Gürcüstan Respublikasının Bolnisi rayonunun Talaveri kəndindən Abbasov Abbas, Abbasov Bayram, İsrailov Natiq, İsmail Xosrov, Eyvazova Svetlana və Eyvazova Nərgiz də Prezident İlham Əliyevə müraciət edib.
“Gürcüstanda yaşayan azərbaycanlıların adından müraciət edərək işğalçı ermənilərə qarşı həyata keçirdiyiniz ədalət müharibəsində Sizi tam dəstəklədiyimizi bildiririk.
Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq haqqını icra edir, Birləşmiş Millətlər Təşkilatının Qarabağın işğaldan azad edilməsi ilə bağlı qətnamələrinin icrasını tələb edir. Qarabağ Azərbaycandır!” - deyə soydaşlarımız Prezident İlham Əliyevə müraciətlərində vurğulayıblar.
Baki-xeber.com