Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərindən Təranə Teylor Prezident İlham Əliyevə məktub yazıb. Məktubda deyilir: “Öz adımdan, ailəmiz adından və Hyustonda yaşayan azərbaycanlılar adından Sizi və şanlı ordumuzu düşmən üzərində gözəl qələbələrə görə ürəkdən təbrik edir və alqışlayıram. Sizə haqq işimizdə uğurlar arzu edirik.
Sizin xarici informasiya agentliklərinə müsahibələrinizi izlədikcə belə müdrik, yüksək təhsilli, humanist və eyni zamanda, Vətən üçün qəti sözünü deməyə çəkinməyən rəhbərimizin olması ilə fəxr edirik. Sizi dəstəkləyirik və əlimizdən gələn yardımı etməyə hazırıq. İşimiz haqdır, qələbə bizimlədir!”
Baki-xeber.com