Bu məktubu Lənkəran rayonunun Balaşürük kəndindən Qasımov Dövlət Ələskər oğlu Prezident İlham Əliyevə yazıb. Məktubda deyilir: “Son günlər düşmən ordusunun törətdiyi təxribatların qarşısının alınması, düşmənə qətiyyətli cavab verilməsi bir vətəndaş olaraq məni, eləcə də bütün rayon ağsaqqallarını sevindirdi.
…Ordu quruculuğu sahəsində apardığınız məqsədyönlü və uzaqgörən siyasətin nəticəsidir ki, bu gün düşmən təşviş, qorxu içərisindədir. Hərbi texnikalarını, silah-sursatlarını döyüş meydanında qoyub qaçır. Azərbaycan əsgərinin qətiyyəti qarşısında özünün nə qədər cılız olduğunu hiss edir.
Uca Tanrı Sizin komandanlığınız altında Azərbaycan əsgərinin qoluna qüvvət, ürəyinə təpər versin!”
Baki-xeber.com