“Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdə ordumuzun uğurla irəliləməsi, yeni-yeni bölgələrimizi düşməndən təmizləməsi ilə bağlı Sizə minnətdarlığımı bildirirəm. Bu məhz Sizin sayənizdə mümkün olur.
Qürurla bildirirəm ki, bir vətəndaş kimi dövlətim və Vətənim qarşısında müqəddəs borcumu yerinə yetirməyə hər zaman hazıram və könüllü olaraq cəbhəyə getmək üçün müraciət etmişəm. Lakin ahıl yaşımla əlaqədar olaraq döyüşlərə aparmırlar.
Cənab Ali Baş Komandan, Sizdən xahiş edirəm, göstəriş verin ki, məni də orduya qəbul etsinlər. Hər zaman Sizin yanınızdayıq, hər an döyüşə hazırıq. Hər şey üçün Sizə minnətdaram. Yaşasın müzəffər ordumuz!”
Bu müraciəti isə Prezident İlham Əliyevə Gəncə şəhərindən Səfixanov Fazil Əziz oğlu edib.
Baki-xeber.com