Masallı rayonundan Ağayev Nurməmməd və rayonun Boradigah qəsəbəsi 2 nömrəli tam orta məktəbinin kollektivi də Prezident İlham Əliyevə müraciət edənlər sırasındadır.
Müraciətdə deyilir: “Qarabağ uğrunda apardığınız ədalətli haqq mübarizəsini alqışlayır, Sizin qətiyyətli addımlarınızla qürur duyuruq. Sevincimiz hədsizdir, çünki illərdən bəri erməni işğalı altında inləyən torpaqlarımız çox tezliklə azad olunacaq, dövlətimizin ərazi bütövlüyü bərpa ediləcək.
Sizin komandanlığınızla müzəffər Ordumuzun qazanacağı Qələbə Azərbaycanın qüdrətini və nüfuzunu daha da artıracaq. Doğma el-obasından didərgin düşmüş köçkünlərimiz ata-baba yurdlarında rahat nəfəs alaraq, Sizin rəhbərliyinizlə ölkəmizi daha da inkişaf etdirəcəklər” - deyə bildirən müraciət müəllifləri Ali Baş Komandana sonsuz inam ifadə etməklə yanaşı qələbə gününü səbirsizliklər gözlədiklərini qeyd edirlər.
Baki-xeber.com