“Sizin apardığınız daxili və xarici siyasəti tam dəstəkləyirik. Uzaqgörən dövlət xadimi kimi, ən doğru zamanda erməni faşistləri ilə savaşa başlamaq əmri verməyiniz qəlbimizi qürur hissi ilə doldurdu.
Torpaq, uğrunda ölən varsa, Vətəndir. Biz bu həqiqəti tam dərk edirik. Məktəbimizin kollektivi Sizə və Azərbaycan Ordusuna hər cür dəstək göstərməyə hazırdır.
Zəfər bayrağını əzəli Qarabağ torpağına, Şuşa qalasına sancacağımız günü səbirsizliklə gözləyirik, cənab Ali Baş Komandan. Allah yardımçınız olsun”.
Bu fikirləri Masallı rayonun Banbaşı kəndindən Vəliyeva Azadə və Banbaşı kənd orta məktəbinin pedoqoji kollektivi Prezident İlham Əliyevə göndərdikləri müraciətdə vurğulayıblar.
Baki-xeber.com