“Ukrayna ilə Azərbaycan arasında daim dost və tərəfdaşlıq münasibətləri olub. Azərbaycan dost bir ölkə kimi Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəklədi və dəstəkləməyə davam edir. Odur ki, bu gün Azərbaycan ərazi bütövlüyü üçün ədalətli bir mübarizə apararkən, şəxsən mən uzun müddət Bakıda və ölkənin digər şəhərlərində yaşamış bir insan kimi Sizi və bütün Azərbaycan xalqını dəstəkləyirəm. Axı Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınıb.
Sumı Vilayət Deputatlar Şurasının sədri, həmçinin, bir siyasətçi kimi hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında münaqişə sülh yolu ilə həll olunmalıdır. Ermənistanın beynəlxalq hüququ, sülh danışıqlarını açıq şəkildə pozan və insan tələfatı ilə nəticələnən hücumlarını qınayıram.
Sülhsevər Azərbaycan və Ukrayna xalqlarına bu çətin lokal münaqişələrdən ən qısa zamanda xilas olmağı və ölkələrində sülhü və sabitliyi bərpa etməyi arzulayıram”.
Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Ukraynanın Sumı vilayətindən Sumı Vilayət Deputatlar Şurasının sədri Vladimir Tokar bildirib.
Baki-xeber.com