Bazar günü günü, 18 oktyabr 2026
     

Azərbaycanın İtaliyadakı səfiri: “Beynəlxalq ictimaiyyət Ermənistanın saxta sülh çağırışlarına inanmamalı və İrəvandan işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmağı tələb etməlidir”

Image


İtaliyanın nüfuzlu Il Giornale qəzetində Azərbaycan Respublikasının İtaliyadakı səfiri Məmməd Əhmədzadənin geniş müsahibəsi dərc olunub. Müsahibədə diplomat 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təcavüzü,bu xüsusda, Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində həyata keçirdiyi əməliyyatlar, münaqişənin siyasi, hüquqi və humanitar aspektləri, eləcə də İtaliyanınhazırkı vəziyyətə dair mövqeyi barədə danışıb.

Jurnalistin Dağlıq Qarabağda hazırkı silahlı qarşıdurmanın mənəvi tərəfləri ilə bağlı sualına cavab olaraq Səfir: “Əvvəla qeyd edim ki, silahlı qarşıdurmanın səhnəsi təkcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi deyil, həm də Azərbaycanın təxminən 30 ildir Ermənistanın hərbi işğalı altında olan və qüvvələrinin yerləşdiyi bitişik yeddi rayonudur. Bu, münaqişənin yeganə iki tərəfi olan Ermənistan və Azərbaycan arasında olan bir münaqişədir və Ermənistanın başqa cür təqdim etmək cəhdləri qəbuledilməzdir. Əsas hədəflər həm işğal olunmuş ərazilərdən, həm də Ermənistanın öz ərazilərindən Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya ilə bombalanan cəbhə xəttinə yaxın Azərbaycanın yaşayış məntəqələri və mülki şəxslərdir. Uzun illərdir ki,Azərbaycan böyük bir haqsızlığa, ərazilərimizin 20%-nin işğalına məruz qalır; Xocalı soyqırımının xatirəsi və bir milyondan çox azərbaycanlı qaçqın və köçkünün varlığı, bütün Azərbaycan vətəndaşları kimi məni də asanlıqla nəfəs almağa imkan vermir. Bu münaqişə Azərbaycan xalqının ürəyində açıq bir yaradır, yalnız ərazilərimizə qayıtdıqda sağalacaq bir yaradır. Ürəyimiz Qarabağla döyünür, bu, Azərbaycan üçün milli mənəviyyat məsələsidir. Bu günlərdə milli kimliyimizin rəmzi olan bayrağımızın cəsur əsgərlərimiz tərəfindən işğaldan azad edilmiş bölgələrdə dalğalanması şəkillərini görəndə çox təsirləndim. Azərbaycanın incisi olan və xalqımız üçün vacib mənəvi dəyəri olan Şuşa şəhərində bayrağımızın da dalğalanacağı günü səbirsizliklə gözləyirik. Azərbaycan əsgərləri işğal altındakı torpaqlarımızı geri almağa qərarlıdır. Özlərinə aid olmayan ərazilərdən imtina etməyin vaxtının gəldiyini dərk edən erməni əsgərləri üçün bu belə deyil. Ermənistan tərəfininkeçirdiyi dərin narahatlıq onu Azərbaycana qarşı növbəti yalan kampaniyası aparmağa sürüklədiyini müşahidə edirik”, deyə cavab verib.

Jurnalistin münaqişənin silahlı qarşıdırmaya necə gəlib çatması ilə bağlı sualına cavab olaraq M.Əhmədzadə ATƏT-in Minsk qrupu çərçivəsində təxminən 30 ildir davam edən danışıqların heç bir nəticə verməməsi və buna Ermənistan tərəfinin nümayiş etdirdiyi destruktivliyin səbəb olmasına və davamlı təxribatlarına diqqəti çəkərək bildirib: “Ərazilərimizin işğal olunmasına baxmayaraq, Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara gedərək münaqişəni sülh yolu ilə həll etməyə çalışdı. Təxminən 30 ildir davam edən danışıqlar heç bir nəticə vermədi, çünki Ermənistan son illərdə həmişə prosesi uzatmaq və status-kvonu davam etdirmək üçün danışıqları pozmağa çalışırdı. Nikol Paşinyanın timsalında Ermənistanın yeni inqilabi diktaturası əvvəlki hərbi-cinayətkar xuntadan da irəli gedərək prosesi daha da çətinləşdirdi. Paşinyan insanlara verdiyi möcüzəvi vədlərinə əməl edə bilməməsi, eyni zamanda rəqiblərinizərərsizləşdirmək, alternativ səsi və vətəndaş cəmiyyətini boğmaq üçün diktator üsullarını işə salması səbəbindən artan narazılığın fonunda, insanların diqqətini daxili problemlərdən yayındırmaq üçün Dağlıq Qarabağ məsələsində mövqeyini radikallaşdıraraq ölkədə azərbaycanafobiyanı qızışdırmağa çalışdı. Paşinyan məsuliyyətsiz hərəkətləri və təxribat xarakterli bəyanatları ilə, o cümlədən işğal olunmuş ərazilərdə yaradılan qanunsuz kukla rejimi danışıqlara cəlb etmək üçün danışıqların formatını dəyişdirməyə çalışaraq və “Dağlıq Qarabağ Ermənistandır.” deyərək, sülhprosesinəzərbə vurdu. Daha sonra Şuşa şəhərində kukla rejimin liderinin "andiçmə mərasimi", Ermənistan müdafiə nazirinin "yeni ərazilər üçün yeni müharibə" elanları, iyul ayında AzərbaycanınTovuz bölgəsində- karbohidrogenlərin Azərbaycandan Avropa bazarlarına, xüsusən İtaliyaya nəqli üçün strateji infrastrukturun keçdiyi bir ərazidəErmənistanın hərbi təxribatları, baş nazirin həyat yoldaşının iştirakı ilə döyüş və atıcılıq təlim kursları və Livandan olan ermənilərin qanunsuz olaraq işğal edilmiş ərazilərə köçürülməsi bütünlükdə hazırkı gərginliyə gətirib çıxaran amillər idi. Bu, Paşinyanın danışıqlar prosesinə zərbə vurmaq, onu mənasız etmək məqsədi daşıyan çoxsaylı fəndlərinin yalnız bir hissəsidir. Yeni erməni diktatorunun absurd yeddi şərt irəli sürməsifaktiki olaraq Ermənistanın danışıqlar prosesindən çəkildiyini deməyə əsas verirdi.”

Daha sonra diqqəti Ermənistanın son aylar yeni hərbi təxribatlara hazırlaşması prosesinə yönəldən M.Əhmədzadə sözlərinə belə davam edir: “Son aylarda Ermənistan silah və hərbi texnika idxalını əhəmiyyətli dərəcədə artırdı və hava hücumu sistemini intensiv şəkildə genişləndirməyə davam etdi. 100.000 “könüllü”dən ibarət ümummilli bir “milis qrupu”nun yaradılmasının elan olunmasından sonra və həmin qrupları Ermənistanın hərbi qüvvələrinin işğalı altındakı ərazilərə və iki ölkə arasındakı dövlət sərhədinə göndərməsi müşahidə olunurdu. Bütün bunlar ona görə edilirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşırdı. Bu xüsusda, sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə edərək müxtəlif istiqamətlərdən intensiv atəşə tutmağa başladılar. Azərbaycan Silahlı Qüvvələri, Ermənistanın yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün özünümüdafiə hüququ və beynəlxalq humanitar hüquqa tam uyğun olaraq əks-hücum və cavab tədbirləri həyata keçirməli oldu. Qeyd edim ki, Ermənistan silahlı qüvvələrinin mülki obyektlər və mülki insanları hədəf alması nəticəsində ikisi uşaq olmaqla 19 mülki şəxs həlak olmuş, 55 mülki şəxs yaralanmışdır. Xüsusi və ictimai obyektlərə ziyan dəymişdir”.

Jurnalistin 2016-cı ilin aprel döyüşləri ilə indiki silahlı qarşıdurmalar arasındakı hansı fərqlərin olması ilə bağlı sualına cavab olaraq, səfir Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində əməliyyatlar həyata keçirdiyini vurğulamış və bildirmişdir ki, “Hər iki halda da qarşıdurma Azərbaycan ərazilərində baş verir. Hər iki halda da, Azərbaycan Silahlı Qüvvələri təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək və suveren ərazidə və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün mübarizə aparır.Hər iki halda da, Ermənistan mülki yaşayış sahələrinə hücum edir, yalanları təbliğ edir və üçüncü tərəfləri münaqişəyə cəlb etmək də daxil olmaqla müxtəlif üsullardan və hiyləgər hərəkətlərdən istifadə edir. Əvvəllər olduğu kimi, bu dəfə də Ermənistan özünü sülhsevər bir ölkə kimi göstərməyə cəhd edərək əməliyyatlara son qoyması üçün Azərbaycanla danışmaları üçün müxtəlif ölkələrəyalvarır,özünün acınacaqlı, yazıq bir görüntüsünüyaratmağa çalışır. Ancaq Ermənistanın əsl məqsədi işğal olunmuş Azərbaycan torpaqlarının qorunub saxlanmasını təmin etmək və status-kvonu davam etdirməkdir. Bu dəfə beynəlxalq ictimaiyyət Ermənistanın saxta sülh çağırışlarına inanmamalı və İrəvandan işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmasını tələb etməlidir. Çünki münaqişənin həlli yalnız Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasından sonra mümkündür. 2016-cı il ilə bir fərqi vurğulamalıyıqsa, bu dəfə qarşı tərəfin hücumlarının müxtəlif istiqamətlərdən gəldiyini nəzərə alaraq, qarşıdurma coğrafiyasının 2016-cı illə müqayisədə daha geniş olmasına diqqət yetirilməlidir, buna görə də əks-hücum tədbirləri ilə Azərbaycan ordusubu təcavüzə adekvat cavab verir”.

Jurnalistin Azərbaycanın beynəlxalq ictimaiyyətdən gözləntiləri ilə bağlı sualına cavab olaraq, M.Əhmədzadə Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa və ədalətə söykəndiyini bildirərək qeyd edib ki, “Azərbaycan, beynəlxalq ictimaiyyətin ədalət tərəfində olmasını gözləyir və BMT TŞ-nin dörd qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistanın işğalçı qüvvələrini dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarmasını tələb etməsiniistəyir. Ermənistanın hərbi qüvvələrinin geri çəkilməsini tələb etmədən tərəfləri hərbi əməliyyatları dayandırmağa dəvət etmək Ermənistanın əraziləri işğal altında saxlamasına xidmət edir. 2016-cı ilin aprelində hərbi əməliyyatların bitməsindən sonra Ermənistanın davranışları deməyə əsas verir ki, bu dəfə beynəlxalq ictimaiyyət bu ölkənin yalan vədlərinə inanmamalı və Ermənistandan əraziləri azad etməsini tələb etməlidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, kimin həqiqətin və kimin yalanın tərəfində olduğunu aydınlaşdırmaq üçünhəqiqət anıdır”.

Jurnalistin Türkiyənin rolu ilə bağlı sualına cavab olaraq, diplomat Türkiyənin Azərbaycanın yaxın dostu və müttəfiqi olduğunu və Türkiyənin dəstəyinin yalnız mənəvi dəstək olduğunu qeyd edib: Bu günlərdə mətbuatda erməni təxribatlarınəticəsində beynəlxalq ictimaiyyəti qəsdən aldatmaq məqsədi daşıyan bir çox saxta xəbər var. Əvvəlcə Türkiyənin bölgədə sabitləşdirici rola malik olduğunu və Azərbaycan üçün yaxın dost və müttəfiq olduğunu qeyd etmək istərdim. Türkiyənin dəstəyiyalnız mənəvi dəstəkdir. Türkiyə münaqişənin tərəfi deyil, heç bir şəkildə iştirak etmir və buna ehtiyac da yoxdur. Azərbaycan ordusu xalqının və ərazisinin qorunmasına təmin etməyə kifayət qədər hazırdır. Bu anda cəbhədə Azərbaycan tərəfində heç bir xarici döyüşçü yoxdur. Azərbaycanın təlim keçmiş ordusu və çox böyük bir səfərbərlik ehtiyatı var. 2 milyon əhalisi olanErmənistan ilə müqayisədə 10 milyon əhalisi olan ölkəmizin insan resurslarına ehtiyacı yoxdur”. Ermənistanın Suriya və Livandan Azərbaycanın işğal olunmuş ərazilərinə muzdlu döyüşçülər gətirməsi məsələsini vurğulayan diplomat sözlərinə belə davam edir: “Döyüşlər başlamazdan əvvəl deyildiyi kimi və bu döyüşlərin də təsdiq etdiyi kimi, Ermənistan Suriyada və Livanda olan insanları muzdlu döyüşçü kimi istifadə etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmüşdür. Eyni zamanda, dünən Ermənistan prezidenti Al Jazeera telekanalına verdiyi müsahibədə geniş auditoriya qarşısında özünü biabır edərək xarici döyüşçülərin Ermənistan tərəfindən vuruşduğunu təsdiqlədi: “Onlar etnik ermənilərdir və müxtəlif ölkələrin vətəndaşları olmalarına baxmayaraq, Dağlıq Qarabağda vuruşmalarında pis bir şey yoxdur. Biz müxtəlif ölkələrdən olan ermənilərin hərbi əməliyyatlarda iştirakını qəbul edirik”, deyə diplomat Ermənistan dövlət başçısının fikirlərinə istinad edir.

Jurnalistin münaqişənin sülh yolu ilə həllinin mümkünlüyü barədə sualına cavab olaraq, M.Əhmədzadə həll üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxması olduğunu bildirib.

Jurnalistin münaqişə ilə bağlı İtaliyanın mövqeyi barədə sualına cavab olaraq diplomat Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin cari ilin fevral ayındakı İtaliyaya dövlət səfəri çərçivəsində iki ölkə arasında imzalanmış  “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsi haqqında Birgə Bəyannamə”yə diqqət yönəldərək qeyd edib: “Əvvəla, qeyd etmək istərdim ki, Azərbaycan və İtaliya arasında ötən ilin fevralında Prezident İlham Əliyev və Baş nazir Cüzeppe Kontenin imzaladığı “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsi haqqında Birgə Bəyannamə”də əks olunmuş hərtərəfli münasibətlər və strateji tərəfdaşlıq mövcuddur. Bu Birgə Bəyannamə hər iki tərəfin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qarşılıqlı dəstəyi, habelə dövlətlərarası münasibətlərdə təcavüz aktlarının yolverilməzliyini təsdiqləyir. Sənəddə tərəflərin Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığıəsasındaBMT və ATƏT-in müvafiq sənədləri və qərarlarında təsbit olunduğu kimi sülh yolu ilə nizamlanmasını dəstəklədiyi qeyd olunur. Fürsətdən istifadə edərək Azərbaycan xalqı ilə haqq işində həmrəylik ifadə edən bir çox italyan millət vəkillərinə və siyasətçilərə təşəkkür edirəm. İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi bu münaqişəni yaxından təqib edir. Bundan əlavə, dünən Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri Luici Di Maio ilə Xarici İşlər Nazirimiz Ceyhun Bayramov arasında telefon danışığı oldu. İtaliyanın silahlı qarşıdurmaların şiddətindən duyduğu dərin narahatlığı ifadə etməklə yanaşı, nazir Di Maionun əsas ismarıcı İtaliyanın Minsk Qrupunun vasitəçiliyi ilə ATƏT çərçivəsində danışıqların yenidən başlaması öhdəliyini qeyd etməsi, eləcə də status-kvonun dayanıqsız olması, eyni zamanda, tərəflərin həmsədrlərin himayəsi altında heç bir şərt olmadan və ciddi öhdəliklərlə danışıqlara qayıtmasının zəruriliyi ilə bağlıdır. İtaliyanın üzv olduğu Minsk Qrupu daxilində sülh prosesinə daha yaxından kömək etmək istəyini yüksək qiymətləndiririk və İtaliyanın bu müddətdə daha fəal rol oynayacaq ciddi elementlərəmalik olduğunu düşünürük. Hər zaman status-kvonu qorumaqda və danışıqların uzadılmasında maraqlı olmuş Ermənistan bu yaxınlarda yeddi absurd şərt irəli sürmüşdür. Bu xüsusda, İtaliyanın ismarıcının öz zərərliəməllərini dayandırması və konstruktiv mövqe nümayiş etdirməsi üçün Ermənistana yönəldiyi aydındır”. “Təkrar bildirirəm ki, son günlərdəki hadisələr bir daha göstərdi ki, tərəflərə qarşı tarazlı yanaşma və onları eyni səviyyədəqoymaq heç bir nəticə verməyib və əksinə belə yanaşma Ermənistanın təcavüzünə və beynəlxalq hüquqa məhəl qoymamağa davam etməsinə əlverişli şərait yaradıb. Buna görə də təcavüzkar ilə təcavüzə məruz qalan tərəf arasında bir fərq qoymaq lazımdır. Ümid edirik ki, qarşıdakı bəyanatlarında İtaliya açıq şəkildə Ermənistanı təcavüz siyasətindən imtina etməyə və silahlı qüvvələrini ərazilərimizdən çıxarmağa dəvət edəcəkdir ki, bu da indi ATƏT olan o zamanki ATƏM-in Minsk Konfransında İtaliya sədrliyinin–sabiq dövlət katibi Mario Raffaellinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən irəli gələn təklifində nəzərdə tutulmuşdur”, deyə sözlərinə davam edir.

Jurnalistin “Trentino Alto Adige” modelinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nümunə olmasının mümkünlüyü barədə sualınacavab olaraq,diplomat hərbi əməliyyatların hazırkı inkişafında bu məsələni indi müzakirə etməyin erkən olduğunu və indi Ermənistanı hərbi təcavüzündən əl çəkməyə və hərbi qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa məcbur etməyin vacib olduğunu deyib.

Jurnalistin Azərbaycanın Avropa İttifaqından gözləntilərlə bağlı sualına cavab olaraq, diplomat gözləntilərin “Avropa İttifaqının Şərq Tərəfdaşlığı məkanında digər münaqişələrə münasibətdə nümayiş etdirdiyi eyni mövqeyin, yəni suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmətin Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də ifadə edilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətindən imtina etməsi və silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarması üçün Ermənistana açıq və aydın bir ismarıc verilməsi” olduğunu bildirib.

Sonda jurnalistin hazırkı silahlı qarşıdurmanın Azərbaycanda insanlar arasında necə qarşılanması ilə bağlı sualına cavab olaraq, diplomat bildirib: “Azərbaycanda da çox böyük ruh yüksəkliyi var. Bütün xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanınınətrafında birləşir və onun qərarlarını hərtərəfli dəstəkləyir. Yüz minlərlə soydaşımız könüllü olaraq döyüşlərə qoşulmaq arzusunu dilə gətirib. Bundan əlavə, 1 milyondan çox azərbaycanlı məcburi köçkünlər ümid edirlər ki, 30 illik bu qədər əziyyətdən sonra layiq olduqları kimi evlərinə qayıdıb yaxınlarının məzarlarını ziyarət edə biləcəkləri gün yaxınlaşır”.

Müsahibə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq olar:

https://www.ilgiornale.it/news/mondo/intervista-allambasciatore-dellazerbaijan-fine-delle-ostilit-1894003.html



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ