“Cəbhədəki uğurlarımız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə bu şərəfli və haqq yolunda daha böyük uğurlar qazanmağı arzu edirəm.
Siz bizim güc və qürur mənbəyimizsiniz. Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir ki, bu gün qüdrətli Azərbaycan Ordusu öz vəzifəsini çox ləyaqətlə icra edir. Azərbaycan xalqı Sizinlə fəxr edir və Sizin arxanızdadır.
İşğal altında olan torpaqların azad edilməsi ilə Azərbaycan Respublikasının Milli Məclisindən xahiş edərdim ki, Sizə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin. Bir daha Sizi və xalqımızı təbrik edirəm”.
Bunu isə Lənkəran rayonunun Boladi kənd sakini Nəsirov Akif Ağababa oğlu Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com