Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsindən tələbə Solmaz Tağızadə də Prezident İlham Əliyevə məktub yazıb.
“İlk öncə onu qeyd etmək istəyirəm ki, bizə yaşatmış olduğunuz ilkin qələbə sevincinə görə Sizə ailəm və yaxın qohumlarım adından dərin minnətdarlığımı bildirirəm.
Qeyd edim ki, hər iki valideyni zabit olan bir tələbə kimi, başda Siz olmaqla qüdrətli, şanlı ordumuza güvənim, inamım, sevgim sonsuzdur. Əgər bu gün Azərbaycan beynəlxalq arenada nailiyyətləri, uğurları ilə diqqət mərkəzindədirsə bu Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Əminəm ki, Sizin rəhbərlik etdiyiniz Azərbaycan Ordusu Qarabağda dalğalandırdığı qalibiyyət bayrağını yaxın günlərdə Azadlıq Meydanında keçiriləcək hərbi paradda nümayiş etdirəcək. Biz gənclər Sizin yolunuzun davamçısıyıq. Tanrı Sizə yar olsun.
Canımızdan keçərik, amma Vətənimizdən əsla!”-deyə S.Tağızadə məktubunda yazır.