Azərbaycan Milli Ordusunun Ermənistan silahlı qüvvələrinin növbəti təxribat xarakterli hücumlarına layiqli cavab verərək, Qarabağ və onun ətrafındakı işğal olunmuş rayonlarımızı erməni hərbi birləşmələrindən təmizləməsi Azərbaycan Aşıqlar Birliyinin üzvlərinin də qəlbində böyük sevinc və iftixar hissi oyadıb, erməni işğalı altında olan bütün torpaqlarımızın cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən tezliklə azad ediləcəyinə inamı daha da artırıb.
Birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu baki-xeber.com-a bildirib ki, ordumuzun zəfər yürüşünə və apardığı haqq mübarizəsinə dəstək olaraq Azərbaycan Aşıqlar Birliyi Silahlı Qüvvələrə Yardım Fonduna 1000 (min) manat vəsait köçürüb.
İradə SARIYEVA