şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanın Zəngəzur zəfəri Ermənistanda da etiraf edildi, “…şifahi razılaşmalar da ola bilər” “kabusu” gündəmdə…

Image


Artıq Ermənistanda da qəbul edilməkdədir ki, Azərbaycanın həyata keçirdiyi Zəngəzur dəhlizinin açılması planının qarşısının alınması mümkün deyil. Bu xüsusda erməni teleqram kanallarında yayılan məlumatlarda açıq mətnlə vurğulanır ki, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizi ideyasını beynəlxalq platformalarda uğurla irəli sürməkdə davam edirlər. Erməni sosial şəbəkələrində o da bildirilir ki, artıq prosesin qarşısını almaq mümkün deyil.

Bu xüsusda erməni teleqram kanallarında yayılan şərhlərin birində deyilir: “Azərbaycan prezidenti İlham Əliyev əmin edib ki, Zəngəzur dəhlizi adlanan layihə reallığa çevrilir. Zəngəzur dəhlizi ilə bağlı artıq bütün beynəlxalq arenalarda danışılacaq və onun iqtisadi ecazkarlığı dünya ölkələrini özünə cəlb edəcək. Bu isə Ermənistan üçün arzuolunmazdır”. Ermənistan parlamentində müxalif “Hayastan” fraksiyasının deputatı Armen Rüstəmyan isə qeyd edir ki, İlham Əliyev üçün Zəngəzur dəhlizi, hətta Qarabağdan da vacib məsələdir: “Azərbaycan prezidenti, hətta Soçi görüşündən və üçtərəfli bəyanatın verilməsindən sonra da beynəlxalq arenalarda Zəngəzur dəhlizi barədə danışır. Mən narahatam ki, Soçidə imzalanmış bəyanatdan başqa şifahi razılaşmalar da ola bilər. Əvvəllər belə presedentlər olub. Faktlar bizə sübut edir ki, rəsmi mətnlə dərc ediləndən başqa şifahi razılaşmalar da olur. Onlar orda üç saat nədən danışıblar? Təkcə qəbul olunan mətn barədəmi? Orda mütləq başqa razılaşmalar da olub. Görünür, bu şifahi razılaşmalar Əliyevə Zəngəzur dəhlizi məsələsinin həll olunduğuna dair bəyanat vermək üçün əsas verir”. “Azatutyun” radiosu yazır ki, baş nazir Nikol Paşinyan Soçi görüşündən bir neçə gün əvvəl “dəhliz məntiqi” ilə heç nəyi müzakirə etməyəcəyini bildirmişdi. O əlavə etmişdi ki, Azərbaycanın özü də işçi səviyyədə dəhliz tələbini heç vaxt qoymayıb. Lakin Ermənistan parlamentinin müxalif “Şərəf duyuram” fraksiyasından deputat Tiqran Abramyan deyir ki, burda diqqətəlayiq olan Əliyevin hərəkətləridir. Onun sözlərinə görə, Azərbaycanın mayda və noyabrda törətdiyi “təcavüzlər” beynəlxalq birlik tərəfindən lazımi qiymətini almayıb: “Burda problem heç onda da deyil ki, Ermənistanın indiki hakimiyyəti dəhliz verəcək, ya yox. Problem ondadır ki, Azərbaycan Ermənistana aşırı təzyiq göstərməkdə davam edir. Buna isə beynəlxalq birlik tərəfindən müvafiq müdaxilə edilmir və reaksiya verilmir. Bu da Azərbaycana təzyiqini davam etdirmək imkanı yaradır”.

“Azatutyun” yazır ki, Nikol Paşinyan “dəhliz məntiqini” qəbul etmədiyini desə də, son mətbuat konfransında “Azərbaycan tərəfinə rüsumsuz və başqa yoxlamalarsız yol verilə bilərmi” sualına cavab verməyib. Bunun əvəzində o bildirib ki, Azərbaycan tərəfinin fikrincə, 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndində yer alan “maneəsiz hərəkət” elə “suveren dəhliz” deməkdir: “Əgər bu suveren dəhliz demək olsaydı, onda elə “suveren dəhliz” ifadəsi işlənərdi. Üstəlik də həmin sənəddə Laçın dəhlizi barədə danışılarkən dəhliz sözü işlədilıib. Orda yazılıb ki, “Laçın dəhlizi Rusiyanın nəzarəti altındadır”. Elə belə də yazılıb: “nəzarəti altında”. Deputat Tiqran Abramyan isə etiraf edir ki, razılaşmada “dəhliz” sözünün işlədilib-işlədilməməsi mühüm deyil. Elə bir sözdən istifadə oluna bilər ki, elə dəhliz mənasını verər. O xatırladıb ki, Paşinyan bir vaxt Gorus-Qafan yolunda Ermənistan vətəndaşları üçün heç bir problemin olmayacağını demişdi, amma indi həmin yol Ermənistan vətəndaşları üçün qadağan olunub. Müxalif deputat Armen Rüstəmyan da diqqəti ziddiyyətlərə çəkib: “Hakimiyyətdəkilər elə yayğın, bir-birinə elə zidd bəyanatlar verirlər ki, bunları yan-yana qoyanda heç bir konsepsiya alınmır. Bu isə ən böyük təhlükədir. Türklərin və azərbaycanlıların nə istədikləri isə bizə tamamilə aydındır. Bəli, istisna deyil ki, onlar bu məsələni Laçın dəhlizinin mövcudluğuna əsaslanaraq qaldırırlar. Yənu onlar bu dəhlizi veriblər və buna görə də Azərbaycan Naxçıvanla belə bir statusda olan dəhlizlə bağlanmalıdır”.

Bu arada xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün səfər etdiyi Türkmənistandan geri dönərkən təyyarədə jurnalistlərə aktual mövzularla bağlı açıqlama verib. Ərdoğan Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşü barədə də danışıb. Bildirib ki, İlham Əliyev ona Soçidəki üçtərəfli danışıqların nəticələri barədə məlumat verib. Və həmin danışıqlarda Naxçıvana Araz çayı sahili boyu dəmir yolu və avtomobil yolunun açılması məsələsinin həll olunduğunu deyib: “İlham Əliyev qardaşımızın da Rusiyada görüşləri vardı. Paşinyanla birlikdə hörmətli Putinin vasitəçiliyi ilə orada toplantı keçirdilər. Bu toplantı ilə bağlı İlham Əliyev qardaşımla keçirdiyim görüşdə məlumat aldım, toplantının çox yaxşı və məhsuldar keçdiyini dedi. Bu toplantı sayəsində hazırda Araz çayı boyunca dəmir yolunun, avtomobil yolunun çəkilməsi məsələsi də həll olundu.  Bu atılacaq addımla bərabər ayrıca İğdıra qədər uzanacaq avtobanın çəkilməsi mövzusu da var. Avtoban məsələsi ilə bağlı, xüsusən Naxçıvan sıxıntısını aşmaq, digər tərəfdən də Ermənistan ərazisindən keçməklə Azərbaycanın İğdırla birləşməsi yönündə də çox uğurlu addım atılmış olacaq. Bununla yanaşı, istər dəmir yolu ilə, istər quru yolu ilə yükdaşımalarında və sərnişindaşımalarında önəmli addım atılmış olacaq”.

Bütün bunlar Zəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində Azərbaycanın öz istəklərinə nail olduğunu bir daha təsdiqləyir.

Tahir TAĞIYEV

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbə-üz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ