Goranboy rayonunun Tapqaraqoyunlu kəndindən Naxçıvan Dövlət Universitetinin müalicə işi ixtisasının 2-ci kurs tələbəsi Abbaszadə Cəmilə Vüsal qızı Prezident İlham Əliyevə müraciət edənlər sırasındadır.
“Mən bir Azərbaycan vətəndaşı və gənc nəslin nümayəndəsi, gələcəyin həkimi kimi Sizə bu məktubu yazmağı bir vətəndaş kimi özümə borc bilirəm. Məktubu Sizə yazmağımda ən böyük qürur isə məhz döyüşlərin getdiyi Goranboy rayonunun Tapqaraqoyunlu kəndindən olmağımdır. Komandanlıq etdiyiniz qüdrətli ordumuzun göstərdiyi şücaətə, bu tarixi günləri bizə yaşatdığınıza görə Sizə dərin təşəkkürümü bildirirəm.
...Yaxşı ki, varsınız, bizim dövlət başçımızsınız. Biz Sizi çox sevirik. İnanırıq ki, Qarabağ məhz Sizin yeritdiyiniz düzgün siyasət və Vətənimizin qəhrəman övladları sayəsində tezliklə mənfur düşmənlərdən azad olunacaq. Həmin gün uzaqda deyil. Bu, Azərbaycan xalqının ən böyük arzusudur. Allah bu şərəfli yolda Sizə və xalqımıza yar olsun. Gün o gün olsun ki, üçrəngli bayrağımız Qarabağımızda dalğalansın. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” - deyə C.Abbaszadə müraciətində qeyd edib.
Baki-xeber.com