Azərbaycan və Macarıstan macar şirkətlərinin İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş ərazilərin bərpasında iştirak etməsini müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto öz "Facebook" səhifəsində yazıb.
O bildirib ki, həmin məsələ Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə videokonfrans zamanı müzakirə olunub:
"Macarıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Münaqişə başa çatdıqdan sonra biz macar şirkətlərinin müharibə nəticəsində zərər dəyən rayonların bərpasında iştirakı məsələsini müzakirə etmişik".