Bakının Yasamal rayonundan yazıçı Fərid Nəsibzadə Prezident İlham Əliyevə müraciət edib.
“Mən Azərbaycanlı yazar, "Laboratory of Art" həvəskar incəsənət toplumunun layihə rəhbəri Fərid Nəsibzadə (Nəsibov) bugünkü uğurlarınızla qürur duyur, Sizə təşəkkür etmək istəyirəm.
Məlumat olaraq bildirim ki, ordumuza, əsgərlərimizə və Sizin siyasətə dəstək olaraq mən və "Laboratory of Art" komandası, istər Tovuz döyüşlərində, istərsə də 27 sentyabrdan bəri sosial aktivlik göstərib muxtəlif beynəlxalq sosial platformalarda erməni hərbi siyasi rejimini ifşa etmiş, tarixi fakt və məntiqi sübutlarla, rəhbərlikləri tərəfdən beyni korlanmış erməni kütləsinə, eləcə də digər ölkələrin vətəndaşlarına yalnız həqiqətləri çatdırmışıq. Bugünkü zəfərlərimiz bütün dünya ictimaiyyətinə bizim humanist, səbirli, amma haqqımızı lazım gələrsə dünyanı belə susdurub alacağımızın bariz nümunəsidir.
İnanıram ki, gələn il yay tətilimizi artıq Şuşada və Qarabağımızın digər bölgələrində keçirəcəyik. Dəstəkləyirik, yanınızdayıq! Qələbələriniz mubarək olsun, cənab Prezident!” - deyə yazıçı F.Nəsibzadə Prezident İlham Əliyevə müraciətində bildirir.
Baki-xeber.com