Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Bütün dini icmaların dövlətçilik ətrafında sıx və şərtsiz birləşməsi - Azərbaycançılıq ideyasına bağlılığın sübutsuz təzahürü...

Image


Milli-etnik tərkibindən asılı olmayaraq, Azərbaycan Respublikasında yaşayan bütün xalqların azərbaycançılıq ideyası ətrafında sıx birləşdiyini son günlərin hadisələri bir daha ortaya qoydu. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi 27 sentyabr təxribatları, terroru ölkəmizin bütün vətəndaşları tərəfindən ciddi etirazla, qınaqla qarşılandı.

Çoxmillətli, çoxkonfessiyalı, multikultural, tolerant ölkə kimi dünyada tanınan Azərbaycanda bu gün bütün xalqlar yumruq kimi birləşib və erməni terroruna, separatizminə qarşı mübarizə cəbhəsinin önündə dayanıblar. Bu dövlət türkü, talışı, rusu, yəhudisi, gürcüsü, tatı, ləzgisi, lakı, saxuru, udisi, buduqu, ceki və sairləri ilə güclü olduğunu, erməni terroruna qarşı tam gücü ilə hərəkət etdiyini bir daha bütün dünyaya sərgilədi. Bununla da Azərbaycanda dini-milli zəmində münaqişə yaratmaq istəyən müxtəlif təxribatçı qüvvələrin mənfur fəaliyyətləri iflasa uğradı.

  • Milli-etnik icmaların Azərbaycan Ordusu ilə həmrəyliyinin sarsılmaz olduğu bir daha bəyan edildi

Məlum olduğu kimi, ölkəmizdə mövcud olan bütün dini konfessiyaların, milli-etnik qrupların təmsilçiləri erməni təxribatının zərərsizləşdirilməsi, məhv edilməsi, torpaqlarımızın yağı düşməndən azad edilməsi istiqamətində ordumuzun həyata keçirdiyi və bu gün də davam edən əks-hücum, antiterror əməliyyatlarını ciddi şəkildə dəstəkləyirlər. 

Bir neçə gün əvvəl Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri təmsil etdikləri dini icmalar adından Ali Baş Komandan, Prezident İlham Əliyevə müraciət edərək Prezidentə və ordumuza böyük dəstək nümayiş etdirdiklərini yenidən bəyan etdilər. Bu, ölkəmizdə yaşayan bütün xalqların birliyinin, vahid məqsəd ətrafında birləşdiyinin, azərbaycançılıq ideyasına xidmət etdiyinin açıq və birmənalı ifadəsidir.

Azərbaycandakı dini icmaların rəhbərləri ölkə başçısına müraciətlərində Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad edilməsi yönündə qazandığı zəfərləri böyük sevinc və ruh yüksəkliyi ilə qarşıladıqlarını bəyan etdilər.  

Onlar vurğulayıblar ki, Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın qlobal təşəbbüs və əməli səyləri sayəsində Azərbaycan milli-mənəvi dəyərlərlə yanaşı, multikultural dəyərlərin dünya miqyasında hamisi kimi nüfuz qazanıb. “...Azərbaycan dini-mənəvi irsə qayğı ilə yanaşan, milli və ümumbəşəri dəyərləri himayə edən, dini məbədləri dövlət səviyyəsində təmir, inşa və bərpa edən dövlət kimi tanınır. Biz - dini konfessiya rəhbərləri bu qayğının bilavasitə şahidləriyik. Paytaxt Bakının mərkəzində erməni kilsəsini bərpa edib qoruyan Azərbaycanın əməlləri qarşılığında ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində dini-tarixi abidələrə, müqəddəs məkanlara qarşı həyata keçirilən vandalizm aktları bizi din xadimləri olaraq hədsiz narahat edir. Qədim Qarabağ torpağında islam dininə məxsus ibadətgahlar, qəbiristanlıqlar məqsədyönlü şəkildə dağıdılır, təhqir olunur. Ümumislam əhəmiyyətli abidələrlə yanaşı, xristian və yəhudi məbədlərinə və müqəddəs yerlərinə qarşı da tarixi saxtalaşdırma, mənşəyini dəyişdirmə həyata keçirilir. Qədim alban, pravoslav kilsələrinin qriqoryanlaşdırılması istiqamətində iş aparılır. Ümumbəşəri irsə belə münasibət qəbulolunmazdır.

... Ədalətin bərpası yönündə Sizin atdığınız bütün zəruri addımları dəstəkləyən biz - dini konfessiya rəhbərləri bəyan edirik ki, 20 Yanvar hadisələrində, Qarabağ müharibəsində ölkədəki xristianlar, yəhudilər, digər millət və din mənsubları Azərbaycan xalqı ilə bir cərgədə, mübarizə meydanında çiyin-çiyinə olmuşlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Milli Qəhrəman Mübarizlərlə bərabər Aqarunovlar, Yakovlevlər, Polovinkolar, Senyuşkinlər kimi yəhudi, rus, ukraynalı və digər millətləri təmsil edən qəhrəman Vətən oğulları ilə fəxr edirik. Bu gün də Vətən torpaqlarının müdafiəsində milli, dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar Ali Baş Komandanın yanındadırlar. Vətənin müdafiəsi yolunda şəhid olan bütün övladlarımıza Uca Allahdan rəhmət, yaralılara şəfa diləyirik. ...Dünya ictimaiyyətinin əksəriyyəti Azərbaycanın haqq yolunda olduğunun fərqindədir və dövlət olaraq öz torpaqlarını azad etmək iradəsini müdafiə edir. ...Azərbaycan Prezidentinin qətiyyət və əzminə dəstək bildirilir, erməni işğalçılarının riyakar və haqsız davranışları sərt şəkildə qınanır. ...Azərbaycan haqlı tərəfdir və deməli, Haqq bizimlədir. Biz – ölkəmizdəki dini konfessiyaların rəhbərləri Bir Olan Yaradanımızdan Azərbaycanın haqq işinin qələbəsinə rəvac verməsini diləyir, dünyanın müxtəlif ölkələrində yaşayan, milli, dini mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq, Azərbaycanda doğulub boya-başa çatmış bütün həmvətənlərimizi həmrəyliyə, Azərbaycan Prezidentinin, Ali Baş Komandanın ətrafında daha sıx birləşməyə çağırırıq”.

  • Azərbaycanın yəhudi icması da Azərbaycanın haqq mübarizəsini dəstəkləyir

Azərbaycanın yəhudi icması da Prezidentə ayrıca müraciət qəbul edib. Mürcaiətdə vurğulanır ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yenidən təxribat törədib, bu təxribat tərəflər arasında növbəti münaqişəyə çevrilib. Azərbaycanın yəhudi icması Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz aktlarını qətiyyətlə pisləyir, dünya birliyini və beynəlxalq təşkilatları qətiyyət nümayiş etdirməyə, Ermənistandan öz qoşunlarını işğal altında olan ərazilərdən çıxarmağı və BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad olunması haqqında qətnamələrinin yerinə yetirilməsini tələb etməyə çağırır: “Bu cür təcavüzlər beynəlxalq hüququ pozur və iki dövlət arasında silahlı münaqişəni daha da kəskinləşdirir.

Cəzasızlıq nəticəsində Ermənistan qısa müddətdə artıq ikinci dəfə Azərbaycana hücum edir, dinc əhalini hədəf seçir, şəhərləri və kəndləri dağıdır. Sonuncu münaqişənin qurbanları arasında dinc sakinlər, o cümlədən iki uşaq da var.

Bu gün Azərbaycanın hər bir vətəndaşı, dini etiqadından və milliyyətindən asılı olmayaraq, Azərbaycan xalqının və Azərbaycanın Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməlidir. Beynəlxalq birlik Azərbaycanın bütün xalqlarının bu sıx birliyini və Azərbaycanın haqq işi barədə bizim cəmiyyətdə yaranmış yekdil fikri görməlidir.

Bu müharibələrin gedişində müxtəlif xalqların və etnik qrupların çoxsaylı nümayəndəsi zərər çəkib. Onların arasında ürəkdən sevdikləri Vətən uğrunda canlarından keçmiş yəhudilər, o cümlədən, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov da var.

Biz, Azərbaycanın çoxminlik yəhudi icması qətiyyətlə Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinə, habelə Ermənistanın Azərbaycana qarşı təxribata və yeni müharibəyə başlamağa görə cavab verməsinə çağırırıq. Bizim icma bütün beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupuna müraciətlə tələb edir ki, aparıcı beynəlxalq təşkilatlar Ermənistanı beynəlxalq hüquqa riayət etməyə - erməni silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa çağırsınlar.

Ermənistan çoxdan başa düşməlidir ki, işğal altında olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon Azərbaycanın tarixi torpaqlarıdır və heç vaxt Ermənistana məxsus olmayacaq. Azərbaycanın bütün torpaqları işğaldan azad edilməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

Biz bütün dünya birliyinə müraciətlə Ermənistanın məsuliyyətə cəlb olunmasını xahiş edirik.

Biz həm də dünya yəhudi ictimaiyyətini Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq hüququ dəstəkləməyə çağırırıq.

Azərbaycanın çoxminlik yəhudi icması Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması siyasətini bütünlüklə və tamamilə dəstəkləyir.

Biz – Azərbaycan yəhudiləri həmişə Azərbaycan xalqının yanında olmuşuq və olacağıq, biz azərbaycanlı qardaşlarımızla birlikdə var gücümüzlə, çiyin-çiyinə Vətənimizi müdafiə etmişik, bundan sonra da müdafiə edəcəyik”.

  • “Son erməni təxribatları da göstərdi ki, Azərbaycan vətəndaşlarının birliyi sarsılmazdır”

Tanınmış ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, Azərbaycanda tarixi köklərə malik olan multikulturalizm və tolerantlıq mühiti var və burada yaşayan hər bir xalqın, dinin təmsilçisi də dövlətə, dövlətçiliyə bağlıdır. Xarici ölkələrdəki bəzi təxribatçı qrupların, xüsusən də Ermənistan xüsusi xidmət orqanlarının həyata keçirdiyi təxribatların heç biri ayaq tutub yerimir, çünki həqiqətən də ölkəmizdə yaşayan xalqların dövlətlə, ordu ilə birliyi sarsılmazdır. “Bu gün Azərbaycan Ordusunun düşmən hücumlarına qarşı apardığı əks-hücum əməliyyatları, mənfur ermənilər üzərində qazandığı ardıcıl qələbələr, Ali Baş Komandanımızın bütün addımları ölkə ictimaiyyəti tərəfindən ciddi şəkildə dəstəklənir. Bu baxımdan Azərbaycanda yaşayan mill-etnik icmalar, həmişə olduğu kimi, bu dəfə də dövlətimizin ədalətli mövqeyini müdafiə edərək öz mövqelərini ortaya qoydular. Ölkəmizdə yaşayan dini konfessiyaların rəhbərlərinin Prezident İlham Əliyevə müraciəti onu göstərir ki, bütün xalqlar, bütün dinlərin təmsilçiləri, dini-etnik icmalar azərbaycançılıq ideyası ətrafında sıx birləşiblər. Son erməni təxribatları da göstərdi ki, Azərbaycan vətəndaşlarının birliyi sarsılmazdır. Azərbaycan burada yaşayan bütün xalqların vətənidir və hər bir xalqın nümayəndəsi erməni təcavüzünə qarşı mübarizədə ön cəbhədə dayanıb. Ermənistanı və digər qara qüvvələri də ciddi narahat edən amillərdən biri budur ki, bütün xalqlar erməni separatizminə, terroruna, işğalçılığına qarşı mübarizə cəbhəsində birləşib, həmrəydirlər. Sevindirici haldır ki, ölkəmizdəki dini, milli icmaların təmsilçiləri yalnız əllərində silah erməni təcavüzünə qarşı döyüşmür, həm də informasiya müharibəsində ön cəbhədə dayanıblar, ermənilərə və onların havadarlarına layiqli cavab verirlər”.

  • “Azərbaycançılıq ideyası ətrafında həmrəy olan vahid Azərbaycan xalqı var”

Ordumuzun keçirdiyi əks-hücum əməliyyatlarının ölkəmizdə böyük sevinc, şadlıq yaratdığını deyən Q.Məhərrəmlinin sözlərinə görə, Azərbaycandakı dini icmalar hər zaman Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun yanında olduğunu sübut ediblər. “Bu gün azərbaycançılıq ideyası ətrafında həmrəy olan vahid Azərbaycan xalqı var və hər bir vətəndaşımız Vətən Müharibəsinə öz töhfələrini verir. Bu günlərdə sosial şəbəkələrdə ölkəmizdə yaşayan ayrı-ayrı xalqların təmsilçilərinin çox maraqlı şüarları yayımlanıb. Onların hamısı şanlı Azərbaycan Ordusunun düşmən üzərində birmənalı olaraq tam qələbə çalacağına əminliklərini ifadə ediblər, həmçinin də Vətənin müdafiəsində yaxından iştirak etdiklərini bəyan ediblər. Ordumuza hərtərəfli dəstək göstərən hər bir Azərbaycan vətəndaşı bununla da Vətən Müharibəsində azərbaycançılıq bayrağı altında düşmənə qarşı vuruşur” - deyə Q.Məhərrəmli qeyd etdi.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ