Ermənistanın Azərbaycana qarşı təxribatlarını və hücumlarını pisləyirik. Azərbaycana qarşı təxribatlar birbaşa Ermənistan siyasi və hərbi rəhbərliyinin göstərişi ilə həyata keçirilir
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, bu, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinin göstəricisidir. Bu hadisəyə görə Ermənistanın və qondarma respublikanın rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Ermənilər tərəfindən hədəfə alınan obyektlər arasında hərbi obyektlər yoxdur".