“Bir dövlət başçısı, Ali Baş Komandan kimi hər gün Sizin müdrik və qəti siyasətinizin yeni çalarlarının şahidi oluruq. Son həftə ərzində Sizin rəbərliyinizlə rəşadətli ordumuzun xalqa ümid və fəaliyyət üçün yeni qüvvət verən qələbələri də bunu göstərdi. Dünyanın məşhur telekanallarına verdiyiniz müsahibələrdə Sizin liderliyə xas bütün məziyyətləriniz əks olunub. Şübhə yoxdur ki, bütün dünyaya səs salmış bu telemüsahibələr fitnəkar Ermənistanın iç üzünü yeni faktlarla açıb, sülhsevər Azərbaycanı, onun müdrik və rəşadətli rəhbərinin şəxsi keyfiyyətlərini bir daha təsdiqləyib.
Öz liderini yaxından tanıyıb hörmət edən bir azərbaycanlı alim kimi Sizə cansağlığı, yeni zəfərlər və güc-qüvvət arzulayıram”.
Bu sözləri Prezident İlham Əliyevə müraciətində akademik Akif Əlizadə bildirib.
Baki-xeber.com