Bazar günü günü, 18 oktyabr 2026
     

Gürcüstan erməniləri Azərbaycanla bu ölkənin münasibətlərinə real zərbələrə başladı - Vaqan Çaxalyan separatçı ordunun sıralarında...

Image


Bildiyimiz kimi, Ermənistan dünyanın müxtəlif ölkələrində yaşayan erməni separatçılarını, o cümlədən də PKK və digər terror təşkilatlarının üzvlərini Dağlıq Qarabağa gətirib və bu gün bizə qarşı işğalçı ordunun tərkibində erməni əsgərlərindən daha çox muzdlular döyüşürlər.

Ermənistanın işğalçı ordusuna daha bir separatçı qoşulub. Belə ki, Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindəki erməni separatçılarının rəhbərlərindən biri olan Vaqan Çaxalyan Ermənistanın işğalçı ordusunun sıralarına qoşulub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, özü “Facebook” səhifəsində yazıb və bunu sübut edən fotoşəkillər paylaşıb.

V.Çaxalyan Gürcüstana qayıdacağını qeyd edib: “Qayıdacağıq və milli dəyərlər üzrə mübarizəmiz daha da böyüyəcək”. Onun “biz” yazması onu deməyə əsas verir ki, onunla birgə Samtsxe-Cavaxeti bölgəsindən olan digər separatçılar da Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirilmiş hərbi birləşmələrə qoşulublar.

Bu fakt Ermənistanın Azərbaycana qarşı apardığı hərbi əməliyyatlara dünyanın müxtəlif ölkələrindən olan erməni terrorçu, separatçı və ekstremistlərini cəlb etdiyini bir daha təsdiqləyir.

Qeyd edilənə görə, V.Çaxalyan 2008-ci il iyulun 21-də separatçı fəaliyyətinə görə həbs olunub. 2009-cu ildə məhkəmənin hökmü ilə silah-sursatın qanunsuz saxlanması və ictimai asayişi pozan kütləvi tədbirlərin təşkilinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin o, cəzasını tam çəkməyib. Belə ki, 2013-cü il yanvarın 24-də kütləvi amnistiya çərçivəsində V.Çaxalyan da azadlığa buraxılıb.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili separatçının əfvini kəskin qınayıb. Onun sözlərinə görə, V.Çaxalyan erməni katolikosu II Qareginin xahişi əsasında həbsdən azad edilib. Əfvi böyük səhv adlandıran keçmiş dövlət başçısı bildirib ki, bu qərar gələcəkdə Gürcüstanın milli təhlükəsizliyi və dövlətçiliyi üçün ağır nəticələnəcək.

  • “Gürcüstan dövləti erməni terrorçu şəbəkə üzvlərinin potensial təhlükə olduğunun fərqində olmalı, onların zərərsizləşdirilməsi yolunda addımlar atmalıdır”

“Türk Dünyası İnfo” İctimai Birliyinin rəhbəri Dəyanət Osmanlı “Bakı-Xəbər”ə bildirdi ki, bu gün mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan regionda balanslaşdırılmış siyasət yürüdür. “Doğma torpaqlarımızın erməni işğalından azad edilməsi yönündə dövlətimizin başlatdığı hərəkat da bu siyasətə tam uyğundur. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  torpaqlarımızın xilas olunması istiqamətində atdığı addımlar xalqımızın iradəsini tam əks etdirir və dünya miqyasında bir qətiyyət nümunəsi olaraq görünür. Xalq dövlətimizin başçısına tam güvənir və ona görə də onun hər bir çağırışına böyük ruh yüksəkliyi ilə cavab verir. Azərbaycan Ordusunun sentyabrın 27-də Dağlıq Qarabağda start verdiyi əks-hücum əməliyyatları torpaqlarımızın erməni işğalından haqlı qurtuluş mücadiləsidir. Terror dövləti olan Ermənistan, eyni zamanda, 30 ilə yaxındır münaqişənin həllinin uzadılmasında marağı olan qüvvələr də artıq anlamalıdırlar ki, işğala son verməyin vaxtıdır. Beynəlxalq təşkilatlar həqiqətən regionda barışın və və sabitliyin tərəfdarıdırlarsa, ikili standartları bir yana qoyub, Ermənistana silahlı dəstələrini Azərbaycan torpaqlarından çıxarmasında təzyiq göstərməlidirlər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi işğal edildiyi ilk dövrdən başlayaraq terrorçuların məkanına çevrilib. Ermənistan özü də terrorçu dövlət olduğuna görə hər zaman türk düşmənçiliyi aparan terror qruplaşmaları ilə əməkdaşlılq edir. Regionumuzda və ölkəmizin daxilində terrorizmin məhv edilməsində və erməni quldurlarının Dağlıq Qarabağdan qovulmasında qardaş Türkiyənin Azərbaycana böyük mənəvi dəstəyi xalqımız tərəfindən məmnunluqla qarşılanır. İnşallah, bu məsələdə türk birliyi Azərbaycanın zəfərini coşquyla qeyd edəcək.

Bu gərgin günlərdə ermənilərin PKK terrorçu təşkilatı ilə sıx əməkdaşlıqda olduğu açıq-aydın görünür”.

D.Osmanlının sözlərinə görə, PKK və başqa ölkələrdəki erməni terrorçularının Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirilərək dinc əhalimizə qarşı hərbi əməliyyatlara cəlb olunması Ermənistanın faşist siyasətinin göstəricilərindən, sadəcə, biridir. O qeyd edir ki, Ermənistan rəhbərliyinin apardığı məkrli təcavüzkar siyasətin təkcə Azərbaycan və bütövlükdə, region üçün böyük təhlükə olduğunu ermənilərin başqa ölkələrə qarşı irəli sürdükləri ərazi iddiaları və bununla ilgili son hadisələr də isbatlayır. “Harada olursa-olsun, erməninin bir qatil obrazı var və nə zamansa əsl mənfur niyyətini göstərməlidir. Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsindəki erməni separatçılarının başçılarından biri olan V.Çaxalyan da sosial şəbəkədə Ermənistan işğalçı ordusunun sıralarına qoşulması ilə bağlı məlumat verib. O, Gürcüstanda təxribatçı-diversant kimi ad çıxaran bir şəxsdir. Ermənistanın Gürcüstana qarşı ərazi iddialarını gizlətmədiyini nəzərə alsaq, bu kimi erməni təxribatçılarının qonşu dövlət üçün də ciddi təhlükələr vəd etdiyini vurğulaya bilərik. Gürcüstan dövləti erməni terrorçu şəbəkə üzvlərinin potensial təhlükə olduğunun fərqində olmalı, onların zərərsizləşdirilməsi yolunda addımlar atmalıdır. Bu, regionda əməkdaşlığa və inkişafa da yaxşı töhfə verə bilər” - deyə D.Osmanlı vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ