Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Azərbaycanın mühüm mülki infrastrukturunu məqsədli şəkildə hədəf almasının daha bir sübutu barədə özünün “Twitter” hesabında paylaşım edib.
Baki-xeber.com xəbər verir ki, Mingəçevirdə enerji blokunun yaxınlığına düşən raketin fotolarını paylaşan Hikmət Hacıyev onun partlamadığını qeyd edərək bildirib: “Ermənistanın ağlını başına yığması və məsuliyyətini dərk etməsi üçün sülhə məcburetmə davam etməlidir”.