Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Ermənilərin Gəncəyə artilleriya atəşi nəticəsində ölən və yaralanan mülkilər arasında iki yaralı erməni qadın...

Image


Azərbaycan Ordusunun əks-hücumları qarşısında acız duruma düşən Paşinyan əsgərləri, separatçı hərbi birləşmələr Azərbaycanın cəbhədən uzaq şəhər və kəndlərini raket və top mərmilərindən atəşə tutmaqda davam edirlər. Bununla da Ermənistan Azərbaycan Ordusu ilə deyil, Azərbaycanın dinc sakinləri, vətəndaşları ilə müharibə etdiyini, hədəflərinin mülki şəxslər olduğunu ortaya qoyur.

Bildiyimiz kimi, Gəncə şəhəri Ermənistan ərazisindən raket və top mərmilərindən atəşə tutulub. Erməni təxribatı nəticəsində 1 mülki şəxs həlak olub, 32 nəfər yaralanıb. Yayılan rəsmi məlumata görə, Ermənistanın atdığı raket və top mərmisindən xəsarət alanlardan biri Gəncədə yaşayan erməni əsilli, 1943-cü il təvəllüdlü Qriqoryan Karine Roman qızıdır. K.Qriqoryan xəstəxanaya yerləşdirilib və həkimlərimiz ona hər cür yardım ediblər.

Qriqoryandan başqa, yaralananlar içərisində qeyri-azərbaycanlı Qriqovna Mina Roman qızı da var. Gəncə sakinlərinin dediyinə görə, bu qadın da milliyyətcə ermənidir, amma erməni olduğunu həmişə gizlədib.

Bütün dünyanın gözü qarşısında respublikamızın müxtəlif şəhərlərinin, kəndlərinin atəşə tutulması barədə Ermənistan hərbi-siyasi rəhbərliyi əmr verir və dinc sakinlərimizin evləri dağıdılır, onlar həlak olur və ağır yaralanırlar. Erməni terroru nəticəsində ciddi xəsarət alan uşaqlarımız da var. Azərbaycan Ordusu ilə heç cür bacara bilməyən erməni terrorçularının mülki əhalimizi hədəfə alması faktına hələ dünya birliyi reaksiya verməyib.

Gəncədə yaralanan erməni qadının timsalında gördüyümüz kimi, Azərbaycanda ermənilər də rahat şəkildə yaşayır və onlar da dövlətin tam himayəsi altındadırlar. Azərbaycandakı ermənilər də Ermənistan tərəfindən atəşə tutulur.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Azərbaycanda 30 min erməni yaşayır, onlar Ermənistana köçməkdən imtina edərək ölkəmizdə yaşamağa üstünlük veriblər.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov bildirdi ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin həyata keçirdiyi separatçılıq, terror və təxribat hadisələri erməni xalqının özü üçün də böyük təhlükədir. “Birinci dəfə deyil ki, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini hədəfə alır. Bilirsiniz ki, Gəncədən əvvəl də digər yaşayış məntəqələrimiz, onların da bir neçəsi cəbhə xəttindən tamamilə uzaqda yerləşir, dinc əhalimiz ermənilər tərəfindən müxtəlif çaplı silahlardan atəşə tutulub, erməni terroru nəticəsində ölən və yaralananlar var. Bundan əvvəl ermənilərin Tərtəri atəşə tutması nəticəsində bu rayonda yaşayan ruslara da ziyan dəyib, bir rus evi də dağılıb. Azərbaycan çoxmillətli bir dövlətdir, burada müxtəlif xalqların nümayəndələri yaşayır və hər bir xalqın nümayəndəsi də Azərbaycan dövlətinin himayəsindədir, onların konstitusion hüquqları tam şəkildə qorunur.  Ermənistanın əsas hədəfi Azərbaycanın mülkü əhalisidir, dinc camaatdır. Amma cənab Prezident həmişə vurğulayır ki, bizim dinc erməni əhalisi ilə işimiz yoxdur, biz onlara güllə atmırıq, dinc əhali döyüş bölgələrindən çəkilsin. Yəni Azərbaycan əsgəri dinc əhaliyə güllə atmır, biz dinc əhali ilə düşmənçilik etmirik. Lakin Ermənistan dinc əhaliyə qarşı həmişə terror aktları törədib və onların nümunələri də göz qabağındadır. Azərbaycan tərəfi yalnız hərbi obyektləri vurmaqla dinc əhalinin həyatını itirməsinin qarşısını alır. Ermənilər nəinki müharibənin getdiyi ərazilərdə, hətta ondan uzaqda yerləşən Gəncəyə, Beyləqana, Mingəçevirə, Xızıya, Abşerona və digər şəhərlərimizə raket atır, başqa iriçaplı silahlardan istifadə edərək din əhalimizin həyatına qəsd edirlər”.

Gəncədə yaralananlar arasında erməni millətinin nümayəndəsinin olması faktına gəlincə, V.Abışov qeyd etdi ki, erməni terroru bütün bəşəriyyətə, insanlara qarşı yönəlib. V.Abışov hesab edir ki, ermənilərin atdığı top mərmisi nəticəsində ağır yaralanan həmin ermənilər Azərbaycanda rahat yaşayırlar, lakin onların həyatına erməni terrorçuları qəsd edirlər. “Bilirik ki, istər Azərbaycan mətbuatında, istərsə rəsmi dövlət səviyyəsində, istərsə də beynəlxalq qurumların hesabatlarında Azərbaycanda 30 min nəfər erməni yaşadığı vurğulanıb. Azərbaycanın müxtəlif yerlərində yaşayan ermənilərə isə indiyə qədər “gözün üstə qaşın var” deyən olmayıb, onlar burada dinc, sakit şəkildə yaşayır, hətta onlar arasında müxtəlif vəzifələrdə çalışanlar, ayrı-ayrı təşkilatlarda təmsil olunanlar da az deyil. Azərbaycan tərəfindən ölkəmizdə yaşayan ermənilər diskriminasiya olunmayıb, onların konstitusion hüquqları tapdanmayıb, burada sülh və əmin-amanlıq şəraitində yaşayırlar, bu insanlar da dövlətin himayəsindədirlər. Ermənistan isə hakimiyyətində terrorçuların təmsil olunduğu bir dövlət kimi terrorla məşğul olur və milliyyətindən asılı olmayaraq, Azərbaycanın bütün mülki şəxslərini hədəfə alıb. Azərbaycanda yaşayan ermənilərə biz heç bir pislik etmirik, amma onlar Ermənistanın təxribatı, dinc əhalimizə hücumu nəticəsində ağır yaralanırlar. Bu da onu göstərir ki, Ermənistan terrorunun hədəfi insanlıqdır. Erməni millətindən olan şəxslərin Ermənistanın terrorundan, təxrbatından, hücumundan zərər çəkməsi bir daha onu sübut edir ki, bu dövlət terrorçudur, qaniçəndir, faşistdir, Azərbaycan vətəndaşlarına qarşı düşmənçilik edir, bu mənfur mövqeyini açıq şəkildə göstərir.

Fikrimcə, Gəncənin Ermənistan tərəfindən raket və toplardan atəşə tutulması nəticəsində ağır yaralanan ermənilərin məsələsinə beynəlxalq ictimaiyyət reaksiya verməlidir. Məncə, beynəlxalq təşkilatlar insanlıqdan kənar olan erməni təxribatına münasibətini bildirəcək və bunu pisləyəcəklər. Dünya bilməlidir ki, Ermənistan nəinki Azərbaycanda yaşayan türklərə, eləcə də başqa xalqlara, o cümlədən də ermənilərin özünə qarşı da terror edir, onların sağlamlığına ağır zərbə vurur. Hətta Ermənistan hökuməti Dağlıq Qarabağda olan ermənilərin müdafiəsini təşkil etməkdən belə imtina edir. Bu baxımdan, bu məsələ tamamilə pislənməli və beynəlxalq aləmdə bir daha Ermənistanın iç üzü açılıb ifşa edilməlidir” - deyə V.Abışov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ