İran Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini boşaltmasını istəyir. Trend-in məlumatına görə, bunu İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti İranın Keyhan qəzetinə açıqlamasında deyib.
Ə.Vilayətinin sözlərinə görə, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini azad etməlidir: "Bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var".
Müşavir əlavə edib ki, BMT-yə üzv olan ölkələr bu qurumun qətnamələrinə hörmətlə yanaşmalıdır.
İranın dini liderinin müşaviri bildirib ki, işğal nəticəsində didərgin düşmüş 1 milyon azərbaycanlı tezliklə öz torpaqlarına geri qayıtmalıdır.
Ə.Vilayəti qeyd edib ki, İranın Azərbaycanla bir çox dini, tarixi və mədəni ortaqlıqları var və Azərbaycanın haqqı, ərazi bütövlüyü təmin edilməlidir.