“İlk öncə Sizi ordumuzun uğurlu əməliyyatı, əldə olunan qələbələr münasibətilə Tovuz rayonu veteranları və döyüşçüləri adından təbrik edirik.
Bildirmək istəyirik ki, son nəfəsimizə qədər döyüşməyə və hər an Sizin irəli əmrinizə hazırıq.
...Hər zaman olduğu kimi, bu gün də tovuzlular, Tovuz veteranları Sizin yanınızdadır, Sizi dəstəkləyirlər və bir əmrinizlə döyüşlərə atılacaqları günü səbrsizliklə gözləyirlər.
Biz ordumuzun gücünə, Ali Baş Komandanımızın siyasi iradəsinə inanırıq. Əminik ki, torpaqlarımız tezliklə azad olunacaq, Azərbaycanın şanlı bayrağı Şuşada, Xankəndidə dalğalanacaq.
Cənab Ali Baş Komandan, Azərbaycanın bütün uğurları ulu öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı olan Sizin adınızla bağlıdır.
...Bu müqəddəs yolda Sizə yeni uğurlar və Azadlıq meydanında Qələbə paradını qəbul etməyi arzulayırıq.
Tanrı Sizə və şanlı ordumuza yar olsun”.
Bunlar Tovuz rayonu veteranları, qaziləri, ehtiyatda olan zabitləri, gizirləri və əsgərləri, Azərbaycan Vətən Müharibəsi İctimai Birliyi Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz filialının üzvləri (cəmi 3000 nəfər) tərəfindən Prezident İlham Əliyevə göndərilən müraciətdə bildirilir.
Baki-xeber.com