Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir.
Baki-xeber.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi "Twitter" səhifəsindəki paylaşımda deyilir.
Paylaşımda bildirilir: "Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!".