduqca maraqlıdır: “Öncə bunu da vurğulamaq lazımdır ki, sərhəddəki gərgin döyüşlərdən bir gün sonra, yəni noyabrın 17-də prezident Vladimir Putin iki liderdən yalnız birinə, baş nazir Nikol Paşinyana zəng etdi. Mən bunun nə ifadə etdiyini bilmirəm. Məncə, bunu Putinin Paşinyana “problemlərə sizinkilər səbəb olur” demək üçün zəng etdiyi kimi şərh etmək olar. Bununla yanaşı, nəqliyyat əlaqələrinin bərpası var ki, bundan Azərbaycan və Türkiyə ilə yanaşı, Ermənistan da faydalana və bununla da sərmayə cəlb edə və iqtisadi artıma təkan verə bilər. Aydındır ki, Azərbaycanla Ermənistan arasında müharibəyə son qoyuldu. Yəni bu daha nə qədər davam edə bilərdi ki? Azərbaycanın ərazi bütövlyü bərpa edildi, Ermənistan beynəlxalq qanunlara əməl etmiş oldu. Ermənistanın, bayaq dediyim kimi, fürstədən istifadə edərək tranzit ələqələri bərpa edib, sərmayə cəlb etməklə özünü regional iqtisadiyyata inteqrasiya etmək imkanı var. Biz müharibədən öncə də, 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan sərhədində hücumlardan və ya zorakılıqlardan sonra Fransa və ABŞ-ın vasitəçilikdən geri çəkildiyi zaman güc vakuumun yaradıldığını gördük, çünki Minsk Qrupunun Ermənistan-Azərbaycan sərhədində mandatı yoxdur. Bu vakuumu da Rusiya və Türkiyə doldurdu. Ona görə də Rusiya və Türkiyə indi Azərbaycan və Ermənistanda əsas oyunçulara çevriliblər. Digər geosiyasi dəyişkliklər odur ki, hazırda regionda iki minə yaxın rus sülhməramlısı var, amma onlara da müəyyən mənada Ağdamda birgə monitorinq mərkəzindəki türk sülhməramlıları nəzarət edir. Amma hər halda onlar NATO-nun gözü və qulaqlarıdır. Bu böyük geosiyasi dəyişiklikdir. Yəni Azərbaycanda təkcə Rusiyanın hərbi mövcudluğu yox, Türkiyənin qismində NATO-nun da hərbi mövcudluğu var. Nəhayət, biz düşünürük ki, nəqliyyat əlaqələrinin bərpası və ümid edirəm ki, Orta Asiyaya qədər uzanan daha böyük Şərq-Qərb ticarəti kimi geosiyasi dəyişikliklər görəcəyik ki, buna Türkmənistandan təbii qazın ticarəti də daxil olacaq. Bu, həmçinin, Türkiyə və Avropanın sərmayəsi ilə mütəşəkkil sənaye zonalarının yaranmasına gətirib çıxara və qlobal iqtisadiyyatın oradakı iştirakını artıra bilər”. 

Onu da qeyd edək ki, Soçi görüşündən sonra üç ölkənin baş nazirlərinin müavinlərindən ibarət olan işçi qrupun Moskvada keçirəcəyi iclasda əldə olunan razılaşmalar açıqlanacaq. Nikol Paşinyanın davranışları, çıxışı göstərdi ki, Ermənistanın nəzərdə tutulan məsələlərə, layihələrə razılıq verməkdən başqa çıxış yolu yoxdur. İndilikdə isə, Soçi görüşü və hər üç ölkənin siyasi rəhbərliyi tərəfindən imzalanmış bəyanat regionumuzun gələcək inkişafı baxımından böyük ümidlər yaradır. Bu, yalnız münaqişə tərəfi olmuş iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün deyil, ümumilikdə bölgənin beynəlxalq əməkdaşlıq platformasına çevrilməsi baxımından böyük perspektivlər vəd edir.

Ramil QULİYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbə-üz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ