Düşmən Bərdə şəhərini raket atəşinə tutub, ölən və xəsarət alanlar var - FOTO/VİDEO

img

Ermənilər Bərdəni yenidən raket atəşinə tutub. Baki-xeber.com xəbər verir ki, hadisə nəticəsində ölənlərin olduğu bildirilir.

Hikmət Hacıyev Tvitter səhifəsində Bərdənin atəşə tutulmasında yazıb. Bildirib ki, Tərtərdən sonra Bərdəyə də raket hücumu həyata keçirib: "Ermənilər mülki şəxslərin dünənki qətlindən heç bir dərs çıxarmır".

Müdafiə Nazirliyi də bununla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub. Ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib.

Son xəbərlər