“Sizə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin çoxsaylı üzvləri və Cəbrayıl rayon sakinləri adından dərin minnətdarlığımızı bildirir və təbriklərimizi çatdırırıq.
Sizin rəhbərliyiniz sayəsində Azərbaycanın ərazi bütövlüyü, sözün əsl mənasında, qorunur və torpaqlarımız düşmən tapdağından azad olunur. Məhz bu münasibətlə Siz başda olmaqla, bütün əsgər və zabitlərimizə cansağlığı, möhkəm iradə və xalqımıza qələbə sevinci bəxş edəcək bir yürüş, qalibiyyət arzulayırıq.
Fəxr edirik ki, Sizin kimi dövlət başçımız var və gələcəyimiz etibarlı əllərdədir.
Bir daha Sizi Vətən uğrunda canını və sağlamlığını qurban verən müharibə əlilləri adından təbrik edirik. İnşallah, Sizinlə Cəbrayılda görüşüb, ayağınız altında qurban kəsərik”.
Bu sözləri Cəbrayıl rayonunun Çaxırlı kəndindən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Cəbrayıl rayon filialının sədri, II qrup Qarabağ müharibəsi əlili Səbuhi Hüseynov Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com