“Erməni faşistlərinə qarşı əks-hücumun başlanmasına dair Ordumuza verdiyiniz hücum əmri bütün Azərbaycan xalqı kimi bizi də çox sevindirdi.
Torpaqlarımızın bərpa edilməsi uğrunda apardığınız qətiyyətli siyasət bizi ruhlandırır. Qələbə naminə məqsədyönlü fəaliyyətiniz Azərbaycan Ordusunun, Azərbaycan xalqının möhkəm həmrəyliyinin bariz nümunəsidir.
Cənab Prezidentimiz, sonrakı mərhələlərdə belə, dağılan ərazilərin bərpası işinə bütün gücümüzlə, əməlimizlə hazırıq. Biz sonadək Sizin yanınızdayıq.
Qələbə bizimlədir!” Bu fikirləri Bakıdan Bakı Dövlət Universitetinin professor Şövqisəfa Göyçayev Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com