Cümə axşamı günü, 08 oktyabr 2026
     

Ermənilərin dəhşətli “mədəniyyət cinayətləri” açılır - müvəqqəti komendantlıqların işində mühüm nəticə...

Image


Erməni işğalından azad edilən tarixi ərazilərimizdə düşmən tərəfindən bütün növ abidələrimizə, mədəniyyət ocaqlarımıza qarşı vandalizm həyata keçirilib. Bir çox abidəmizi erməniləşdirə bilsələr də, xeyli sayda abidəmizi erməniləşdirə bilmədikləri üçün onları tamamilə məhv ediblər. Bu gün işğaldan azad edilən ərazilərimizdə olan tarixi mədəniyyət abidələrinin, mədəniyyət müəssisələrinin vəziyyəti ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən monitorinqlər keçirilməyə başlayıb.  

Məlum olduğu kimi “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli, 1170 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və komendantlıqların nəzdində aidiyyəti dövlət orqanlarının (qurumlarının), o cümlədən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılıb. Fərmanın 7.8-ci bəndində müvəqqəti komendantlıqlara tarix və mədəniyyət obyektlərinin (abidələr və müəssisələr) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı vəzifələrin yerinə yetirilməsi tapşırılıb.

Mədəniyyət Nazirliyindən mətbuata verilən məlumata görə, müvafiq vəzifələrin icrası məqsədilə müvəqqəti komendantlıqların nəzdindəki əməliyyat qərargahlarında təmsil olunan Mədəniyyət Nazirliyinin abidələr və mədəniyyət müəssisələri üzrə ixtisaslı nümayəndələri tərəfindən işğaldan azad olunmuş rayonların ərazilərində monitorinqlərə başlanıb.

Aparılan ilkin monitorinqlər zamanı 56 mədəniyyət müəssisəsi, o cümlədən, 25 kitabxana,19 mədəniyyət evi və klub müəssisəsi, 7 muzey, 5 uşaq musiqi məktəbi aşkar edilib. Bütün müəssisələr demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir.

İlkin monitorinqlər zamanı 49 tarix-mədəniyyət abidəsinə, tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektə, o cümlədən, Xocavənd rayonunun Hadrut qəsəbəsində alban məbədinə (1170-ci il), Zəngilan rayonunun Əmirxanlı kəndində Qız qalasına (XII əsr), Məmmədbəyli kəndində Səkkizguşəli türbəyə (1304-1305-ci illər), Füzuli rayonunun Qarğabazar kəndində karvansaraya (XVII əsr) baxış keçirilib.

28 abidənin işğalçılar tərəfindən tamamilə dağıdıldığı və yalnız qalıqlarının olduğu aşkar edilib.

İşğaldan azad edilmiş ərazilərdə monitorinqlərin aparılması davam etdirilir.

Ekspertlərin fikrincə, yaradılan komendantlıqlarda mədəniyyət sahəsinin də təmsil olunması çox müsbət haldır. Artıq komendantlığın ilkin uğurlarının müşahidə edildiyini deyən mütəxəssislər hesab edirlər ki, məhz bu şəraitdə mütəxəssislərimiz təhlükəsiz şəkildə abidələrin vəziyyətini öyrənə bilirlər. Bəzi mütəxəssislərin fikrincə, bu monitorinqlər daha da dərinləşməli, BMT-nin və digər beynəlxalq qurumların, elmi mərkəzlərin əməkdaşları, ekspertləri də bu monitorinqlərə cəlb edilməlidirlər ki, onlar ermənilər tərəfindən Azərbaycanın maddi-mədəni irsinin necə vandallıqla dağıdıldığını, məhv edildiyini, ağır zədələndiyini öz gözləri ilə görüb hesabatlarında qeyd etsinlər.

  • “Bizim əlimizdə ciddi məlumatlar var ki...”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev baki-xeber.com-a bildirdi ki, ermənilər ən böyük zərbəni arxeoloji abidılərə vurublar, abidələri talayıblar. Alim vurğuladı ki, Ermənistan hökuməti işğal altında olan ərazilərimizdə “qızıl axtaranların” cinayətkar fəaliyyətinə şərait yaradıb, onlar da arxeoloji abidələrdə qanunsuz qazıntı aparmaqla onları dağıdıb, məhv ediblər. Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən monitorinqin daha geniş və əhatəli olmalı olduğunu deyən F.Quliyevin sözlərinə görə, biz bununla ermənilərin gizlində qalan bir çox cinayətlərini də üzə çıxarmış olarıq. “Ali Baş Komandanın rəhbərliyilə rəşadətli ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad olunmasından sonra həmin ərazilərdə artıq canlı həyatın bərpa olunması prosesi başlayıb. Təbii ki, bu işdə də hər kəsin üzərinə öz sahəsinə görə vəzifələr düşür. Düşünürük ki, Azərbaycanda abidələrin qeydiyyatı, inventarlaşdırılması işləri işğaldan azad edilən ərazilərimizdə də təşkil edilməli və həyata keçirilməlidir. Bu olduqca vacibdir. Şübhəsiz ki, bizim erməni işğalı altında olmuş ərazilərimiz ciddi dağıntılara məruz qalıb. Onu xüsusilə qeyd etmək istəyirəm ki, işğal dövründə ermənilər tərəfindən qanunsuz arxeoloji qazıntı işləri həyata keçirilib. Bizim əlimizdə ciddi məlumatlar var ki, ermənilər uzun illər işğal olunmuş ərazilərimizdə saysız qanunsuz arxeoloji qazıntı aparıblar. Bu o arxeoloji qazıntı işləridir ki, bunlar ermənilər tərəfindən gizlin aparılırdı və bu barədə məlumat yaymırdılar. Ermənilər yalnız Azıx mağarasında və Şahbulaq qalasında apardıqları qanunsuz arxeoloji qazıntıları ictimailəşdirmişlər. Azıxda qanunsuz arxeoloji qazıntı işləri həyata keçirməklə ermənilər qondarma rejimin təbliğatını həyata keçirmək məqsədi güdürdülər. Bu arxeoloji qazıntılar abidənin hansısa millətə, etnosa aid olduğunu sübut etmək üçün aparılmırdı, məqsəd qondarma xunta rejimini “tanıtmaq”, reklam etmək idi ki, “bizim görün necə imkanımız var ki, dünya əhəmiyyətli abidənin üzərində qazıntı işləri də apara bilirik”. Ermənilərin Azıxda, Şahbulaqda və digər ərazilərimizdə apardıqları qanunsuz qazıntı işlərinə Azərbaycan rəsmən etirazını bildirib, bununla bağlı Xarici İşlər Nazirliyinin və digər müfaviq qurumların bəyanatları olub. Dövlətimizin rəsmi etirazından sonra həmin abidələrdə ermənilərin apardıqları qanunsuz arxeoloji qazıntılarda iştirak edən xarici alimlərin hamısı bu işdən imtina etdi və anladılar ki, bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Şahbulaqda aparılan qazıntılar isə həmin ərazidə ermənilərin “tarixi kökünü sübut etmək, təsdiq etmək” məqsədi daşıyırdı. Ona görə də həmin qanunsuz arxeoloji qazıntılar “yüksək səviyyədə” təşkil edilmişdi və bu qanunsuz işə böyük maliyyə vəsaiti yatırılmışdı. Məqsəd də ermənilərin xristianlığın Qafqazda yayıldığı ilk dövrlərdən “burada yaşadığını” “təsdiqləmək” idi. Lakin ermənilərin bu cəhdləri beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilmədi və tanınmadı. Düzdür, bu mövzularda müəyyən məqalələrini çap etdirdilər, amma həmin məqalələr, onların “nəticələri” opponentlər tərəfindən “yenilik” kimi qəbul edilmədi. Çünki həmin tədqiqatlarda materilalların çox ciddi şəkildə saxtalaşdırılması halı var idi və burada çoxsaylı saxta yanaşmaya, yalan fikirlərə yol verilmişdi. Bu məqsədə ermənilər nail olmadılar. Dünyanın elmi ictimaiyyətində işğal altında olan torpaqlarda aparılan “arxeoloji qazıntılara”, “tədqiqatlara” yaxşı baxmırlar, münasibət çox pisdir.

İşğaldan azad edilmiş ərazilərimizdə Prezidentin fərmanı ilə komendantlıqların yaradılması və bu komendantlıqlarda mədəniyyət sahəsinə də yer verilməsi çox müsbətdir və çox əhəmiyyətlidir. Komendantlıqların nəzdində Mədəniyyət Nazirliyinin də xüsusi mütəxəssis qrupları təmsil olunurlar. Artıq Mədəniyyət Nazirliyi bu istiqamətdə işləri təşkil edir və abidələr üzrə monitorinqlər də həyata keçirilir”.

F.Quliyev təklif edir ki, həmin ərazilərdə arxeoloji abidələrin monitorinqi ayrıca aparılsın. Abidələrin müxtəlif növləri əhatə etdiyini deyən F.Quliyev qeyd etdi ki, burada memarlıq, arxeoloji və sair abidələr var. “Biz həmin bölgənin memarlıq abidələrini yaxşı tanıya bilərik. Amma arxeoloji abidələrin vəziyyətinin öyrənilməsi, işğal dövründə onlara olan müdaxilələrin geniş şəkildə araşdırılması işində Azərbaycan Milli Elmlər Akademiyası xüsusi rol oynasa, daha yaxşı olar. Çünki AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun bu prosesə cəlb edilməsini arzu edirik. Arxeoloji abidələrimizin həmin bölgələrdə yenidən qeydiyyata alınmasına ehtiyac var. Bizim 30 ilə yaxın idi ki, bu abidələrin taleyindən elə də xəbərimiz olmayıb, onlar haqqında olan məlumatlarımız səthidir. Son 20 ildə işğal altında olan torpaqlarımızda saysız abidə aşkarlanıb ki, bizim onlardan xəbərimiz olmayıb.

İndi orada nə qədər arxeoloji abidə yenidən müəyyən edilməlidir. Çünki əlimizdə indi yeni imkanlar var ki, müasir texnologiyalardan istifadə edərək o abidələri aşkar edə bilərik” - deyə F.Quliyev qeyd etdi.

F.Quliyevin sözlərinə görə, erməni mediasında abidələrimizin dağıdılmasını təsdiqləyən kifayət qədər məlumat da var. Azərbaycanın arxeoloji abidələrinin xeyli hissəsi qızıl axtaran ermənilər tərəfindən dağıdılıb, onların məqsədi qızıl axtarıb tapmaq olub. Ermənilərin saysız cinayət törətdiyini deyən F.Quliyev hesab edir ki, bu monitorinqlərə beynəlxalq qurumların da nümayəndələri, ekspertləri cəlb olunmalıdırlar.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ