Qusar rayon sakini Malik Saruxanov da Prezident İlham Əliyevə müraciət edib. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığınız siyasəti bəyənir və dəstəkləyirik.
Namərd qonşularımızın fitnə-fəsad törətmək cəhdləri ürəklərində qalacaq, Azərbaycan əsgərinin gücünü görəcək, əməllərinə peşman olacaqlar.
Biz Sizə inanırıq və hər birimiz Sizin verdiyiniz əmrlərə hazır müsəlləh əsgərinizik” - deyə M.Saruxanov vurğulayır.
Baki-xeber.com