02/12/2020 19:09
728 x 90

Hikmət Hacıyev: "Ermənistanın müharibə cinayətləri şiddətlə qınanmalıdır"

img

Ermənistan silahlı qüvvələri Tərtərə raket hücumundan sonra Bərdəyə yenidən "Smerç" raketi atıb, mülki şəxslər arasında ölənlərin olduğu deyilir. Ermənistanın belə məqsədli müharibə cinayətləri şiddətlə qınanmalıdır.

Baki-xeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

H.Hacıyev deyib: “Ermənistan dünən çox sayda mülki insanın kasetli raketlərlə öldürülməsindən heç bir nəticə çıxarmayıb. Ermənistan hərbi işğala və müharibə cinayətlərinə son qoymalıdır!”.

Son xəbərlər